Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Koloslulara 2:1—23

2  Sizlərin, Laodikiyadakıların və məni şəxsən tanımayanların hamısının uğrunda necə böyük mübarizə apardığımı bilməyinizi istəyirəm.  Qoy hamınızın qəlbi təsəlli tapsın, siz qarşılıqlı məhəbbət telləri ilə birləşəsiniz və böyük sərvətə — həqiqətin aydın və qəti anlayışına və Allahın müqəddəs sirri olan Məsih haqqında dəqiq biliyə yiyələnəsiniz.  Bütün hikmət və bilik xəzinələri onda gizlədilib.  Bunu ona görə deyirəm ki, heç kəs sizi inandırıcı dəlillərlə aldatmasın.  Özüm yanınızda olmasam da, mənən yanınızdayam, belə ki, Məsihə olan möhkəm imanınızı və aranızdakı nizam-intizamı görüb ürəkdən sevinirəm.  Beləliklə, Məsih İsanı Ağa kimi qəbul edən sizlər, bundan sonra da onun yolu ilə yeriyin.  Necə ki, öyrənmisiniz, eləcə də İsada kök atıb böyüyün, imanda sarsılmaz olun, Allaha şükür edərkən imanla dolub-daşın.  Diqqətli olun ki, heç kəs sizi bu dünyanın prinsiplərinə, insan ehkamlarına əsaslanan fəlsəfə ilə, puç və yanlış fikirlər vasitəsilə ovlamasın. Bunlar Məsihdən deyil.  Çünki Məsihdə ilahi təbiət tam dolğunluğu ilə cismən yaşayır. 10  Bütün hakimiyyətin və iqtidarın başı olan Məsihin sayəsində siz də dolğunluğa yetişmisiniz. 11  Məsihlə qurduğunuz münasibət sayəsində siz insan əli ilə yox, Məsihin davamçılarına yaraşan sünnətlə, bədənin pis əməllərini kəsib atmaqla sünnət edildiniz. 12  Çünki siz də onunla birgə onun vəftizində dəfn edildiniz, onunla qurduğunuz münasibət və onu diriltmiş Allahın fəaliyyətinə gətirdiyiniz iman sayəsində Allah sizi həyata qaytardı. 13  Bundan əlavə, günahlarınıza və sünnətsiz olduğunuza görə ölü olan sizləri Allah onunla bərabər həyata qaytardı. O, lütfkarlıqla bütün günahlarımızı bağışladı. 14  Bizə qarşı olan və qanunları ilə əleyhimizə şəhadət edən yazılı sənədi ləğv etdi, onu işgəncə dirəyinə mıxlayıb aradan götürdü. 15  O, işgəncə dirəyi vasitəsilə hökumətləri və iqtidarı lüt-üryan etdi, onların üzərində möhtəşəm zəfər çalıb onları əsir götürdü və aləmdə rüsvay etdi. 16  Bu səbəbdən, qoy heç kəs sizi yeməyə, içməyə görə, yaxud bir bayram, təzə ay mərasimi və ya şənbə ilə əlaqədar mühakimə etməsin, 17  çünki bütün bunlar gələcəyin kölgəsidir, gerçəklik isə Məsihdədir. 18  Qoy süni təvazökarlıqdan, mələklərə sitayişdən həzz alan heç bir adam sizi mükafatdan məhrum etməsin. Belələri gördükləri xəyallara «dirənir»*, cismani düşüncələri ilə boş yerə lovğalanır, 19  başa sadiq qalmırlar. Başın sayəsində bütün bədən oynaq və əzələ bağları vasitəsilə həmahəng surətdə birləşib qüvvətlənərək Allahın sayəsində inkişaf edir və böyüyür. 20  Əgər siz Məsihlə birlikdə bu dünyanın prinsipləri üçün ölmüsünüzsə, onda niyə sanki bu dünyada yaşayaraq 21  «Əl vurma! Yemə! Toxunma!» qanunlarına tabe olursunuz? 22  Axı bütün bunlar insan təlimlərinə və əmrlərinə əsaslanaraq, istifadə edildikcə tükənən şeylərə aiddir. 23  Doğrudan da, bunlar zahirən müdrik görünür, amma əslində qondarma ibadət, süni təvazökarlıq və bədəni üzən mənasız ayinlərdən başqa bir şey deyil və nəfslə mübarizədə tamamilə əbəsdir.

Haşiyələr

Hərfən «üstündə durur», yaxud «ayaq basır». Bütpərəstlərin həsr olunma ayinlərində işlədilən bir termin