Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Matta 4:1—25

4  Bundan sonra Allahın ruhu İsanı çöllüyə apardı və orada İblis onu imtahana çəkdi.  İsa qırx gün, qırx gecə oruc tutdu, sonra acdı.  Onda İblis gəldi və onu sınayaraq dedi: «Əgər sən Allahın oğlusansa, əmr et ki, bu daşlar çörəyə dönsün».  Amma İsa cavab verdi: «Yazılıb: “İnsan yalnız çörəklə yaşamamalıdır, Yehovanın ağzından çıxan hər sözlə yaşamalıdır”».  Sonra İblis onu müqəddəs şəhərə gətirib məbəd hasarının üstünə qoydu  və dedi: «Əgər sən Allahın oğlusansa, özünü aşağı at, axı yazılıb: “Ayağın daşa dəyməsin deyə, O, mələklərinə əmr edəcək və onlar səni əlləri üstündə aparacaqlar”».  İsa ona cavab verdi: «Həmçinin yazılıb: “Allahın Yehovanı sınama”».  İblis yenidən onu götürüb bir uca dağın başına gətirdi, dünyanın bütün padşahlıqlarını və onların calalını ona göstərib  dedi: «Əgər diz çöküb mənə səcdə qılsan, bütün bunları sənə verəcəyəm». 10  İsa ona dedi: «Rədd ol, Şeytan! Axı yazılıb: “Allahın Yehovaya səcdə qıl və yalnız Ona ibadət et”». 11  Bundan sonra İblis ondan əl çəkdi və mələklər gəlib İsaya qulluq etməyə başladılar. 12  İsa Yəhyanın həbs edildiyini eşidəndə Qalileyaya getdi. 13  Sonra Nazaretdən çıxıb Zebulun və Niftalı torpaqlarına, gölün kənarında yerləşən Kapernahuma gəlib orada məskən saldı. 14  Beləliklə, Yeşaya peyğəmbər tərəfindən deyilmiş sözlər yerinə yetdi: 15  «Ey başqa millətlərin Qalileyası! İordan çayının o tərəfində, dəniz yolu boyunca uzanan Zebulun və Niftalı torpaqları! 16  Zülmətdə oturan xalq parlaq işıq gördü və ölüm kölgəsində oturanların üzərinə nur ələndi». 17  O vaxtdan etibarən İsa bu sözlərlə təbliğ etməyə başladı: «Tövbə edin, çünki səmavi padşahlıq yaxınlaşır». 18  İsa Qalileya gölünün sahili boyunca gedərkən iki qardaş gördü. Peter ləqəbli Şimon və onun qardaşı Andreas suya tor atırdılar. Onlar balıqçı idilər. 19  İsa onlara dedi: «Ardımca gəlin. Bundan sonra balıq yox, insan tutacaqsınız». 20  Onlar dərhal torlarını atıb onun ardınca getdilər*. 21  İsa yoluna davam etdi və başqa iki qardaşı gördü. Yaqub və qardaşı Yəhya ataları Zebedeylə qayıqda oturub torlarını təmir edirdilər. İsa onları çağırdı. 22  Onlar dərhal qayığı və atalarını qoyub İsanın dalınca getdilər. 23  Sonra İsa bütün Qalileyanı gəzib onların sinaqoqlarında Allahın sözünü öyrədir, padşahlıq haqqındakı xoş xəbəri təbliğ edir, hər cür xəstəni və naxoşu sağaldırdı. 24  Onun sorağı bütün Suriyaya yayıldı. Müxtəlif xəstəliklərdən və ağrılardan əzab çəkən bütün xəstələri, cinə tutulmuş adamları, epileptikləri, iflic olmuş adamları İsanın yanına gətirdilər və o, bu adamları sağaltdı. 25  Buna görə də Qalileya, Dekapol, Yerusəlim, Yəhudeya və İordan çayının o tayından saysız-hesabsız adam onun ardınca gedirdi.

Haşiyələr

«Ardımca gəl/ardı ilə getmək» ifadələri İsanın davamçısı olmaq mənasında işlədilir