Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Matta 28:1—20

28  Şənbə günündən sonra, həftənin ilk günü* dan yeri söküləndə, Məcdəlli Məryəmlə o biri Məryəm sərdabəyə baxmağa gəldilər.  Onlar gördülər ki, orada güclü zəlzələ olub, çünki Yehovanın mələyi göydən enmişdi. O, daşı kənara diyirləyib üstündə oturmuşdu.  Mələk görkəmcə şimşəyə bənzəyirdi, paltarı qar kimi ağappaq idi.  Keşikçilər onu görəndə tir-tir əsdilər, qorxudan az qala bağırları çatladı.  Mələk qadınlara dedi: «Qorxmayın! Mən bilirəm ki, siz edam edilmiş İsanı axtarırsınız.  İsa burada yoxdur. O özünün dediyi kimi dirilib. Gəlin, onun qoyulduğu yerə baxın.  Sonra isə tez gedin, şagirdlərə onun dirildiyini söyləyin və deyin: “İsa sizin qabağınızca Qalileyaya gedir, onu orada görəcəksiniz”. Mən sizi xəbərdar etdim».  Qadınlar tələsik sərdabədən çıxdılar və qorxu qarışıq böyük sevinclə qaça-qaça hər şeyi şagirdlərə xəbər verməyə getdilər.  Yolda İsa qarşılarına çıxıb onları salamladı. Qadınlar yüyürüb ona təzim etdilər və onun ayaqlarından yapışdılar. 10  İsa onlara dedi: «Qorxmayın, gedin qardaşlarıma deyin ki, Qalileyaya getsinlər. Orada məni görəcəklər». 11  Qadınlar yollarına davam etdilər. Gözətçilərdən bir neçəsi şəhərə gedib baş vermiş hadisəni böyük kahinlərə çatdırdı. 12  Böyük kahinlər ağsaqqallarla toplaşıb məsləhətləşəndən sonra əsgərlərə böyük məbləğdə gümüş pul verdilər 13  və tapşırdılar: «Belə deyərsiniz: “Gecə biz yatanda onun şagirdləri gəlib cəsədi oğurladılar”. 14  Arxayın olun, əgər bu, valinin qulağına çatsa, biz onu yola verərik, sizə heç nə olmaz». 15  Əsgərlər pulu götürüb hər şeyi tapşırıldığı kimi etdilər. Buraxdıqları şayiə indiyədək bütün yəhudilər arasında gəzib-dolaşır. 16  On bir şagird Qalileyaya, İsanın dediyi dağa gəldi və 17  İsanı görəndə ona təzim etdi. Lakin bəzilərində şübhə vardı. 18  İsa yaxınlaşıb şagirdlərə dedi: «Göydəki və yerdəki bütün hakimiyyət mənə verilib. 19  Buna görə də gedin və bütün millətlərin içində şagird hazırlayın, onları Ata, Oğul və müqəddəs ruh naminə vəftiz edin, 20  sizə əmr etdiyim hər şeyə riayət etməyi onlara öyrədin. Mən bu dövrün yekununa kimi həmişə sizinləyəm».

Haşiyələr

Yaxud «bazar günü». Yəhudilərdə həftənin başlanğıcı bazar günündən hesablanırdı