Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Yəhya 14:1—31

14  Qoy ürəyiniz narahat olmasın. Allaha da iman edin, mənə də.  Atamın evində qalmağa yer çoxdur. Belə olmasaydı, mən sizə deyərdim. Axı mən sizin üçün yer hazırlamağa gedirəm.  Əgər mən gedib sizin üçün yer hazırlasam, qayıdıb sizi evə, öz yanıma aparacağam və siz mənim yanımda olacaqsınız.  Siz getdiyim yerin yolunu bilirsiniz».  Tomas dedi: «Ağa, biz sənin hara getdiyini bilmirik, bəs yolu haradan bilək?»  İsa cavab verdi: «Yol, həqiqət və həyat mənəm. Mənsiz heç kəs Atanın yanına gələ bilməz.  Məni tanıyırsınızsa, Atamı da tanıyırsınız. Bu andan etibarən siz Onu tanıdınız və gördünüz».  Filip dedi: «Ağa, bizə Atanı göstərsən, bəsimizdir».  İsa ona dedi: «Mən neçə vaxtdır ki, sizinləyəm, sən isə, Filip, bu vaxta qədər məni tanımamısan? Məni görən Atanı da görüb. Necə olur ki, sən: “Bizə Atanı göstər”, — deyirsən? 10  Məgər mənim Ata ilə, Atanın da mənimlə vəhdətdə olduğuna inanmırsan? Sizə dediyim sözləri özümdən demirəm, mənimlə daima vəhdətdə olan Atam Öz işini belə görür. 11  İnanın, mən Atamla, Atam da mənimlə vəhdətdədir. Mənə inanmırsınızsa, etdiyim işlərə inanın. 12  Bunu bilin, mənə iman edən adam mənim etdiyim işləri edəcək və bunlardan da böyük işlər edəcək, çünki mən Atamın yanına gedirəm. 13  Bundan əlavə, mənim adım naminə nə istəsəniz, diləyinizi yerinə yetirəcəyəm ki, Ata Oğul vasitəsilə şöhrətlənsin. 14  Mənim adım naminə nə diləsəniz, yerinə yetirəcəyəm. 15  Məni sevirsinizsə, əmrlərimə də əməl edəcəksiniz. 16  Mən Atamdan xahiş edəcəyəm və O, sizə başqa bir köməkçi* verəcək; o, əbədiyyən sizinlə olacaq. 17  Bu köməkçi həqiqət ruhudur. Dünya bu ruhu ala bilməz, çünki onu görmür və tanımır. Siz isə onu tanıyırsınız, çünki o, sizinlədir və sizdədir. 18  Sizi yetim qoymayacağam, mütləq yanınıza gələcəyəm. 19  Bir azdan dünya artıq məni görməyəcək, siz isə görəcəksiniz, mən yaşadığım üçün siz də yaşayacaqsınız. 20  O gün siz mənim Ata ilə, sizin mənimlə, mənim də sizinlə vəhdətdə olduğumu biləcəksiniz. 21  Məni sevən adam mənim əmrlərimi qəbul edib onlara əməl edir. Məni sevən adamı Atam da sevəcək, mən də onu sevəcəyəm və özümü ona açıq-aşkar göstərəcəyəm». 22  Yəhuda (İskariot yox, o birisi) dedi: «Ağa, sən özünü nə üçün dünyaya yox, məhz bizə açıq-aşkar göstərmək istəyirsən?» 23  İsa ona cavab verdi: «Məni sevən mənim sözümə əməl edəcək və Atam onu sevəcək. Onda biz onun yanına gəlib onunla yaşayacağıq. 24  Məni sevməyən isə sözümə əməl etmir. Eşitdiyiniz sözlər mənim deyil, məni göndərmiş Atanındır. 25  Hələ ki sizinləyəm bunları sizə deyirəm. 26  Köməkçi, yəni Atanın mənim adım naminə göndərəcəyi müqəddəs ruh hər şeyi sizə öyrədəcək və sizə dediyim bütün sözləri yadınıza salacaq. 27  Sizə qəlb rahatlığı verirəm, öz qəlbimdəki rahatlığı sizə bağışlayıram. Mənim verdiyim qəlb rahatlığı dünyanın verdiyi rahatlığa bənzəmir. Qoy ürəyiniz narahat olmasın, qorxmayın. 28  Sizə: “Gedirəm və yanınıza qayıdacağam”, — dediyimi eşitdiniz. Məni sevsəydiniz, Atamın yanına getdiyimə sevinərdiniz, axı Ata məndən böyükdür. 29  Sizə qabaqcadan söylədim ki, bu hadisələr baş verəndə inanasınız. 30  Artıq sizinlə çox danışmayacağam, çünki bu dünyanın hökmdarı gəlir. Onun mənim üzərimdə hakimiyyəti yoxdur. 31  Lakin Atamı sevdiyimi dünya bilsin deyə, hər şeyi Atamın mənə buyurduğu kimi edirəm. Durun gedək.

Haşiyələr

Orijinalda parakletos, yəni «təsəlliverici»