Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Titus 1:1—16

1  Allahın seçilmişlərinin imanına və həqiqət barəsindəki dəqiq biliyə əsasən Allahın qulu və İsa Məsihin həvarisi olan Paveldən Titusa məktub. Həqiqət Allaha sədaqətlə bağlıdır,  sədaqət isə heç vaxt yalan danışmayan Allahın əzəldən bəri vəd etdiyi əbədi həyat ümidinə əsaslanır.  O, münasib bildiyi vaxtda Öz sözünü təbliğ xidməti vasitəsilə aşkar etdi. Bu xidmət Xilaskarımız Allahın əmri ilə mənə həvalə edildi.  Şərikli imanımıza görə öz doğma balam kimi sevdiyim Titus, Atamız Allahdan və Xilaskarımız Məsih İsadan gələn lütf və sülh sənə yar olsun!  Mən səni Kritdə ona görə qoydum ki, yarımçıq işləri qaydaya salasan və göstəriş verdiyim kimi, şəhərlərdə ağsaqqallar təyin edəsən.  Ağsaqqal qüsursuz və tək bir qadınla evli olmalıdır. Onun uşaqları pozğunluq və itaətsizlikdə ittiham olunmamalı, imanlı olmalıdırlar.  Bəli, nəzarətçi Allahın nökərbaşısı kimi, qüsursuz olmalıdır. O, özündən başqa heç kimi bəyənməyən, tez özündən çıxan, sərxoşluq edən olmamalı, başqalarına əl qaldırmamalı, haqsız qazanc hərisi olmamalıdır.  Əksinə, xeyirxahlıq etməyi sevməli, qonaqpərvər, sağlam düşüncəli, ədalətli, sədaqətli və təmkinli olmalıdır.  O, təlim verərkən Allahın etimada layiq sözünə bağlı qalmalıdır ki, sağlam təlimin sayəsində həm qardaşları ürəkləndirsin, həm də bu təlimə zidd gedənləri tənbeh edə bilsin. 10  Çünki itaətsiz, boşboğaz və yalançı adamlar çoxdur, onların arasında sünnət tərəfdarlarından da az deyil. 11  Belələrinin ağzını yummaq lazımdır, çünki onlar haqsız qazanc xatirinə artıq-əskik fikirlər yayaraq neçə-neçə ailənin imanını sarsıtmışlar. 12  Elə onların öz peyğəmbəri belə deyib: «Kritlilər həmişə yalan danışarlar, onlar vəhşi heyvan kimi təhlükəlidirlər, avara və qarınquludurlar». 13  Bu, doğrudan da, belədir. Buna görə də imanları möhkəm olsun deyə, onları daima ciddi tənbeh et. 14  Qoy onlar yəhudilərin nağıllarına, həqiqətdən üz döndərən adamların əmrlərinə fikir verməsinlər. 15  Təmiz adam üçün hər şey təmizdir. Ancaq murdar və imansız adam üçün təmiz heç nə yoxdur, çünki onların zehni də, vicdanı da pozulub. 16  Onlar hamının qarşısında Allahı tanıdıqlarını söyləyirlər, ancaq əməlləri ilə Onu inkar edirlər, çünki onlar iyrəncdirlər, itaətsizdirlər və heç bir yaxşı işə yaramırlar.

Haşiyələr