Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Matta 11:1—30

11  İsa on iki şagirdinə göstəriş verib onlardan ayrıldı, təbliğ etmək və Allahın sözünü öyrətmək üçün başqa şəhərlərə getdi.  Həbsxanada olan Yəhya Məsihin gördüyü işlər barəsində eşidəndə şagirdlərini onun yanına göndərib  soruşdu: «Gəlişini gözlədiyimiz Məsih sənsən, yoxsa başqasını gözləyək?»  İsa onlara dedi: «Gedin, eşitdiklərinizi və gördüklərinizi Yəhyaya çatdırın.  Korların gözləri açılır, axsaqlar düz gəzir, cüzamlılar təmizlənir, karlar eşidir, ölülər dirilir, yoxsullara xoş xəbər bəyan edilir.  Mənə görə şübhələrə qapılmayan necə də xoşbəxtdir».  Onlar çıxıb gedəndən sonra İsa camaata Yəhya haqqında bunları söylədi: «Çöllüyə nə görməyə getmişdiniz? Küləyin əsdirdiyi qamışı?  Onda ora nə görməyə getmişdiniz? Zərif libas geymiş adamı? Bəs bilmirsiniz ki, zərif libas geyənlər padşah saraylarında olurlar?  Yaxşı, bəs ora niyə getmişdiniz? Peyğəmbərə baxmağa? Bəli, bunu bilin ki, bu adam peyğəmbərdən də üstündür. 10  “Sənin qabağınca Öz elçimi göndərirəm, o, qarşında gedib sənin yolunu hazırlayacaq”, — sözləri onun haqqında yazılmışdır. 11  İnanın ki, bəşər övladları arasında Vəftizçi Yəhyadan böyüyü olmayıb, amma səmavi padşahlıqda ən kiçiyi ondan böyükdür. 12  Vəftizçi Yəhyanın günlərindən bu yana insanlar səmavi padşahlığa can atırlar və bu məqsədə can atanlar ona nail olurlar. 13  Çünki həm Qanun, həm Peyğəmbərlər Yəhyaya qədər peyğəmbərlik etmişlər 14  və istəyirsiniz inanın, istəmirsiniz inanmayın, o, gəlişini gözlədiyiniz İlyasdır. 15  Qulağı olan eşitsin. 16  Bu nəsli kimə bənzədim? O, bazar meydanında oturub biri digərinə: 17  “Biz sizin üçün tütək çaldıq, amma siz oynamadınız; biz ağı dedik, amma siz kədərdən başınıza döymədiniz”, — deyən uşaqlara bənzəyir. 18  Eynilə də, Yəhya gəlib nə yeyir, nə içir, amma camaat deyir: “Onda cin var”. 19  İnsan Oğlu gəlib həm yeyir, həm içir, insanlar yenə deyirlər: “Budur ha, qarınqulu və şərab düşkünü, vergiyığanların və günahlıların dostu”. Camaat nə deyirsə desin, hikmətin doğruluğu əməllərindən bəlli olur». 20  Sonra İsa qüdrətli işlərinin əksəriyyətini göstərdiyi şəhərləri, tövbə etmədikləri üçün, ittiham etməyə başladı: 21  «Vay halına, Xorazin! Vay halına, Betsayda! Çünki sizdə görülmüş qüdrətli işlər Sur və Sidon şəhərlərində görülsəydi, onlar çoxdan çula bürünüb kül içində oturmuş və tövbə etmişdilər. 22  Buna görə də bilin, Hökm günü Sur və Sidon şəhərləri üçün tab gətirmək sizə nisbətən daha asan olacaq. 23  Ey Kapernahum, elə bilirsən göylərə qədər yüksələcəksən? Xeyr! Birbaşa Məzara* uğrayacaqsan! Çünki səndə baş vermiş möcüzələr Sodomda baş versəydi, o, bu günə qədər durardı. 24  Buna görə də bilin, Hökm günü Sodom torpağı üçün tab gətirmək ona nisbətən daha asan olacaq». 25  Sonra İsa dedi: «Ata, ey göyün və yerin Ağası! Hamının qarşısında Sənə şükür edirəm, çünki bunları hikmətli və ağıllı adamlardan gizlədib körpələrə açdın. 26  Bəli, Ata, çünki Sən belə münasib bildin. 27  Atam hər şeyi mənə verdi və Oğulu Atadan savayı heç kim tanımır. Atanı da Oğuldan savayı və Oğulun tanıtmaq istədiyi adamdan savayı heç kəs tanımır. 28  Ey bütün zəhmətkeşlər və yükü ağır olanlar, yanıma gəlin, mən sizə təravət verəcəyəm. 29  Boyunduruğumu üzərinizə götürün və mənə baxıb öyrənin, çünki mən həlim və qəlbən təvazökaram. Onda canınız təravətlənər. 30  Çünki boyunduruğum rahat, yüküm yüngüldür».

Haşiyələr

Hərfən «hadesə». Yəni bəşəriyyətin ümumi məzarına. 7–ci Əlavəyə bax