Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Koloslulara 4:1—18

4  Ey ağalar, qullarınızla salehlik və ədalətlə davranın və yadınızdan çıxarmayın ki, göydə sizin də Ağanız var.  Daima dua edin, oyaq qalıb şükür edin.  Həmçinin bizdən ötrü də dua edin ki, Allah Öz sözünün təbliği üçün bizə qapı açsın və biz Məsih haqqındakı müqəddəs sirri bəyan edə bilək. Mən bu sirr uğrunda həbsdəyəm.  Bəli, dua edin ki, onu layiqincə açıqlaya bilim.  Kənar adamlara qarşı müdrik davranın və vaxtınızın* qədrini bilin.  Qoy sözləriniz həmişə duzlu, ürəkaçan olsun ki, kimə necə cavab verməyi biləsiniz.  Mənim barəmdə hər şeyi sizə əziz qardaşım, Ağamızın sadiq xidmətçisi və qulu olan dostum Tixik danışacaq.  Onu yanınıza göndərirəm ki, sizə işlərimiz haqqında danışsın və təsəlli versin.  Sizlərdən olan vəfalı və əziz qardaşım Onisimi də ona qoşub yanınıza göndərirəm. Onlar burada baş verənləri sizə danışacaqlar. 10  Mənimlə birgə həbsxanada olan yoldaşım Aristarx sizə salam söyləyir. Barnabanın qohumu* Mark (sizə deyilmişdi ki, o, yanınıza gəlsə, onu mehribanlıqla qarşılayasınız), 11  həmçinin Yust ləqəbli Yeşua da sizə salam göndərir. Bunlar sünnət edilmişlərdəndir. Bu qardaşlar Allahın padşahlığı uğrunda mənimlə birlikdə çalışmış və mənə dayaq olmuş yeganə əməkdaşlarımdır. 12  Məsih İsanın qulu və sizlərdən olan Epafras da sizə salam deyir. O, sizdən ötrü daima cidd-cəhdlə dua edir ki, siz Allahın hər bir istəyinə tam əmin olub sonadək yetkin qalasınız. 13  Onun sizdən, həmçinin Laodikiyada və Hierapolda olanlardan ötrü necə can yandırdığına özüm şahidəm. 14  Sevimli həkim qardaşımız Luka və Dimas da sizə salam deyirlər. 15  Laodikiyadakı qardaşlara, həmçinin Nimfaya və bu bacının evindəki yığıncağa salamlarımı çatdırın. 16  Bu məktub sizdə oxunandan sonra bir tədbir görün ki, o, laodikiyalıların yığıncağında da oxunsun. Laodikiyadan gələn məktubu da siz oxuyun. 17  Həmçinin Arxipə bu sözləri çatdırın: «Ağamızın sənə həvalə etdiyi xidməti vicdanla icra et». 18  Mən Pavel öz əlimlə sizə salam yazıram. Mənim buxovlarımı həmişə yadınızda saxlayın. Allahın lütfü sizə yar olsun.

Haşiyələr

Hərfən «əlverişli vaxtı satın alın»
Valideynlərindən birinin bacısı və ya qardaşı oğlu