Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Luka 24:1—53

24  Həftənin ilk günü* səhər tezdən onlar hazırladıqları ətirli otları da götürüb sərdabəyə gəldilər.  Yaxınlaşanda gördülər ki, sərdabənin ağzındakı daş kənara yuvarlandırılıb.  Qadınlar sərdabəyə girəndə Ağamız İsanın cəsədini tapmadılar.  Onlar çaş-baş qaldılar. Birdən yanlarında parlaq libasda iki nəfər peyda oldu.  Qadınlar qorxudan üzüstə yerə sərildilər, amma o iki nəfər onlara dedi: «Siz nə üçün dirini ölülər arasında axtarırsınız?  [O, burada yoxdur, o dirilib.]* Hələ Qalileyada olarkən onun sizə  insan Oğlunun günahlıların əlinə veriləcəyi, dirəyə mıxlanacağı, ancaq üçüncü gün diriləcəyi barəsində dediklərini yadınıza salın».  Qadınlar İsanın sözlərini xatırladılar  və sərdabədən geri dönüb hər şeyi on bir həvariyə və digər şagirdlərə danışdılar. 10  Bu qadınlar Məcdəlli Məryəm, Yohanna və Yaqubun anası Məryəm idi. Onlarla olan digər qadınlar da bu haqda həvarilərə danışdılar. 11  Ancaq həvarilər qadınların dediklərini boş şey sayıb onlara inanmadılar. 12  [Peter isə ayağa qalxıb sərdabəyə qaçdı və içəriyə boylananda orada kəfəndən başqa bir şey görmədi. Peter mat-məəttəl çıxıb gəldi.]* 13  Elə həmin gün iki şagird Yerusəlimdən təqribən on bir kilometr* aralıda yerləşən Emmaus kəndinə gedirdi. 14  Onlar baş vermiş hadisələr barəsində bir-birilə söhbət edirdilər. 15  Şagirdlər aralarında danışarkən İsanın özü yaxınlaşıb onlarla yanaşı getdi. 16  Amma onlar İsanı tanımadılar. 17  İsa onlardan soruşdu: «Nə barədə danışırsınız?» Şagirdlər dayandılar. Onlar çox qəmgin idilər. 18  Kleopa adlı şagird ona dedi: «Sən, deyəsən, qəribsən və Yerusəlimdə tək-tənha qalırsan. Məgər bu günlərdə şəhərdə baş vermiş hadisələrdən xəbərin yoxdur?» 19  İsa onlardan soruşdu: «Hansı hadisələrdən?» Onlar cavab verdilər: «Nazaretli İsa ilə bağlı hadisələri deyirik. O, Allahın və bütün xalqın qarşısında sözdə və əməldə qüdrətli bir peyğəmbər idi. 20  Bizim böyük kahinlər və rəhbərlər isə ona ölüm hökmü kəsib dirəyə mıxladılar. 21  Eh, biz isə ümid edirdik ki, o, İsraili azad edəcək. Artıq bu hadisələrdən üç gün keçir. 22  Üstəlik, aramızdan bəzi qadınlar da bizi lap çaş-baş qoyublar. Onlar səhər tezdən sərdabədə olublar, 23  amma onun cəsədini orada tapmayıblar. Qayıdıb orada qeyri-adi bir şey gördüklərini danışıblar. Guya mələklər peyda olub onun sağ olduğunu söyləyiblər. 24  Onda bizimkilərdən bəziləri sərdabəyə getdilər və gördülər ki, hər şey qadınların dediyi kimidir. Amma onun özünü görmədilər». 25  İsa onlara dedi: «Ey ağılsızlar və peyğəmbərlərin dediklərinə inanmayan ürəyi hissiyyatsızlar! 26  Məgər Məsih bu əzablara qatlaşmalı və sonra şöhrətə yetişməli deyildi?» 27  Sonra Musadan və bütün Peyğəmbərlərdən başlayıb Müqəddəs Yazılarda özünə aid olan şeyləri bir-bir onlara izah etdi. 28  Nəhayət, onlar kəndə çatdılar. Amma İsa özünü elə apardı ki, guya yoluna davam edir. 29  Onda şagirdlər təkid etdilər: «Artıq axşam düşür, qaş qaralır. Bizimlə qal». İsa razılaşıb içəri girdi. 30  Süfrədə oturan zaman, İsa çörəyi götürüb şükür etdi, sonra bölüb onlara verdi. 31  Onda şagirdlərin gözü tam açıldı və onu tanıdılar. Lakin İsa qeyb oldu. 32  Onlar bir-birinə dedilər: «Məgər o, yolda bizimlə danışanda, Müqəddəs Yazıları bizə izah edəndə ürəyimiz alışıb yanmırdı?» 33  Onlar yubanmadan Yerusəlimə qayıtdılar və gördülər ki, on bir həvari və digər şagirdlər bir yerə yığışıblar. 34  Oradakılar dedilər: «Ağa, doğrudan da, dirilib və Şimona görünüb!» 35  Onda iki şagird də yolda baş vermiş hadisəni və İsa çörəyi bölərkən onu necə tanıdıqlarını hamıya danışdılar. 36  Onlar bütün bunlardan danışarkən İsa özü orada peyda olub: [«Salaməleyküm*», — dedi.]* 37  Amma şagirdlər bərk qorxdular, onları dəhşət bürüdü; elə zənn etdilər ki, qabaqlarındakı ruhdur. 38  İsa onlara dedi: «Niyə qorxursunuz və nə üçün ürəyinizdə şübhə oyanır? 39  Əllərimə və ayaqlarıma baxın, bu mənəm. Mənə toxunun və baxın, axı ruhun əti və sümüyü olmur, məndə isə var». 40  [Bunları deyib İsa əllərini və ayaqlarını onlara göstərdi.]* 41  Onlar sevinc və heyrət içində idilər, gözlərinə inana bilmirdilər. Onda İsa soruşdu: «Yeməyə bir şeyiniz var?» 42  Ona bir tikə qızardılmış balıq verdilər; 43  o, balığı alıb onların gözü qabağında yedi. 44  Sonra İsa belə dedi: «Hələ sizinlə olanda sizə məhz bu haqda danışmışdım ki, Musanın qanununda, Peyğəmbərlərin kitablarında və Məzmurlarda mənim haqqımda yazılanlar yerinə yetməlidir». 45  Sonra İsa Müqəddəs Yazıların mənasını anlamaq üçün onların zehnini tam açdı 46  və dedi: «Müqəddəs Yazılar deyir ki, Məsih əzab çəkəcək, ölüb üçüncü gün diriləcək, 47  Yerusəlimdən başlayaraq bütün millətlərə onun adı ilə günahların bağışlanması üçün tövbə xəbəri təbliğ olunacaq. 48  Siz bunların şahidi olacaqsınız. 49  Mən Atamın vəd etdiyi ənamı sizə göndərirəm. Ona görə də göydən gələn gücü almayınca şəhərdən çıxmayın». 50  İsa onları Betaniyaya kimi gətirdi, sonra əllərini qaldırıb onlara xeyir-dua verdi. 51  İsa onlara xeyir-dua verərkən onlardan ayrıldı və göyə qalxmağa başladı. 52  Şagirdlər ona təzim edib böyük sevinclə Yerusəlimə qayıtdılar. 53  Onlar daima məbəddə idilər və Allaha həmd edirdilər.

Haşiyələr

Matta 28:1 haşiyəsinə bax 
Luka 23:34 haşiyəsinə bax
Luka 23:34 haşiyəsinə bax 
Hərfən «yetmiş stadi». 10–cu Əlavəyə bax
Yaxud «sizə salam (sülh) olsun»
Luka 23:34 haşiyəsinə bax
Luka 23:34 haşiyəsinə bax