Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Vəhy 9:1—21

9  Sonra beşinci mələk şeypurunu çaldı. Mən göydən yerə düşmüş bir ulduz gördüm. Ona dibsiz ümmanın açarı verildi.  Ulduz ümmanı açdı. Ümmandan böyük dəmirçi kürəsindən çıxan tüstüyə bənzər tüstü çıxdı. Həmin tüstüdən günəş və hava qaraldı.  Tüstünün içindən çəyirtkələr çıxıb yer üzünü bürüdü. Onlara yerdəki əqrəblərin hakimiyyəti kimi hakimiyyət verildi.  Çəyirtkələrə deyilmişdi ki, yer üzündəki heç bir bitkiyə, yaşıllığa və ağaca dəyməsinlər, yalnız alınlarında Allahın möhürü olmayan adamlara zərər vursunlar.  Çəyirtkələrə tapşırılmışdı ki, insanlara beş ay ərzində əzab versinlər, lakin öldürməsinlər. Onların çəkdiyi əzab əqrəb sancarkən duyulan ağrıya bənzəyir.  O vaxt insanlar ölüm axtaracaq, lakin tapmayacaqlar. Onlar ölüm arzulayacaqlar, lakin ölüm onlardan qaçacaq.  Çəyirtkələr görkəmcə döyüşə hazır atlara bənzəyirdilər. Onların başında sanki qızıl tac vardı, üzdən insana oxşayırdılar.  Saçları qadın saçı kimi, dişləri şir dişi kimi idi.  Sinələrində sanki dəmir zireh vardı. Qanadlarından çıxan səs döyüşə atılan cəng arabalarının və çoxlu atın səsinə bənzəyirdi. 10  Bundan əlavə, onların quyruqları və neştərləri də əqrəb quyruğuna və neştərinə oxşayırdı. Quyruqlarında insanları beş ay ərzində incitmək hakimiyyəti vardı. 11  Dibsiz ümmanın mələyi onlara padşahlıq edir. İbranicə onun adı Abaddon, yunanca isə Apolliondur.* 12  Bir bəla keçdi. İrəlidən iki bəla da gəlir. 13  Sonra altıncı mələk şeypurunu çaldı. Mən Allahın qarşısındakı qızıl qurbangahın buynuzlarından çıxan bir səs eşitdim. 14  O səs şeypur çalan altıncı mələyə dedi: «Böyük Fərat çayında buxovlanmış dörd mələyi azad et». 15  İnsanların üçdə birini öldürmək məqsədilə həmin an, gün, ay və il üçün hazırlanmış dörd mələk azad edildi. 16  Mən süvari ordunun sayını eşitdim. Süvarilərin sayı iki yüz milyon* idi. 17  Xəyalda gördüyüm atların və atlıların görkəmi belə idi: onların əynində al qırmızı, tünd mavi və yaşımtıl-sarı rəngli zireh vardı. Atların başı şir başına oxşayırdı, ağızlarından alov, tüstü və kükürd püskürürdü. 18  Bu üç bəladan, yəni onların ağzından püskürən alov, tüstü və kükürddən insanların üçdə biri öldü. 19  Atların gücü ağızlarında və quyruqlarındadır. Onların quyruqları ilana bənzəyir və başları da var. Atlar insanlara bunlarla zərər vururlar. 20  Bu bəlalarda sağ qalan insanlar öz əməllərinə görə tövbə etmədilər, qızıldan, gümüşdən, misdən, daşdan və ağacdan düzəldilmiş, heç nə görməyən, eşitməyən və ayaq tutub yeriməyən bütlərə, həm də cinlərə sitayiş etməkdən əl çəkmədilər. 21  Onlar törətdikləri qətllərdən, həmçinin spiritizmdən*, cinsi əxlaqsızlıqdan və oğurluqdan əl çəkib tövbə etmədilər.

Haşiyələr

«Abaddon» və «Apollion» sözlərinin mənası məhv edən deməkdir
Yaxud «iyirmi min dəfə on min»
Yaxud «ölülərin ruhları ilə əlaqə»