Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Yəhya 17:1—26

17  Bu sözlərdən sonra İsa gözlərini göyə qaldırıb dedi: «Ata, vaxt yetişdi. Oğlunu şöhrətləndir ki, oğlun da Səni şöhrətləndirsin.  Axı Sən ona bütün bəşəriyyət üzərində hakimiyyət verdin ki, o, Sənin ona verdiyin adamların hamısını əbədi həyata qovuşdursun.  Əbədi həyata qovuşmaq üçün Sən — yeganə həqiqi Allah və Sənin göndərdiyin İsa Məsih haqqında daima öyrənmək lazımdır.  Mən Səni yerdə şöhrətləndirdim və mənə tapşırdığın işi başa çatdırdım.  İndi isə Ata, dünya yaranmazdan əvvəl Sənin yanında olarkən sahib olduğum şöhrətlə məni şöhrətləndir, məni yanına götür.  Dünyadan mənə verdiyin adamlara Sənin adını açdım. Onlar Səninki idilər, Sən onları mənə verdin və onlar Sənin sözünə əməl edirlər.  Onlar bildilər ki, mənə verdiyin hər şeyin sahibi Sənsən,  çünki mənə verdiyin sözləri onlara çatdırdım. Onlar bu sözləri qəbul etdilər və mənim Sənin yanından gəldiyimi* aydın dərk etdilər, inandılar ki, məni Sən göndərmisən.  Onlardan ötrü Səndən xahiş edirəm, dünya üçün yox, mənə verdiyin adamlar üçün Sənə yalvarıram, çünki onlar Sənindirlər. 10  Nəyim varsa Səninkidir, Sənin də nəyin varsa mənimkidir. Mən onların arasında şöhrətləndim. 11  Mən artıq dünyada olmayacağam, Sənin yanına gəlirəm, onlar isə dünyadadırlar. Müqəddəs Atam, mənə verdiyin adının xatirinə gözün onların üstündə olsun ki, biz bir olduğumuz kimi, onlar da bir olsunlar. 12  Mən onlarla olanda, mənə verdiyin adının xatirinə gözüm onların üstündə idi. Mən onları qorudum, heç biri itmədi. Yalnız həlaka məhkum edilmiş* adam məhv oldu və beləcə, Müqəddəs Yazılar yerinə yetdi. 13  İndi isə Sənin yanına gəlirəm və hələ dünyada olduğum üçün bu şeyləri deyirəm ki, onların ürəyi duyduğum sevinclə aşıb-daşsın. 14  Mən onlara Sənin sözünü verdim, lakin dünya onlara nifrət edir, çünki mən dünyaya məxsus olmadığım kimi, onlar da dünyaya məxsus deyillər. 15  Mən onları dünyadan götürməyi xahiş etmirəm. Xahiş edirəm ki, onları Şərirdən qoruyasan. 16  Onlar da mənim kimi dünyaya məxsus deyillər. 17  Onları həqiqət vasitəsilə müqəddəs et; Sənin sözün həqiqətdir. 18  Sən məni dünyaya göndərdiyin kimi, mən də onları dünyaya göndərdim. 19  Mən onlar üçün müqəddəsliyimi qoruyuram ki, onlar da həqiqət sayəsində müqəddəs olsunlar. 20  Mən yalnız onlar üçün yox, onları eşidib mənə iman edəcək adamlar üçün də yalvarıram ki, 21  aralarında birlik olsun. Ata, Sən mənimlə, mən də Səninlə vəhdətdə olduğum kimi, qoy onlar da bizimlə vəhdətdə olsunlar və beləcə, bütün dünya inansın ki, məni Sən göndərmisən. 22  Biz bir olduğumuz kimi, onlar da bir olsunlar deyə, Sənin mənə verdiyin şöhrətdən onlara da verdim. 23  Mən onlarla vəhdətdəyəm və Sən də mənimlə vəhdətdəsən. Bu onun üçündür ki, onlar kamil birliyə yetişsinlər. Beləcə, qoy dünya bilsin ki, məni Sən göndərmisən və məni sevdiyin kimi, onları da sevirsən. 24  Ata, arzu edirəm ki, mənə verdiyin adamlar mənim yanımda olsunlar və mənə verdiyin şöhrəti görsünlər, çünki Sən məni bəşər nəsli dünyaya gəlməzdən* əvvəl sevmisən. 25  Ey saleh Ata, dünya Səni tanımadı. Mən isə Səni tanıyıram və bunlar da bilirlər ki, məni Sən göndərmisən. 26  Mən Sənin adını onlara açdım və yenə açacağam ki, mənə duyduğun məhəbbət onlarda da olsun və mən onlarla vəhdətdə olum».

Haşiyələr

Yaxud «nümayəndən olduğumu»
Hərfən «həlak oğlu»
Hərfən «toxum axıdılandan bəri». Adəmlə Həvvanın dünyaya uşaq gətirməsi nəzərdə tutulur