Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Matta 3:1—17

3  O günlərdə Vəftizçi Yəhya Yəhudeya çöllüyündə təbliğ etməyə başladı.  O, belə deyirdi: «Tövbə edin, çünki səmavi padşahlıq yaxınlaşır».  Yeşaya peyğəmbər onun haqqında demişdi: «Dinləyin! Səhrada kimsə qışqırır: “Yehova üçün yol hazırlayın! Onun yollarını hamarlayın”».  Yəhya dəvə yunundan paltar geyir, belinə dəri qurşaq bağlayır, çəyirtkə və çöl balı ilə qidalanırdı.  O vaxt Yerusəlim, bütün Yəhudeya və İordan ətrafı bölgələrin camaatı onun yanına axışırdı.  İnsanlar günahlarını açıq-aşkar boynuna alır və Yəhya onları İordan çayında vəftiz* edirdi.  Yəhya xeyli fərisey və sadukeyin vəftiz yerinə gəldiyini görəndə onlara dedi: «Ey əfi ilan balaları, qarşıdan gələn qəzəbdən qaçmaq fikrini ağlınıza kim qoyub?  Tövbəyə* yaraşan bəhrələr gətirin  və “Atamız İbrahimdir”, — deyib, özünüzü arxayınlaşdırmayın. Bunu bilin ki, Allah istəsə, İbrahimə bu daşlardan da övlad yarada bilər. 10  Artıq balta ağacların dibinə qoyulub; yararsız meyvə gətirən ağac kəsilib oda atılacaq. 11  Tövbə etdiyiniz üçün mən sizi su ilə vəftiz edirəm, amma məndən sonra gələn məndən qat-qat güclüdür. Mən onun ayağından səndəlini çıxartmağa belə layiq deyiləm. O, sizi müqəddəs ruhla və alovla vəftiz edəcək. 12  O, əlində kürək hazır dayanıb. Xırmanı tərtəmiz təmizləyib buğdasını anbara yığacaq, samanı isə sönməz oda atıb yandıracaq». 13  O zaman İsa vəftiz olunmaq üçün Qalileyadan İordan çayının kənarına, Yəhyanın yanına gəldi. 14  Yəhya: «Məni sən vəftiz etməlisən, sən isə mənim yanıma gəlirsən?», — deyərək onu saxlamaq istədi. 15  İsa ona cavab verdi: «Məni saxlama, çünki beləcə biz bütün saleh işləri yerinə yetirməliyik». Onda Yəhya daha onu saxlamadı. 16  İsa vəftiz olunub dərhal sudan çıxdı. Birdən göylər açıldı və Yəhya gördü ki, Allahın ruhu göyərçin kimi İsanın üzərinə enir. 17  Bu zaman göydən bir səs də gəldi: «Bu, Mənim sevimli Oğlumdur, Mən ondan çox razıyam».

Haşiyələr

Yəni suya batırıb çıxarırdı
Hərfən «düşüncə tərzinin dəyişilməsi»