Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Yəhya 3:1—36

3  Fəriseylərin arasında Nikodim adlı bir adam vardı. O, yəhudilərin rəhbərlərindən biri idi.  O, gecə vaxtı İsanın yanına gəlib dedi: «Müəllim, biz bilirik ki, sən Allahın bizə yolladığı müəllimsən, çünki Allah səninlə olmasaydı, sən bu möcüzələri göstərə bilməzdin».  İsa ona cavab verdi: «Bunu bil ki, insan yenidən doğulmasa, Allahın padşahlığını görə bilməz».  Nikodim ondan soruşdu: «Adam artıq böyüyübsə, yenidən necə doğula bilər? Məgər o, anasının bətninə girib ikinci dəfə doğula bilər?»  İsa cavab verdi: «Eşit və agah ol, sudan və ruhdan doğulmayan Allahın padşahlığına girə bilməz.  İnsandan insan, ruhdan isə ruhani varlıq doğulur.  “Yenidən doğulmalısınız” dediyimə təəccüblənmə.  Külək istədiyi səmtə əsir. Sən onun səsini eşidirsən, amma haradan başlayıb hara əsdiyini bilmirsən. Ruhdan doğulmuş hər adam da belədir».  Nikodim İsadan soruşdu: «Bu necə ola bilər?» 10  Cavabında İsa dedi: «Sən İsrailin müəllimi ola-ola belə şeyləri bilmirsən? 11  Əmin ola bilərsən ki, biz bildiyimizi danışırıq və gördüyümüzə şəhadət edirik. Siz isə şəhadətimizi qəbul etmirsiniz. 12  Yerə aid şeylər haqqında danışanda inanmırsınızsa, səmavi şeylər haqqında danışsam, necə inanacaqsınız? 13  Heç bir insan göyə çıxmayıb, amma insan Oğlu göydən gəlib. 14  Musa səhrada ilanı yuxarı qaldırdığı kimi, insan Oğlu da yuxarı qaldırılmalıdır ki, 15  ona iman edən hər adamın əbədi həyatı olsun. 16  Allah dünyanı o qədər sevir ki, yeganə Oğlunu onun uğrunda qurban verdi; bunu ona görə etdi ki, ona iman edənlərin heç biri məhv olmasın, hamısı əbədi yaşasın. 17  Çünki Allah Öz Oğlunu bəşəriyyətə hökm etmək üçün yox, bəşəriyyəti onun vasitəsilə xilas etmək üçün dünyaya göndərmişdir. 18  Ona iman edən məhkum edilməyəcək, iman etməyən isə artıq məhkum olunub, çünki Allahın yeganə Oğlunun adına iman etməyib. 19  Hökm üçün əsas budur: nur dünyaya gəldi, insanlar isə nuru yox, qaranlığı sevdilər, çünki əməlləri pis idi. 20  Pis iş görən nura nifrət edir və əməlləri ifşa olunmasın deyə nura doğru getmir. 21  Saleh adam isə nura tərəf gedir ki, əməllərinin Allahın iradəsinə müvafiq olduğu görünsün». 22  Bundan sonra İsa şagirdləri ilə birlikdə Yəhudeya bölgəsinə getdi. O, bir müddət onlarla orada qalıb adamları vəftiz edirdi. 23  Yəhya da Salimin yaxınlığında, Aynonda vəftiz edirdi, çünki orada çoxlu su var idi. Camaat ora gəlib vəftiz olunurdu. 24  O zaman Yəhya hələ həbs edilməmişdi. 25  Yəhyanın şagirdləri bir yəhudi ilə paklanma barəsində mübahisə etdilər. 26  Onlar Yəhyanın yanına gəlib dedilər: «Müəllim, səninlə İordan çayının o tayında olan adam, onun haqqında ki sən şəhadət vermişdin, bax, o vəftiz edir və hamı onun yanına gedir». 27  Yəhya cavab verdi: «Allah xeyir-dua verməsə, insan özü heç nə edə bilməz. 28  “Mən Məsih deyiləm, sadəcə onun qabağınca göndərilmişəm”, — dediyimə siz özünüz şahidsiniz. 29  Gəlin kimə məxsusdursa, bəy də odur. Amma bəyin dostu bəyin yanında duranda və onun səsini eşidəndə ürəkdən sevinir. Mən də beləcə ürəkdolusu sevinirəm. 30  O böyüməli, mən isə kiçilməliyəm». 31  Yuxarıdan gələn hamıdan böyükdür. Yerdən olan isə elə yerdəndir və yerə aid şeylərdən danışır. Göydən gələn hamıdan böyükdür. 32  O gördüyü və eşitdiyi şeylərdən danışır, lakin onun şəhadətini heç kəs qəbul etmir. 33  Onun şəhadətini qəbul edən Allahın haqq olduğunu təsdiqləyir*. 34  Allahın göndərdiyi şəxs Onun sözlərini danışır. Allah da ruhunu səxavətlə verir. 35  Ata Oğulu sevir və hər şeyi ona əmanət edib. 36  Oğula iman edən əbədi həyata qovuşacaq. Oğula itaət etməyənsə həyata qovuşmayacaq, o, Allahın qəzəbinə düçar olacaq.

Haşiyələr

Hərfən «möhürünü basmışdır»