Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Yaqub 3:1—18

3  Qardaşlarım, hamınız müəllim olmağa tələsməyin. Bildiyiniz kimi, biz müəllimlər daha sərt mühakimə ediləcəyik.  Çünki hər birimiz dəfələrlə səhv edirik. Sözündə səhvə yol verməyən kamil insandır. Belə insan bütün bədənini yüyənləməyə qadirdir.  Atın ağzına yüyən keçirib, onu ram edirik və beləcə, bütün bədənini idarə edirik.  Həmçinin güclü küləklərin cövlan etdiyi sularda üzən nəhəng gəmilərə baxın. Sükançı onları balaca sükanla istədiyi səmtə yönəldir.  Dil də bədənin kiçicik bir üzvüdür, amma yaman lovğalanır. Böyük bir meşəni yandırmaq üçün bir qığılcım kifayət edir.  Bəli, dil bir alovdur. Bədənimizin üzvləri arasında dil haqsızlıqla dolu bir dünyadır, çünki bütün bədəni ləkələyir və insanın həyatını puç edir, özü isə Hinnom dərəsindən* alovlanır.  Hər cür vəhşi heyvanı, quşları, sürünənləri və dəniz məxluqlarını əhliləşdirmək mümkündür və insan onları əhliləşdirmişdir.  Dili isə heç kəs əhliləşdirə bilmir. Öldürücü zəhərlə dolu olan dil qarşısıalınmaz bir bəladır.  Biz dilimizlə Atamız Yehovaya təriflər ucaldır, eyni zamanda «Allahın bənzərində» yaradılmış adamlara lənət oxuyuruq. 10  Eyni ağızdan tərif də çıxır, lənət də. Qardaşlar, belə davam edə bilməz. 11  Məgər bir çeşmədən həm şirin, həm acı su axır? 12  Qardaşlar, məgər əncir ağacı zeytun və ya üzüm meynəsi əncir verə bilər? Beləcə, şor su da şirin ola bilməz. 13  Aranızda hikmətli və dərrakəli kimdir? Qoy bunu yaxşı davranış və hikmətə xas həlimliklə əməldə göstərsin. 14  Ancaq ürəyinizdə güclü paxıllıq və höcət varsa, lovğalanmayın və həqiqəti yalanla ləkələməyin. 15  Bu, yuxarıdan nazil olan hikmət deyil. Xeyr, bu, dünyaya xas, cismani və şeytani hikmətdir. 16  Paxıllıq və höcət olan yerdə qarmaqarışıqlıq və hər cür pislik hökm sürür. 17  Lakin yuxarıdan nazil olan hikmət ilk növbədə safdır, sonra sülhpərvər, aqil, itaətkardır, mərhəmətli və faydalı bəhrələrlə doludur. O, ayrı-seçkilik etməz, onda riyakarlıq yoxdur. 18  Salehlik bəhrəsinin toxumu isə sülhpərvərlər üçün əmin-amanlıq şəraitində əkilir.

Haşiyələr

Yaxud gehenna. Tullantı yandırmaq üçün Yerusəlimdən kənarda yerləşən zibillik. Hinnom dərəsi əbədi məhvin simvoludur. 8–ci Əlavəyə bax