Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Yəhya 20:1—31

20  Həftənin ilk günü* səhər tezdən, hələ ala-toranlıq ikən Məcdəlli Məryəm sərdabəyə gəldi və gördü ki, sərdabənin ağzındakı daş qırağa çəkilib.  O qaçıb Şimon Peterin və İsanın sevdiyi o biri şagirdin yanına gəldi və dedi: «Ağanı sərdabədən götürüblər və bilmirik aparıb hara qoyublar».   Onda Peter və o biri şagird sərdabəyə yollandılar.  Onların ikisi də qaçırdılar, amma o biri şagird Peterdən bərk qaçırdı və sərdabəyə birinci çatdı.  O, içəri boylanıb yerdəki kəfəni gördü, lakin içəri girmədi.  Sonra Şimon Peter gəlib çatdı və sərdabəyə girdi. O da yerdəki kəfəni  və İsanın başını örtən yaylığı gördü. Yaylıq kəfəndən ayrı bir yerdə bürmələnib qalmışdı.  Onda sərdabəyə birinci çatmış o biri şagird də içəri girdi. O, bunları gördü və inandı.  Onlar Müqəddəs Yazılarda onun diriləcəyi haqda deyilənləri hələ dərk etməmişdilər. 10  Beləcə, şagirdlər evlərinə qayıtdılar. 11  Məryəm isə sərdabənin yanında durub ağlayırdı. O ağlaya-ağlaya içəriyə boylandı 12  və ağ libaslı iki mələk gördü. Mələklərdən biri İsanın cəsədi qoyulduğu yerin baş tərəfində, o birisi ayaq tərəfində oturmuşdu. 13  Onlar Məryəmə dedilər: «Niyə ağlayırsan?» O cavab verdi: «Ağamı aparıblar və bilmirəm hara qoyublar». 14  O, bunu deyəndən sonra çönüb gördü ki, İsa arxada durub. Lakin Məryəm onu tanımadı. 15  İsa ona dedi: «Bacım, niyə ağlayırsan? Kimi axtarırsan?» Məryəm elə bilirdi ki, bu, bağbandır və dedi: «Ağa, əgər onu sən aparmısansa, de hara qoymusan, mən gedim onu götürüm». 16  İsa ona dedi: «Məryəm!» O çönüb ibranicə: «Rabbuni», — dedi. («Rabbuni» müəllim deməkdir.) 17  İsa ona dedi: «Tutma məni. Mən ki hələ Atamın yanına qalxmıram. Qardaşlarımın yanına get və onlara de: “Mən öz Atamın və sizin Atanızın, öz Allahımın və sizin Allahınızın yanına gedirəm”». 18  Məcdəlli Məryəm gəlib şagirdlərə dedi: «Mən Ağanı gördüm!» və İsanın dediklərini onlara çatdırdı. 19  Həmin gün həftənin ilk günü idi. Axşamüstü şagirdlər bir yerdə oturmuşdular və yəhudilərin qorxusundan qapıları kilitləmişdilər. Qəfildən İsa gəlib ortada durdu və onları salamladı: «Salaməleyküm!*» 20  Sonra İsa əllərini və böyrünü onlara göstərdi. Şagirdlər Ağanı görəndə çox sevindilər. 21  İsa yenidən onları salamladı və belə dedi: «Atam məni dünyaya göndərdiyi kimi, mən də sizi dünyaya göndərirəm». 22  Sonra İsa onların üzərinə üfürüb dedi: «Müqəddəs ruhu alın. 23  Kimin günahlarını bağışlasanız, onlar bağışlanacaq; kimin günahını bağışlamasanız, onlar bağışlanmayacaq». 24  İsa gələndə on iki həvaridən biri olan Əkiz ləqəbli Tomas onlarla deyildi. 25  O biri şagirdlər ona: «Biz Ağanı gördük!», — deyəndə Tomas cavab verdi: «Əgər onun əllərində mıx izlərini görməsəm, bu yaralara barmağımla toxunmasam, əlimi onun böyrünə qoymasam, ömrümdə inanmaram». 26  Bu hadisədən səkkiz gün sonra şagirdlər yenə bir yerdə yığışmışdılar, Tomas da onlarla idi. Qapılar bağlı olsa da, İsa gəldi, otağın ortasında durub dedi: «Salaməleyküm!» 27  Sonra üzünü Tomasa tutub dedi: «Barmağını bura qoy və əllərimə bax. Əlini uzat, böyrümə qoy və daha şübhə etmə, inamlı ol!» 28  Tomas ona cavab verdi: «Ağam, allahım* 29  İsa ona dedi: «Məni gördüyün üçün inandın? Görməyib iman edənlər nə xoşbəxtdirlər!» 30  Əlbəttə, İsa şagirdlərinin gözü qabağında bir çox başqa möcüzələr də göstərdi. Lakin onlar haqqında bu tumarda yazılmayıb. 31  Bunlar isə ona görə yazılıb ki, siz İsanın Allahın Oğlu Məsih olduğuna inanasınız və iman sayəsində, onun adı vasitəsilə həyata qovuşasınız.

Haşiyələr

Matta 28:1 haşiyəsinə bax
Yaxud «sizə salam (sülh) olsun»
Hərfən «Allahım». Yəni Allahın Nümayəndəsi