Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Yaqub 2:1—26

2  Qardaşlar, əgər siz ayrı-seçkilik edirsinizsə, demək olarmı ki, şanımız-şöhrətimiz olan Ağamız İsa Məsihin qoyduğu iman yolu ilə gedirsiniz?  Axı yığıncağınıza barmaqlarına qızıl üzüklər taxmış, gözəl libas geyinmiş bir adam, eyni zamanda əynində çirkli paltar olan yoxsul bir adam girəndə  siz gözəl libaslını xoş üzlə qarşılayıb, ona: «Buyur, keç yuxarı başa», yoxsula isə: «Sən ayaq üstə dur», yaxud: «Keç, kətilimin yanında, yerdə otur», — deyirsinizsə,  məgər bir-birinizi təbəqələrə ayırıb, pis hökmlər çıxaran hakim olmursunuz?  Əziz qardaşlarım, bir qulaq asın. Məgər Allah bu dünyada yoxsul olanları imanda zəngin olub, Onu sevənlərə vəd etdiyi padşahlığın varisi olmaq üçün seçməyib?  Siz isə yoxsulu alçaldırsınız. Məgər sizə zülm edən varlılar deyil? Sizi dartıb məhkəmələrə aparan onlar deyil?  Məgər daşıdığınız o şərəfli adı təhqir edənlər varlılar deyil?  Əgər siz Müqəddəs Yazılarda qanunların şahı olan «Yaxınını özünü sevdiyin kimi sev» qanununu icra edirsinizsə, çox yaxşı iş görürsünüz.  Yox əgər ayrı-seçkilik edirsinizsə, günah işləyirsiniz və Qanun sizi bir cinayətkar kimi ifşa edir. 10  Əgər kimsə bütün Qanuna riayət edib, təkcə bir tələbi pozursa, belə adam bütün qanunları pozmuş olur. 11  Çünki «Zina etmə» deyən Allah həmçinin «Qətl etmə» deyib. Buna görə də əgər sən zina etmir, lakin qətl törədirsənsə, deməli, Qanunu pozursan. 12  Azad xalqın qanunu ilə mühakimə ediləcək adamlar kimi danışın və hərəkət edin. 13  Mərhəmət göstərməyənə rəhmsiz hökm çıxarılacaq. Mərhəmət hökm üzərində zəfər çalır. 14  Qardaşlar, əgər kimsə deyir ki, imanı var, ancaq onun yaxşı əməlləri yoxdursa, bunun nə faydası? Məgər belə iman onu xilas edə bilər? 15  Əgər bir qardaşın, yaxud bacının geyməyə paltarı və gündəlik yeməyi yoxdursa 16  və sizlərdən biri onlara: «Sağ-salamat gedin, isinin və qarnınızı doydurun», — deyir, amma möhtac olduqları zəruri şeyləri vermirsə, bunun nə faydası? 17  Eynilə, iman da əməlsiz ölüdür. 18  Ancaq kimsə deyə bilər: «Sənin imanın var, mənim də əməlim. Sən mənə öz imanını əməlsiz göstər, mən isə sənə imanımı əməldə göstərim». 19  Allahın tək olduğuna inanırsan? Əcəb edirsən! Cinlər də inanır və qorxularından tir-tir əsirlər. 20  Ey düşüncəsiz insan, məgər bilmirsən ki, əməlsiz iman bəhrəsizdir? 21  Məgər ulu atamız İbrahim, oğlu İshaqı qurbangahın üzərində təqdim edəndən sonra əməlləri sayəsində saleh elan edilmədi? 22  Görürsən, onun imanı əməllərlə müşayiət edilirdi və əməllərlə də kamilləşdi. 23  Beləcə, Müqəddəs Yazılardakı: «İbrahim Yehovaya iman gətirdi və buna görə saleh sayıldı» sözləri yerinə yetdi və ona «Yehovanın dostu» deyildi. 24  Göründüyü kimi, insan yalnız iman sayəsində deyil, həm də əməl sayəsində saleh elan edilir. 25  Məgər fahişə Rahab da elçiləri qonaqpərvərliklə qarşılayıb, başqa yolla ötürəndən sonra əməlləri sayəsində saleh elan edilmədi? 26  Bəli, ruhsuz* bədən ölü olduğu kimi, əməlsiz iman da ölüdür.

Haşiyələr

Yaxud «nəfəssiz»