Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Titus 3:1—15

3  Hakimiyyətə və hökumətlərə tabe olmağı və itaət etməyi daima onlara xatırlat. Qoy onlar hər cür yaxşı işə hazır olsunlar,  heç kəs barəsində pis danışmasınlar, davakar olmasınlar, ağıllı-kamallı olub, hamı ilə mülayim davransınlar.  Axı biz də vaxtilə düşüncəsiz, itaətsiz olmuş, yolunu azmış, öz nəfsinin və eyş-işrətin qulu olmuş, pislik və paxıllıq içində yaşamış, mənfur olmuş, bir-birimizə nifrət etmişik.  Ancaq Xilaskarımız Allahın xeyirxahlığı və insanpərvərliyi aşkar ediləndə  O, saleh işlərimizə görə deyil, mərhəməti sayəsində günahlarımızı yuyub bizi xilas etdi və həyata qaytardı, müqəddəs ruhu vasitəsilə bizi yeniləşdirdi.  O, Xilaskarımız İsa Məsih vasitəsilə bu ruhdan bizə bol-bol verdi ki,  Onun lütfü sayəsində saleh elan edildikdən sonra biz ümidimizə əsasən əbədi həyata varis olaq.  Bu sözlər etimada layiqdir. Səndən xahiş edirəm, bunları dönə-dönə vurğula ki, Allaha iman edənlər fikirlərini yaxşı işlərə cəmləşdirsinlər. Bunlar gözəl və hamı üçün faydalı sözlərdir.  Axmaq mübahisələrdən, nəsil şəcərələrini araşdırmaqdan, Qanundan ötrü çəkişmələrdən və davalardan uzaq ol, çünki bunlar boş və mənasız şeylərdir. 10  Təriqətçi fikirlər yayan adama gəldikdə isə iki xəbərdarlıqdan sonra onunla əlaqəni kəs, 11  çünki belə adam yoldan sapıb və günah işləyərək özü-özünü məhkum edir. 12  Artemas ya da Tixik yanına gələndən sonra çalış tezliklə Nikopola, yanıma gələsən, çünki qışı orada qalacağam. 13  Qanunu yaxşı bilən Zenas, həmçinin Apollos üçün yol tədarükü gör ki, onlar korluq çəkməsinlər. 14  Qoy bizimkilər də öz zəruri ehtiyaclarını təmin etmək üçün yaxşı işlərlə məşğul olmağı öyrənsinlər və xidmətdə bəhrəsiz qalmasınlar. 15  Yanımda olanların hamısı sənə salam deyir. Bizi sevən həmimanlılara salamlarımı çatdır. Qoy Allahın lütfü sizə yar olsun.

Haşiyələr