Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Yəhya 7:53—8:59

Bəzi əlyazmalara 53-cü ayədən 8-ci fəslin 11-ci ayəsinədək olan hissə əlavə edilib: 53  Beləliklə, hamı çıxıb öz evinə getdi. 8  İsa Zeytun dağına getdi.  Dan yeri söküləndə o, yenidən məbədə gəldi bütün xalq onun başına yığışdı. İsa oturub camaata təlim verməyə başladı.  Mirzələrlə fəriseylər zina üstündə tutduqları bir qadını gətirib camaatın ortasına qoydular   İsaya dedilər: «Müəllim, biz bu qadını zina edərkən tutmuşuq.  Qanunda Musa bizə bu cür qadınları daşqalaq etməyi buyurub. Bəs sən deyirsən?»  Əlbəttə, onlar bu sözlərlə İsanı sınayırdılar ki, onu ittiham etməyə bəhanə tapsınlar. Ancaq İsa əyilib barmağı ilə yerdə isə yazmağa başladı.  Onlar əl çəkməyəndə İsa dikəlib: «Aranızda kim günahsızdırsa, qoy qadına daşı birinci o atsın», dedi   yenidən əyilib yerdə yazmağa davam etdi.  İsanın bu sözündən sonra camaat, ağsaqqallar başda olmaqla, bir-bir dağılışmağa başladı. Orada yalnız İsa həmin qadın qaldı. 10  İsa dikəlib qadından soruşdu: «Ey qadın, camaat hanı? Səni heç kəs məhkum etmədi?» 11  Qadın cavab verdi: «Xeyr, ağa». İsa dedi: «Mən səni məhkum etmirəm. Get, bir günah işləmə». 12  İsa yenidən onlara dedi: «Mən dünyanın nuruyam. Mənim ardımca gələn əsla qaranlıqda yeriməyəcək. O, həyat nuruna sahib olacaq». 13  Fəriseylər ona dedilər: «Sən özün-özünə şəhadət edirsən, sənin şəhadətin doğru deyil». 14  İsa onlara cavab verdi: «Mən özüm-özümə şəhadət etsəm də, mənim şəhadətim doğrudur. Çünki mən haradan gəldiyimi və hara getdiyimi bilirəm. Siz isə mənim haradan gəldiyimi və hara getdiyimi bilmirsiniz. 15  Siz zahiri şeylərə görə mühakimə edirsiniz, mən isə heç kəsi mühakimə etmirəm. 16  Mühakimə etsəm də, mənim kəsdiyim hökm doğrudur, çünki mən tək deyiləm, məni göndərən Atam mənimlədir. 17  Bundan əlavə sizin Qanunda da yazılıb: “İki nəfərin şəhadəti doğrudur”. 18  Mən özüm-özümə şəhadət edirəm. Məni göndərmiş Ata da mənim haqqımda şəhadət edir». 19  Onlar İsaya dedilər: «Sənin Atan haradadır?» İsa cavab verdi: «Siz nə məni, nə də Atamı tanıyırsınız. Məni tanısaydınız, Atamı da tanıyardınız». 20  İsa bu sözləri məbəddə, xəzinə qablarının yanında təlim verərkən söyləmişdi. Ancaq heç kəs onu tutmadı, çünki onun vaxtı hələ gəlməmişdi. 21  İsa sözünə davam etdi: «Mən çıxıb gedirəm. Siz məni axtaracaqsınız, bununla belə öz günahlarınız içində öləcəksiniz. Siz getdiyim yerə gələ bilməzsiniz». 22  Onda yəhudilər dedilər: «Bəlkə, bu özünü öldürmək istəyir? Bir görün nə deyir: “Siz getdiyim yerə gələ bilməzsiniz”». 23  İsa onlara dedi: «Siz aşağıdakı aləmdənsiniz, mən isə yuxarıdakı aləmdənəm. Siz bu dünyadansınız, mən isə bu dünyadan deyiləm. 24  Buna görə də sizə: “Günahlarınız içində öləcəksiniz”, — dedim. Çünki əgər siz inanmasanız ki, mən gəlişini gözlədiyiniz şəxsəm, günahlarınız içində öləcəksiniz». 25  Onlar İsadan soruşdular: «Sən kimsən?» İsa cavab verdi: «Yəni bütün dediklərim hədər getdi? 26  Sizə deyiləsi çox sözüm var və bir çox məsələ ilə bağlı hökm kəsəcəyəm. Məni göndərən doğruculdur. Mən Ondan eşitdiklərimi dünyaya danışıram». 27  Onlar İsanın səmavi Ata haqqında danışdığını başa düşmədilər. 28  Sonra İsa dedi: «Siz insan Oğlunu yuxarı qaldıranda mənim o şəxs olduğumu və özümdən heç bir şey etmədiyimi biləcəksiniz. Ata məni necə öyrədibsə, mən də elə danışıram. 29  Məni göndərən mənimlədir. O, məni tək qoymayıb, çünki mən həmişə Onun bəyəndiyi işləri görürəm». 30  İsa bunları deyərkən bir çox adam ona iman etdi. 31  İsa ona iman gətirmiş yəhudilərə dedi: «Əgər mənim sözlərimi qəlbinizdə saxlasanız, deməli, siz, həqiqətən, mənim şagirdlərimsiniz. 32  Siz həqiqəti dərk edəcəksiniz və həqiqət sizi azad edəcək». 33  Onlar dedilər: «Biz İbrahimin övladlarıyıq və heç vaxt heç kəsin köləsi olmamışıq. Necə yəni “siz azad olacaqsınız”?» 34  İsa cavab verdi: «Eşidin və agah olun, günah işləyən hər bir adam günahın köləsidir. 35  Nökər evdə həmişəlik qalmır. Oğul həmişəlik qalır. 36  Əgər Oğul sizi azad edirsə, siz, həqiqətən də, azad olacaqsınız. 37  Mən bilirəm ki, siz İbrahimin övladlarısınız. Ancaq siz məni öldürmək istəyirsiniz, çünki mənim sözlərim sizə kar etmir. 38  Mən Atamın yanında olarkən gördüklərimi sizə danışıram, siz isə öz atanızdan eşitdiklərinizi edirsiniz». 39  Onlar cavab verdilər: «Bizim atamız İbrahimdir». İsa dedi: «Əgər siz İbrahimin övladlarısınızsa, İbrahimin gördüyü işləri görün. 40  Siz isə indi məni, Allahdan eşitdiyi həqiqəti sizə söyləyən adamı öldürmək istəyirsiniz. İbrahim belə iş görməmişdi. 41  Siz atanızın tökdüyünü yığırsınız». Onlar dedilər: «Biz bic doğulmamışıq. Bizim bir Atamız var, o da Allahdır». 42  İsa onlara dedi: «Sizin Atanız Allah olsaydı, siz məni sevərdiniz, çünki mən Allahdan gəlmişəm və indi buradayam. Mən özümdən gəlməmişəm, məni O göndərib. 43  Nə üçün mənim dediklərimi başa düşmürsünüz? Çünki sözlərimi dinləyə bilmirsiniz. 44  Sizin atanız İblisdir və siz atanızın arzularını həyata keçirmək istəyirsiniz. O, əzəldən qatildir. O, həqiqətə bağlı qalmadı, çünki onun ürəyində həqiqət yoxdur. O öz təbiətinə xas olaraq yalan danışır, çünki o, yalançıdır və yalanın atasıdır. 45  Mən isə həqiqəti danışdığım üçün siz mənə inanmırsınız. 46  Hansı biriniz məni günah iş görməkdə təqsirləndirə bilər? Bəs mən həqiqəti danışıramsa, niyə mənə inanmırsınız? 47  Allahın bəndəsi Allahın sözünə qulaq asır. Siz isə Allah bəndəsi olmadığınız üçün mənə qulaq asmırsınız». 48  Onda yəhudilər dedilər: «Düz deyirik də! Sən samariyalısan, özü də içində cin oturub». 49  İsa cavab verdi: «Məndə cin yoxdur. Mən Atama ehtiram bəsləyirəm. Siz isə mənə hörmət qoymursunuz. 50  Mən özümə şan-şöhrət axtarmıram. Mənə şöhrət axtaran var, O, həm də hakimdir. 51  Bilin və agah olun, mənim sözümə əməl edən adam üçün ölüm yoxdur». 52  Yəhudilər dedilər: «Doğrudan da, səhv etməmişik. Səndə cin var. İbrahim də, peyğəmbərlər də ölüblər, sən isə deyirsən ki: “Mənim sözümə əməl edən adam heç vaxt ölməyəcək”. 53  Məgər sən vəfat etmiş atamız İbrahimdən böyüksən? Peyğəmbərlər də ölüblər. Sən özünü kim hesab edirsən?» 54  İsa cavab verdi: «Əgər mən özümə şan-şöhrət axtarıramsa, mənim şöhrətim heç nədir. Məni şöhrətləndirən Atamdır. Siz Onu öz Allahınız sanırsınız, 55  amma Onu qətiyyən tanımırsınız. Mən isə Onu tanıyıram. Əgər mən desəydim ki, Onu tanımıram, sizin kimi yalançı olardım. Ancaq mən Onu tanıyıram və Onun sözünə əməl edirəm. 56  Atanız İbrahim mənim günümü görmək ümidi ilə yaşayaraq sevinirdi. O, mənim günümü gördü və şadlandı». 57  Onda yəhudilər dedilər: «Sənin heç əlli yaşın da yoxdur, sən İbrahimi görmüsən?!» 58  İsa dedi: «Bilin və agah olun, İbrahim doğulmazdan əvvəl mən var idim». 59  Onlar daş götürüb onu daşlamaq istədilər. Ancaq İsa gizləndi və məbəddən çıxdı.

Haşiyələr