Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Koloslulara 1:1—29

1  Allahın iradəsilə Məsih İsanın həvarisi olan Paveldən və qardaşımız Timoteydən  Məsihlə vəhdətdə olan Kolosdakı müqəddəs və vəfalı qardaşlara məktub. Atamız Allahdan gələn lütf və sülh sizə yar olsun.  Sizin üçün hər dəfə dua edəndə Allaha, Ağamız İsa Məsihin Atasına şükür edirik,  çünki Məsih İsaya olan imanınız və bütün müqəddəslərə bəslədiyiniz məhəbbət haqqında xəbərimiz var.  Bunlar sizin üçün göylərdə qorunub saxlanılan ümiddən doğur. Siz bu ümid haqqında xoş xəbər həqiqəti təbliğ ediləndə eşitmisiniz.  Sizə çatmış bu xəbər Allahın lütfü haqqında eşidib həqiqəti dəqiqliklə öyrəndiyiniz gündən bəri sizdə yayılıb bar gətirdiyi kimi, bütün dünyada da yayılıb bar gətirir.  Siz bunu bizim kimi bir qul olan əzizimiz Epafrasdan öyrəndiniz. Epafras Məsihin sadiq xidmətçisi kimi bizim yerimizə çalışır.  Müqəddəs ruhun köməyi ilə yetişdirdiyiniz məhəbbət haqqında da bizə o danışıb.  Buna görə də biz bunları eşitdiyimiz gündən bəri sizdən ötrü durmadan dua edir və diləyirik ki, siz tam hikmətə və ruhun verdiyi dərrakəyə sahib olasınız, Allahın iradəsi haqqındakı dəqiq biliklə aşıb-daşasınız. 10  Beləcə, Yehovanın adına layiq yaşayaraq, Onu hər şeydə məmnun etmək üçün bundan sonra da hər bir yaxşı işdə tərəqqi edəsiniz, Allah haqqında dəqiq biliyinizi artırasınız, 11  axıra qədər dözmək və sevinclə səbir etmək üçün Onun şanlı qüdrəti sayəsində daima güclənəsiniz 12  və nurda yaşayan müqəddəslərə çatacaq mirasdan pay almaq üçün sizi yararlı edən Ataya şükür edəsiniz. 13  O, bizi zülmətin hakimiyyətindən qurtardı və sevimli Oğlunun padşahlığına köçürtdü, 14  onun fidyəsi vasitəsilə bizə qurtuluş verdi, günahlarımızın bağışlanmasını təmin etdi. 15  O, gözəgörünməz Allahın inikası*, bütün xilqətin ilkidir. 16  Çünki göydəki və yerdəki, görünən və görünməz hər şey: taxt-tac, hakimiyyət, hökmdarlıq onun vasitəsilə yarandı. Digər şeylər də onun vasitəsilə və onun üçün yaranıb. 17  O, hər şeyin əzəlidir və qalan şeylər onun vasitəsilə mövcud olub. 18  Oğul bədənin, yəni yığıncağın başıdır. O, başlanğıcdır, ilk dirilən odur. Beləcə, o, hər şeyin ilkidir. 19  Çünki Allah dolğunluğun bütünlüklə onda toplanmasını, 20  onun işgəncə dirəyi üzərində axıdılmış qanı vasitəsilə sülh bağlayıb yerdəki və göydəki şeylərin hamısını Özü ilə barışdırmağı məqbul bildi. 21  Bəli, bir vaxtlar ağlınız pis işlərə meyilli olduğundan siz Allaha qarşı yadlaşmış və düşmən olmuşdunuz. 22  İndi isə O, Oğlunun bədəni, yəni ölümü vasitəsilə sizi Özü ilə barışdırdı ki, siz Onun qarşısında müqəddəs, pak və qüsursuz olasınız. 23  Əlbəttə, bunun üçün gərək siz imanınızı qoruyasınız, iman təməli üzərində möhkəm dayanıb eşitdiyiniz xoş xəbər ümidindən uzaqlaşmayasınız. Bu xoş xəbər səma altında yaşayan bütün insanlara təbliğ edilib. Mən Pavel də bu xoş xəbərin xidmətçisi oldum. 24  İndi mən sizin uğrunuzda əzab çəkdiyimə sevinirəm, çünki elə düşünürəm ki, Məsihin bədəni olan yığıncaq uğrunda onun çəkdiyi iztirabların heç yarısını da çəkməmişəm. 25  Sizin xeyriniz üçün Allahın mənə həvalə etdiyi nökərbaşı vəzifəsinə əsasən, mən bu yığıncağın xidmətçisi oldum ki, Allahın sözünü, 26  yəni qədim dövrlərdə keçmiş nəsillərdən gizlədilmiş müqəddəs sirri tam təbliğ edim. Bu sirr indi Onun müqəddəslərinə açılıb. 27  Allah bu müqəddəs sirrin möhtəşəm zənginliyinin digər millətlərə də aid olduğunu onlara bildirmək istədi. Bu sirr sizinlə vəhdətdə olan Məsihdir, onun şöhrətinə şərik olmaq ümididir. 28  Biz onun haqqında təbliğ edirik, insanları tam hikmətlə öyrədib nəsihət veririk ki, hər kəsi Məsihin dolğunluğuna yetişmiş bir xidmətçi kimi Allaha təqdim edək. 29  Mən bu məqsədə doğru qətiyyətlə irəliləyirəm və Allahın məndə fəaliyyət göstərən gücünə güvənərək canla-başla çalışıram.

Haşiyələr

Yaxud «Allahın şəxsiyyətini büsbütün əks etdirən»