Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Matta 9:1—38

9  Onda İsa qayığa minib o biri sahilə üzdü və öz şəhərinə gəldi.  Bir iflic olmuş adamı yatağın içində onun yanına gətirdilər. İsa o adamların imanını görəndə xəstəyə dedi: «Qorxma, bala, günahların bağışlandı».  Onda mirzələrdən bəziləri ürəklərində dedilər: «Bu lap küfr danışır ki!»  Onların fikirlərini bilən İsa dedi: «Niyə ürəyinizdə mənim barəmdə pis düşünürsünüz?  “Günahların bağışlandı”, — demək asandır, yoxsa: “Ayağa qalx, yeri?”  Ancaq siz insan Oğlunun yerdə günahları bağışlamağa səlahiyyəti olduğunu biləsiniz deyə...» Sonra iflic olmuş adama dedi: «Dur, yatağını da götür, evinə get».  Həmin adam durub evinə getdi.  Camaat bunu görəndə qorxuya düşdü və insanlara bu cür səlahiyyət verən Allahı mədh etməyə başladı.  Sonra İsa yoluna davam edərkən vergi idarəsində oturmuş Matta adında bir adamı gördü və ona dedi: «Ardımca gəl». O adam durub İsanın ardınca getdi. 10  Daha sonra İsa şagirdləri ilə bərabər onun evində süfrədə əyləşərkən bir çox vergiyığan və günahlı da gəlib onlarla süfrə arxasına əyləşdi. 11  Bunu görən fəriseylər onun şagirdlərinə dedilər: «Niyə sizin müəlliminiz vergiyığanlar və günahlılarla çörək kəsir?» 12  İsa bunu eşidib dedi: «Sağlam adamların həkimə ehtiyacı olmur, həkimə xəstələr möhtacdır. 13  Gedin: “Mən qurban yox, mərhəmət istəyirəm”, — sözlərinin mənasını öyrənin. Çünki mən salehləri yox, günahlı adamları çağırmağa gəlmişəm». 14  Sonra Yəhyanın şagirdləri onun yanına gəlib dedilər: «Nə üçün biz də, fəriseylər də oruc tuturuq, amma sənin şagirdlərin tutmur?» 15  İsa cavab verdi: «Heç təzəbəy dostları ilə olanda dostlar yas tutarlar? Lakin gün gələcək, bəyi aralarından götürəcəklər, bax onda onlar oruc tutacaqlar. 16  Heç kəs köhnə paltara təzə parçadan yamaq tikməz, çünki təzə yamaq yığılanda paltar cırılar və yırtılmış yer daha da korlanar. 17  Həmçinin təzə şərabı köhnə tuluqlara tökməzlər, yoxsa tuluq yırtılar, şərab da dağılar və tuluq yararsız hala düşər. Təzə şərabı təzə tuluqlara tökərlər, onda şərab da, tuluq da salamat qalar». 18  İsa bunları danışarkən, bir sinaqoq rəisi ona yaxınlaşdı və təzim edib dedi: «Qızım yəqin ki, artıq ölüb, amma sən gəlib əlini onun üzərinə qoysan, o həyata qayıdacaq». 19  İsa şagirdləri ilə birgə durub onunla getdi. 20  Düz on iki il idi ki, qanaxmadan əziyyət çəkən bir qadın arxadan yaxınlaşıb İsanın əbasının saçağına toxundu, 21  çünki ürəyində deyirdi: «Əgər onun əbasına toxunsam, sağalacağam». 22  İsa çönüb qadını gördü və dedi: «Qorxma, bacım*, imanın səni sağaltdı». Qadın o andaca sağaldı. 23  İsa sinaqoq rəisinin evinə gələndə ney çalanları və vurnuxan camaatı görüb 24  dedi: «Çıxın buradan, qız ölməyib, yatır». Onda camaat İsaya güldü. 25  Adamları bayıra çıxartdılar və İsa dərhal içəri girdi. O, qızın əlindən tutdu və qız qalxdı. 26  Əlbəttə ki, bu xəbər aləmə yayıldı. 27  İsa yolla gedərkən iki kor adam onun dalınca düşüb ucadan dedilər: «Davud Oğlu, bizə rəhmin gəlsin!» 28  İsa evə girdi, korlar onun yanına gəldilər. Onda İsa soruşdu: «Sizcə, mən bunu edə bilərəm? Buna inanırsınız?» Onlar cavab verdilər: «Bəli, Ağa, inanırıq». 29  İsa onların gözlərinə toxundu və dedi: «Qoy inandığınız kimi olsun». 30  Onların gözləri açıldı. Sonra İsa onlara bərk-bərk tapşırdı: «Baxın ha, bunu heç kəsə danışmayın!» 31  Onlar isə çıxıb o yerin bütün sakinlərinə İsa haqqında danışdılar. 32  Onlar çıxanda İsanın yanına cinə tutulmuş bir lal adam gətirdilər. 33  İsa cini qovandan sonra bu adamın dili açıldı. Camaat heyrət içində dedi: «İndiyəcən İsraildə belə şey olmayıb». 34  Fəriseylər isə dedilər: «Bu adam cinlərin hökmdarının əli ilə cin qovur». 35  Sonra İsa şəhərləri və kəndləri bir-bir gəzməyə başladı. O, sinaqoqlarda Allahın sözünü öyrədir, padşahlıq haqqında xoş xəbəri təbliğ edir, hər cür xəstəliyi və naxoşluğu sağaldırdı. 36  İsa camaatı görəndə onların halına acıdı, çünki bu adamlar çobansız qoyunlar kimi yazıq və pərakəndə halda idilər. 37  Onda İsa şagirdlərinə dedi: «Bəli, məhsul bol, işçi isə azdır. 38  Buna görə də biçin Sahibinə yalvarın ki, məhsulu yığmaq üçün biçinçi göndərsin».

Haşiyələr

Hərfən «qızım»