Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Luka 3:1—38

3  Sezar Tiberinin hakimiyyətinin on beşinci ilində, Ponti Pilat Yəhudeya valisi, Hirod* Qalileya vilayətinin, qardaşı Filip İtureya və Traxonit vilayətlərinin, Lisani isə Abileniya vilayətinin hakimi olarkən,  baş kahin Kayafanın və böyük kahin Hannanın günlərində çöllükdə Zəkəriyyənin oğlu Yəhyaya Allahdan bir buyruq gəldi.  Yəhya İordanın ətrafındakı bölgələri gəzib dolaşır, günahların bağışlanması üçün tövbə rəmzi olan vəftizi təbliğ edirdi,  necə ki, Yeşaya peyğəmbərin kitabında yazılmışdır: «Dinləyin! Səhrada kimsə qışqırır: “Yehova üçün yol hazırlayın! Onun yollarını hamarlayın.  Bütün dərələr doldurulmalı, dağlar və təpələr alçaldılmalı, əyri-üyrü yollar düzəldilməli, kələ-kötür yerlər hamar olmalıdır.  Onda bütün insanlar Allahın xilas yolunu görəcək”».  Yəhya vəftiz olunmaq üçün onun yanına gələnlərə belə deyirdi: «Ey əfi ilan balaları, qarşıdan gələn qəzəbdən qaçmaq fikrini ağlınıza kim qoyub?  Tövbəyə yaraşan iş görün. “Atamız İbrahimdir”, — deyib, özünüzü arxayınlaşdırmayın. Bunu bilin ki, Allah istəsə, İbrahimə bu daşlardan da övlad yaradar.  Balta artıq ağacların dibindədir; yararsız meyvə gətirən ağac kəsilib oda atılacaq». 10  Camaat ondan soruşurdu: «Bəs indi biz nə edək?» 11  Yəhya cavabında onlara deyirdi: «İki dəst köynəyi olan adam birini köynəyi olmayana versin, yeməyi olan da bu cür etsin». 12  Hətta vergiyığanlar da vəftiz olunmağa gəlir və ondan soruşurdu: «Müəllim, biz nə edək?» 13  Yəhya onlara belə deyirdi: «Camaatdan təyin olunmuş vergidən artığını tələb etməyin». 14  Əsgərlər də ondan soruşurdu: «Bəs biz nə edək?» Yəhya onlara deyirdi: «Heç kəsi incitməyin, heç kəsə şər atmayın, aldığınız ərzaq payı ilə kifayətlənin». 15  Xalq Məsihin intizarında idi və hər kəs ürəyində Yəhya haqqında belə düşünürdü: «Bəlkə Məsih budur?» 16  Yəhya hamıya belə cavab verirdi: «Mən sizi su ilə vəftiz edirəm; amma məndən daha güclüsü gəlir. Mən onun ayağındakı səndəlin bağını belə açmağa layiq deyiləm. O, sizi müqəddəs ruhla və alovla vəftiz edəcək. 17  O, əlində kürək hazır dayanıb. Xırmanı tərtəmiz təmizləyib buğdanı anbara yığacaq, samanı isə sönməz oda atıb yandıracaq». 18  Yəhya digər nəsihətlər də verib insanlara xoş xəbəri çatdırırdı. 19  Amma vilayət hakimi Hirod, qardaşı arvadı Hirodiadaya və digər pis işlərinə görə onu ifşa edən 20  Yəhyanı zindana saldı və bununla pis əməllərinin sayını daha da artırdı. 21  Bütün camaat vəftiz olunarkən İsa da gəlib vəftiz olundu. O, dua edərkən göy açıldı 22  və müqəddəs ruh cismani şəkildə, bir göyərçin kimi onun üzərinə endi və göydən bir səs gəldi: «Sən Mənim sevimli Oğlumsan; səndən çox razıyam». 23  İsa xidmətə başlayanda təqribən otuz yaşında idi. Belə hesab edirdilər ki, o, Yusifin oğlu idi. Yusif Helinin oğlu, 24  Heli Mattatın, Mattat Levinin, Levi Melxinin, Melxi Yannayın, Yannay Yusifin, 25  Yusif Mattatiyanın, Mattatiya Amosun, Amos Nahumun, Nahum Eslinin, Esli Naqqayın, 26  Naqqay Mahatın, Mahat Mattatiyanın, Mattatiya Semeinin, Semein Yosehin, Yoseh Yodanın, 27  Yoda Yoananın, Yoanan Risanın, Risa Zərubbabilin, Zərubbabil Şealtielin, Şealtiel Nerinin, 28  Neri Melxinin, Melxi Addinin, Addi Kosamın, Kosam Elmadamın, Elmadam Erin, 29  Er Yeşuanın, Yeşua Eliezerin, Eliezer Yorimin, Yorim Mattatın, Mattat Levinin, 30  Levi Simeonun, Simeon Yəhudanın, Yəhuda Yusifin, Yusif Yonamın, Yonam Eliakimin, 31  Eliakim Meleanın, Melea Mennanın, Menna Mattatanın, Mattata Natanın, Natan Davudun, 32  Davud Yeşayın, Yeşay Obedin, Obed Boazın, Boaz Salmonun, Salmon Naxşonun, 33  Naxşon Amminadabın, Amminadab Arninin, Arni Xesronun, Xesron Peresin, Peres Yəhudanın, 34  Yəhuda Yaqubun, Yaqub İshaqın, İshaq İbrahimin, İbrahim Terahın, Terah Naxorun, 35  Naxor Sərucun, Səruc Reunun, Reu Peleqin, Peleq Eberin, Eber Şelanın, 36  Şela Kainanın, Kainan Arpakşadın, Arpakşad Samın, Sam Nuhun, Nuh Lamexin, 37  Lamex Metuşelahın, Metuşelah Xanokun, Xanok Yaredin, Yared Mahalaleelin, Mahalaleel Kainanın, 38  Kainan Enoşun, Enoş Şetin, Şet Adəmin, Adəm Allahın oğlu idi.

Haşiyələr

Yəni Böyük Hirodun oğlu Hirod Antipa