Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Yəhya 19:1—42

19  Onda Pilat İsanı qamçılamağı əmr etdi.  Əsgərlər tikandan çələng hörüb İsanın başına qoydular və əyninə bənövşəyi xələt geyindirdilər.  Onlar yaxınlaşıb: «Salam, ey yəhudilərin Padşahı!», — deyir və üzünə sillə vururdular.  Pilat yenə də bayıra çıxıb dedi: «Bura baxın! Bu adamı yanınıza gətirirəm. Bilin, mən onda təqsir görmürəm».  İsa başında tikandan çələng və əynində bənövşəyi xələt bayıra çıxdı. Pilat onlara dedi: «Budur o adam!»  Lakin böyük kahinlər və mühafizəçilər İsanı görəndə qışqırdılar: «Onu dirəyə mıxla! Dirəyə mıxla!» Pilat isə dedi: «Aparın özünüz dirəyə mıxlayın, mən onda heç bir günah görmürəm».  Yəhudilər dedilər: «Bizim bir qanunumuz var və həmin qanuna görə o ölməlidir, çünki o, iddia edir ki, Allahın oğludur».  Pilat bunu eşidəndə daha da qorxdu.  O, saraya girib İsadan soruşdu: «Sən haradansan?» Lakin İsa cavab vermədi. 10  Onda Pilat dedi: «Sən mənə cavab vermirsən? Məgər bilmirsən ki, səni azad etməyin də, dirəyə mıxlamağın da ixtiyarı mənim əlimdədir?» 11  İsa ona cavab verdi: «Sənə göydən verilməsəydi, mənim üzərimdə heç bir ixtiyarın olmazdı. Buna görə də məni sənə təslim etmiş adamın günahı daha ağırdır». 12  Onda Pilat İsanı azad etmək üçün yol axtarmağa başladı. Ancaq yəhudilər dedilər: «Sən bu adamı azad etsən, sezara dost deyilsən. Özünü padşah elan edən hər bir adam sezara qarşı çıxır». 13  Pilat bu sözləri eşidəndə İsanı bayıra çıxartdı, özü isə gəlib Daş döşəmə, ibranicə Qabbata adlanan yerdə qoyulmuş hakim kürsüsünə oturdu. 14  Həmin gün Pasxa bayramına hazırlıq görülürdü. Günorta saat on iki* olardı. Pilat yəhudilərə dedi: «Bu da sizin padşahınız!» 15  Onlar isə: «Ona ölüm! Ona ölüm! Onu dirəyə mıxla!», — qışqırırdılar. Pilat onlardan soruşdu: «Deyirsiniz, padşahınızı dirəyə mıxlayım?» Böyük kahinlər cavab verdilər: «Bizim sezardan başqa padşahımız yoxdur». 16  Onda Pilat İsanın edamına əmr verdi. Əsgərlər İsanı apardılar.  17  İsa işgəncə dirəyini daşıyaraq Kəllə, ibranicə Qolqota adlanan yerə qalxdı. 18  Onu orada dirəyə mıxladılar. Onunla bərabər iki adamı da edam etdilər: birini sağında, birini də solunda dirəkdən asdılar. İsa ortada idi. 19  Pilat bir lövhəciyin üzərinə «Yəhudilərin padşahı nazaretli İsa» sözlərini yazıb işgəncə dirəyinə vurdurdu. 20  İsanın edam edildiyi yer şəhərə yaxın olduğu üçün bu yazını bir çox yəhudi görüb oxudu. Bu sözlər ibranicə, latınca və yunanca yazılmışdı. 21  Yəhudilərin böyük kahinləri Pilata dedilər: «“Yəhudilərin padşahı” yox, özünün dediyi kimi: “Mən yəhudilərin padşahıyam” yaz». 22  Pilat cavab verdi: «Nə yazmışam, odur!» 23  Əsgərlər İsanı dirəyə mıxlayandan sonra onun əbasını cırıb dörd yerə böldülər, hər əsgərə bir hissə düşdü. Ancaq köynəyini cırmadılar, çünki köynəyi tikişsiz, yuxarıdan-aşağıya bütöv toxuma idi. 24  Ona görə də bir-birilərinə dedilər: «Gəlin bunu cırmayaq, püşk ataq görək kimə düşəcək». Beləcə, Müqəddəs Yazıların: «Paltarımı aralarında bölüşdürdülər, geyimim üçün püşk atdılar», — sözləri yerinə yetdi. Bəli, əsgərlər məhz belə də etdilər. 25  İsanın asıldığı işgəncə dirəyinin yanında anası, xalası, Klopanın arvadı Məryəm və Məcdəlli Məryəm durmuşdular. 26  İsa, anasını və onun yanında duran sevimli şagirdini görəndə anasına dedi: «Ana, indən belə bu, sənin oğlundur!» 27  Sonra şagirdinə dedi: «İndən belə bu, sənin anandır!» O gündən etibarən həmin şagird İsanın anasını öz evinə apardı. 28  Bundan sonra, artıq hər şeyin tamamlandığını bilən İsa Müqəddəs Yazılarda deyilənlərin yerinə yetməsi üçün: «Su istəyirəm», — dedi. 29  Orada sirkə ilə dolu bir qab var idi. Onlar hissop* çubuğuna bir süngər taxıb sirkəyə batırdılar və onun dodaqlarına yaxınlaşdırdılar. 30  İsa sirkədən dadıb: «Tamam oldu!», — dedi və başını əyib canını tapşırdı. 31  Hazırlıq günü idi. Cəsədlər şənbə günü dirəklərdə qalmasın deyə (o şənbə böyük şənbə idi) yəhudilər Pilatdan xahiş etdilər ki, edam olunmuşların ayaqlarını sındırıb cəsədlərini dirəklərdən düşürsünlər. 32  Əsgərlər gəlib əvvəl İsanın bir tərəfində, sonra isə o biri tərəfində olan adamların ayaqlarını sındırdılar. 33  İsaya yaxınlaşanda gördülər ki, o, artıq ölüb. Buna görə də onun ayaqlarını sındırmadılar. 34  Ancaq əsgərlərdən biri nizə ilə onun böyrünü deşdi və böyründən qan ilə su axdı. 35  Bunları öz gözü ilə görən şəhadət edir və onun şəhadəti doğrudur. O, həqiqəti danışdığını bilir və istəyir ki, siz də inanasınız. 36  Bunlar Müqəddəs Yazılardakı: «Onun bir sümüyü belə sınmayacaq», — sözləri yerinə yetsin deyə baş verdi. 37  Müqəddəs Yazıların başqa yerində isə yazılıb: «Onlar bədənini deşdikləri adama baxacaqlar». 38  Sonra yəhudilərin qorxusundan İsanın şagirdi olduğunu gizli saxlayan arimateyalı Yusif Pilatdan İsanın cəsədini istədi. Pilat razılıq verdi. O da gəlib İsanın cəsədini götürdü. 39  İsanın yanına birinci dəfə gecə ikən gəlmiş Nikodim də bir bağlamada otuz kiloqrama* yaxın mürr* və əzvay* gətirdi. 40  Onlar İsanın cəsədini götürüb yəhudilərin dəfn adəti üzrə ətirli otlarla birlikdə kəfənlədilər. 41  İsanın edam olunduğu yerdə bir bağ vardı. O bağda hələ heç kəsin qoyulmadığı təzə bir sərdabə var idi. 42  O sərdabə yaxınlıqda yerləşdiyi üçün İsanı ora qoydular. Həmin vaxt yəhudilər bayrama hazırlaşırdılar.

Haşiyələr

Hərfən «altıncı saat»
Bu bitkinin dəqiq adı məlum deyil. Ehtimal ki, kalış
Hərfən «yüz litra», 327 qr ağırlığı olan roma çəki vahidi. 10–cu Əlavəyə bax
Yaxud mirra, ətirli qatran
Yaxud «aloye»