Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Vəhy 8:1—13

8  Quzu yeddinci möhürü açanda göyə təxminən yarım saatlıq sükut çökdü.  Mən Allahın qarşısında duran yeddi mələyi gördüm. Onlara yeddi şeypur verildi.  Sonra başqa bir mələk gəlib qurbangahın yanında durdu. Onun əlində qızıl buxurdan vardı. Ona çoxlu buxur verildi və o, bu buxuru bütün müqəddəslərin duaları ilə birlikdə taxtın qarşısındakı qızıl qurbangahda təqdim etməli idi.  Mələyin əlindəki buxurun tüstüsü müqəddəslərin duaları ilə birlikdə Allahın hüzuruna yüksəldi.  Bundan dərhal sonra mələk buxurdanı qurbangahdakı odla doldurub yer üzünə atdı. Birdən göy guruldadı, şimşəklər çaxdı, səslər gəldi və zəlzələ oldu.  Yeddi mələk şeypurları çalmağa hazırlaşdı.  Birinci mələk şeypurunu çaldı. Bu zaman göydən yer üzünə qan qarışıq dolu və alov yağdı. Yerin üçdə biri, ağacların üçdə biri və bütün yaşıl bitkilər yandı.  Sonra ikinci mələk şeypurunu çaldı. Birdən nəhəng dağa oxşar bir şey alov içində dənizə atıldı. Dənizin üçdə biri qana döndü,  dənizdə yaşayan canlıların üçdə biri öldü, gəmilərin üçdə biri qəzaya uğradı. 10  Sonra üçüncü mələk şeypurunu çaldı. Göydən çıraq tək yanan böyük bir ulduz çayların və su hövzələrinin üçdə birinə düşdü. 11  O ulduzun adı Yovşandır. Suların üçdə biri yovşan kimi acılaşdı və buna görə xeyli adam öldü. 12  Sonra dördüncü mələk şeypurunu çaldı. Günəşin, ayın və ulduzların üçdə birinə zərbə vuruldu ki, onların üçdə biri qaralsın, gündüzün də, gecənin də üçdə biri qaranlıqda qalsın. 13  Sonra mən göy üzündə uçan bir qartal gördüm və onun ucadan dediyi bu sözləri eşitdim: «Qalan üç mələyin çalacağı şeypurların səsinə görə yerdə yaşayanların vay halına, vay halına, vay halına! Çünki onlar şeypurlarını çalmağa hazırlaşırlar».

Haşiyələr