Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Yəhya 15:1—27

15  Mən həqiqi üzüm meynəsiyəm, Atam isə bağbandır.  O, məndəki bar gətirməyən budaqları kəsib atır, bar verən budaqları isə budayır ki, onlar daha çox bar gətirsin.  Sizə danışdığım sözlərin sayəsində siz artıq təmizsiniz.  Mənimlə vəhdətdə qalın, mən də sizinlə vəhdətdə olacağam. Necə ki, budaq meynənin üstündə olmasa, öz-özündən meyvə verə bilməz, siz də mənimlə vəhdətdə olmasanız, bar gətirə bilməyəcəksiniz.  Mən meynəyəm, siz isə bu meynənin budaqlarısınız. Kim mənimlə vəhdətdədir, mən də onunla vəhdətdəyəm və o adam çoxlu bar gətirir. Siz məndən ayrı heç nə edə bilməzsiniz.  Mənimlə vəhdətdə qalmayan, budaq kimi kəsilib atılır və quruyur. Belə budaqları yığıb oda atır və yandırırlar.  Siz mənimlə vəhdətdə qalırsınızsa və sözlərim qəlbinizdə qalırsa, nə istəyirsiniz diləyin, sizə veriləcək.  Siz çoxlu bar verəndə və mənim şagirdim olduğunuzu sübut edəndə Atam şöhrətlənir.  Atam məni sevir, mən sizi sevirəm, buna görə də mənim məhəbbətimdə qalın. 10  Mən Atamın əmrlərini yerinə yetirərək Onun məhəbbətində qaldığım kimi, siz də əmrlərimi yerinə yetirsəniz, mənim məhəbbətimdə qalacaqsınız. 11  Bunları sizə ona görə deyirəm ki, qəlbimdəki sevinci siz də tam duyasınız. 12  Sizə əmrim budur: bir-birinizi mən sizi sevdiyim kimi sevin. 13  Dostları uğrunda canını fəda edən insanın məhəbbətindən böyük məhəbbət yoxdur. 14  Əmrlərimə əməl edirsinizsə, mənim dostlarımsınız. 15  Mən artıq sizə qul demirəm, çünki qul ağasının işlərindən bixəbərdir. Lakin mən sizə dost deyirəm, çünki Atamdan eşitdiyim hər şeyi sizə bildirdim. 16  Siz məni seçmədiniz, mən sizi seçdim ki, daima bar gətirəsiniz və gətirdiyiniz bar xarab olmasın; Atam mənim adım naminə dilədiyiniz hər şeyi sizə versin. 17  Bunları sizə ona görə buyururam ki, bir-birinizi sevəsiniz. 18  Əgər dünya sizə nifrət edirsə, bilin ki, sizdən qabaq mənə nifrət edib. 19  Siz bu dünyaya məxsus olsaydınız, dünya sizi sevərdi. Mən sizi seçdiyim üçün siz dünyaya məxsus deyilsiniz. Buna görə də dünya sizə nifrət edir. 20  Sizə dediyim sözü yaddan çıxarmayın. Nökər ağasından artıq deyil. Məni təqib ediblərsə, sizi də təqib edəcəklər. Mənim sözümə əməl ediblərsə, sizin də sözünüzə əməl edəcəklər. 21  Bütün bunları mənim adıma görə başınıza gətirəcəklər, çünki onlar məni göndərəni tanımırlar. 22  Mən gəlib onlara danışmasaydım, günahsız olardılar. Ancaq indi günahlarına bəraət qazandıra bilməzlər. 23  Mənə nifrət edən Atama da nifrət edir. 24  Onların arasında misli görülməmiş işləri görməsəydim, günahsız olardılar. Ancaq mənim işlərimi gözləri ilə görə-görə mənə də, Atama da nifrət etdilər. 25  Lakin beləcə, onların Qanununda yazılmış: “Mənə nahaqdan nifrət etdilər”, — sözləri yerinə yetdi. 26  Atamdan sizə göndərəcəyim köməkçi, yəni Atadan çıxan həqiqət ruhu gələndə mənim haqqımda şəhadət verəcək. 27  Siz də mənim haqqımda şəhadət verməlisiniz, çünki əvvəldən mənimlə olmusunuz.

Haşiyələr