Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Titus 2:1—15

2  Sən isə həmişə sağlam təlimə yaraşan sözlər danış.  Qoy yaşlı kişilər hər şeydə hədd bilsinlər, ciddi, sağlam düşüncəli olub imanda, məhəbbətdə və dözümdə möhkəm olsunlar.  Eynilə də ağbirçəklər möminlərə yaraşan tərzdə hörmətcil olmalıdırlar. Onlar böhtançı və şərab düşkünü olmamalı, yaxşı şeylər öyrətməlidirlər.  Qoy onlar cavan gəlinlərə ərlərini və uşaqlarını sevməyi,  sağlam düşüncəli, ismətli, işli-güclü, xeyirxah olmağı, həmçinin ərlərinə tabe olmağı aşılasınlar ki, Allahın sözü bədnam edilməsin.  Eynilə də cavanları sağlam düşüncəli olmağa təşviq et,  özün hər sahədə yaxşı işlər görərək onlara nümunə ol. Təlimdə doğrucul və ciddi ol,  danışığın təmiz, qüsursuz olsun ki, əleyhdarlar bizim haqqımızda deməyə bir söz tapmayıb utansınlar.  Qoy qullar hər sahədə ağalarına tabe olsunlar və onları məmnun etsinlər, söz qaytarmasınlar, 10  oğurluq etməsinlər, əksinə, ağalarına tam sadiq olub hər sahədə Xilaskarımız Allahın təlimini bəzəsinlər. 11  Çünki Allahın hər cür insana xilas gətirən lütfü aşkar edildi. 12  Bu lütf bizə pisliyi və bu dünyaya xas istəkləri rədd edib bu zəmanədə sağlam düşüncə, salehlik və Allaha sədaqətlə həyat sürməyi öyrədir. 13  Böyük Allahın və Xilaskarımız Məsih İsanın şanlı zühurunu və səadət dolu ümidimizin həyata keçəcəyini gözləyərkən belə yaşamalıyıq. 14  Məsih özünü uğrumuzda fəda etdi ki, bizi hər cür qanunsuzluqdan qurtarıb təmizləyərək özü üçün bir əmlak kimi, yaxşı işlərə can yandıran bir xalq təşkil etsin. 15  Bundan sonra da əlində olan tam ixtiyarla danış, ürəkləndir və tənbeh et. Qoy heç kəs sənə yuxarıdan aşağıya baxmasın.

Haşiyələr