Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Yəhya 13:1—38

13  İsa hələ Pasxa bayramından əvvəl bilirdi ki, bu dünyadan Atasının yanına köçmək vaxtı yaxınlaşır. O, dünyada olan davamçılarını sevirdi və axıradək sevdi.  Axşam yeməyi başlanmışdı. İblis İsanı satmaq fikrini artıq Şimon oğlu Yəhuda İskariotun ürəyinə qoymuşdu.  İsa Atasının hər şeyi ona verdiyini, Allahdan gəldiyini və Allahın yanına qayıdacağını bildiyi üçün  süfrədən qalxdı, əbasını soyunub kənara qoydu və bir dəsmal götürüb belinə bağladı.  Sonra bir ləyənə su tökdü və şagirdlərinin ayaqlarını yuyub belindəki dəsmalla qurulamağa başladı.  Növbə Şimon Peterə çatanda Peter dedi: «Ağa, sən mənim ayaqlarımı yuyacaqsan?»  İsa cavab verdi: «Mənim nə etdiyimi indi başa düşməzsən, sonra başa düşəcəksən».  Peter dedi: «Ömrümdə qoymaram ki, sən mənim ayaqlarımı yuyasan». İsa ona dedi: «Yumasam, yanımda sənə yer yoxdur».  Belə olduqda Şimon Peter dedi: «Ağa, onda təkcə ayaqlarımı yox, əllərimi də, başımı da yu». 10  İsa ona dedi: «Çimmiş adam tərtəmizdir, təkcə ayaqlarını yusa bəsidir. Siz də təmizsiniz, amma hamınız yox». 11  İsa bilirdi kim onu satacaq, ona görə də: «Aranızda hamı təmiz deyil», — dedi. 12  İsa onların ayaqlarını yuyub qurtarandan sonra əbasını geyindi, süfrəyə əyləşib dedi: «Sizin üçün nə etdiyimi başa düşürsünüz? 13  Siz mənə “Müəllim”, “Ağa” deyirsiniz və düz edirsiniz, bu, elədir ki var. 14  Əgər mən, Ağa və Müəllim ola-ola, sizin ayaqlarınızı yudumsa, siz də bir-birinizin ayaqlarını yumalısınız. 15  Mən sizin üçün nümunə qoydum. Sizinlə necə davrandımsa, siz də bir-birinizlə elə davranın. 16  Bunu bilin, nökər ağasından artıq deyil və göndərilən də onu göndərəndən artıq deyil. 17  Madam ki, bunları bilirsiniz, əməl edin, onda xoşbəxt olacaqsınız. 18  Hamınızı nəzərdə tutmuram, mən seçdiyim adamları tanıyıram. Lakin Müqəddəs Yazıların: “Mənimlə çörək kəsən mənə xəyanət etdi*”, — sözləri beləcə yerinə yetməlidir. 19  Mən bunları sizə qabaqcadan deyirəm ki, bunlar baş verəndə mənim o şəxs olduğuma inanasınız. 20  Bunu bilin, göndərdiyim adamı qəbul edən məni qəbul edir. Məni qəbul edənsə, məni göndərəni qəbul etmiş olur». 21  İsa bu sözlərdən sonra bərk həyəcanlandı və bəyan etdi: «Bilin və agah olun, sizlərdən biri məni satacaq». 22  Şagirdlər İsanın kimi nəzərdə tutduğunu anlamayıb mat-mat bir-birinin üzünə baxırdılar. 23  İsanın yanında* onun sevimli şagirdi əyləşmişdi. 24  Şimon Peter həmin şagirdə him-cim etdi: «Soruş gör kimi deyir». 25  O da İsaya tərəf əyilib soruşdu: «Ağa, sən kimi deyirsən?» 26  İsa cavab verdi: «Çörəyi kasanın içinə batırıb kimə versəm, odur». Sonra çörəyi kasaya batırıb Şimon İskariotun oğlu Yəhudaya verdi. 27  Yəhuda çörəyi alan kimi Şeytan onun qəlbinə girdi. İsa Yəhudaya dedi: «Nə edəcəksənsə, tez elə». 28  Ancaq süfrədə əyləşənlərdən heç kəs İsanın bunu hansı məqsədlə dediyini başa düşmədi. 29  Pul qutusu Yəhudada olduğu üçün bəziləri elə bildi ki, İsa ona: «Bayram üçün lazım olan şeyləri al», — dedi, yaxud kasıblara bir şey paylamağı tapşırdı. 30  Yəhuda çörəyi götürüb dərhal çıxdı. Artıq gecə idi. 31  O çıxıb gedəndən sonra İsa dedi: «İndi insan Oğlu şöhrətə minir, Allah da onun vasitəsilə şöhrətlənir. 32  Allah Özü onu şöhrətə mindirəcək və dərhal şöhrətləndirəcək. 33  Balalarım, artıq yanınızda çox qalmayacağam, siz məni axtaracaqsınız. Yəhudilərə dediyim sözü indi sizə deyirəm: siz getdiyim yerə gələ bilməzsiniz. 34  Sizə yeni bir əmr verirəm: bir-birinizi sevin. Mən sizi sevdiyim kimi, siz də bir-birinizi sevin. 35  Aranızda məhəbbət olsa, hamı biləcək ki, siz mənim şagirdimsiniz». 36  Şimon Peter soruşdu: «Ağa, sən hara gedirsən?» İsa dedi: «Getdiyim yerə sən indi gələ bilməzsən, amma sonra gələcəksən». 37  Peter ona dedi: «Ağa, mən niyə indi sənin ardınca gələ bilmərəm? Sənin yolunda canımı da verərəm». 38  İsa dedi: «Mənim yolumda canını verərsən? Bunu bil, xoruz banlamamış sən düz üç dəfə məni danacaqsan.

Haşiyələr

Hərfən «mənə dabanını qaldırdı»
Hərfən «qoynunda». Hüsn-rəğbət mövqeyini bildirir