Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Matta 7:1—29

7  Bəsdirin insanları mühakimə etdiniz, yoxsa özünüz də mühakimə olunacaqsınız.  Çünki hansı hökmlə mühakimə edirsinizsə, o hökmlə də mühakimə olunacaqsınız. Hansı ölçü ilə ölçürsünüzsə, həmin ölçü ilə də sizə ölçəcəklər.  Niyə qardaşının gözündəki çöpə baxırsan, amma öz gözündəki tiri görmürsən?  Öz gözündə tir ola-ola sən qardaşına necə: “Gəl gözündəki çöpü çıxarım”, — deyirsən?  Ey ikiüzlü insan! Sən əvvəl öz gözündəki tiri çıxart, sonra qardaşının gözündəki çöpü necə çıxartmağı aydın görərsən.  Müqəddəs şeyləri itlərə verməyin və mirvarilərinizi donuzların qabağına atmayın ki, onlar mirvariləri tapdalamasınlar, sonra da çönüb sizi parçalamasınlar.  Durmadan diləyin və sizə veriləcək; durmadan axtarın və tapacaqsınız; durmadan qapını döyün və sizə açacaqlar.  Çünki diləyən istədiyini alır, axtaran tapır və qapını döyənə açacaqlar.  Doğrudan da, məgər aranızda elə bir ata var ki, oğlu çörək istəyəndə ona daş versin? 10  Yaxud balıq istəyəndə, ona ilan versin? 11  Əgər siz pis olduğunuz halda uşaqlarınıza yaxşı nemətlər verə bilirsinizsə, məgər səmavi Atanız Ondan istəyənlərə yaxşı nemətlər verməyəcək? 12  Buna görə də insanların sizinlə necə rəftar etməsini istəyirsinizsə, siz də onlarla eləcə rəftar edin. Əslində Qanun və Peyğəmbərlər də məhz bunu deyirlər. 13  Dar qapıdan girin, çünki məhvə aparan yol enli və genişdir və çox adam bu yolla gedir. 14  Amma həyata aparan qapı dar, yol isə ensizdir və bu yolu az adam tapır. 15  Özünüzü saxta peyğəmbərlərdən gözləyin. Onlar yanınıza qoyun cildində gəlirlər, halbuki daxildə yırtıcı canavardırlar. 16  Onları bəhrələrindən tanıyacaqsınız. Heç tikan kolundan üzüm, qanqal kolundan əncir yığılar? 17  Eynilə də, hər yaxşı ağac yaxşı meyvə verir, çürük ağac isə yararsız meyvə verir. 18  Yaxşı ağac yararsız meyvə gətirə bilməz, çürük ağac da yaxşı meyvə gətirə bilməz. 19  Yaxşı meyvə gətirməyən hər ağacı kəsib oda atırlar. 20  Beləliklə, onları bəhrələrindən tanıyacaqsınız. 21  Mənə: “Ağam, Ağam”, — deyən hər kəs səmavi padşahlığa girməyəcək, yalnız göydəki Atamın iradəsini yerinə yetirən ora girəcək. 22  O gün çoxları mənə deyəcək: “Ağa, Ağa, məgər biz sənin adınla peyğəmbərlik etmirdik? Məgər sənin adınla cinləri qovmurduq? Məgər sənin adınla çoxlu möcüzələr göstərmirdik?” 23  O zaman onların üzünə deyəcəyəm: “Mən sizi tanımıram! Rədd olun, qanunsuzluğun qulluğunda duranlar”. 24  Beləliklə, mənim sözlərimi eşidib onlara əməl edən evini daş üzərində tikmiş ağıllı adama bənzəyir. 25  Yağış yağdı, sel oldu, şiddətli külək əsdi və evin üzərinə gəldi, lakin ev uçmadı, çünki təməli daş üzərində qoyulmuşdu. 26  Amma mənim sözlərimi eşidib onlara əməl etməyən evini qum üzərində tikmiş ağılsız adama bənzəyir. 27  Yağış yağdı, sel oldu, şiddətli külək əsdi və evin üzərinə gəldi. Ev uçub darmadağın oldu». 28  İsa sözünü qurtaranda camaat onun necə təlim verdiyinə heyran qaldı. 29  Çünki İsa Allahın sözünü onların mirzələri kimi yox, hakimiyyət sahibi kimi öyrədirdi.

Haşiyələr