Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Vəhy 7:1—17

7  Bundan sonra yerin dörd ucunda durmuş dörd mələk gördüm. Onlar yerin dörd küləyini tutub saxlamışdılar ki, yerin, dənizin və ağacların üzərinə heç bir külək əsməsin.  Sonra gündoğandan qalxan başqa bir mələk gördüm. Bu mələkdə var olan Allahın möhürü vardı. O, yerə və dənizə zərər vurmaq tapşırığı almış dörd mələyə ucadan dedi:  «Biz Allahımızın qullarının alnına möhür basmayınca yerə, dənizə və ağaclara zərər vurmayın».  İsrail oğullarının hər qəbiləsindən möhürlənmişlərin sayını eşitdim. Onların ümumi sayı yüz qırx dörd min nəfər idi.  Yəhuda qəbiləsindən on iki min nəfər; Ruben qəbiləsindən on iki min nəfər; Qad qəbiləsindən on iki min nəfər;  Aşer qəbiləsindən on iki min nəfər; Niftalı qəbiləsindən on iki min nəfər; Menaşe qəbiləsindən on iki min nəfər;  Şimeon qəbiləsindən on iki min nəfər; Levi qəbiləsindən on iki min nəfər; İssaxar qəbiləsindən on iki min nəfər;  Zebulun qəbiləsindən on iki min nəfər; Yusif qəbiləsindən on iki min nəfər; Binyamin qəbiləsindən on iki min nəfər möhürlənmişdi.  Bundan sonra heç kəsin saymağa qadir olmadığı böyük bir izdiham gördüm. Bu izdihamın içində hər millətdən, hər qəbilədən, hər xalqdan və hər dildən adamlar var idi. Onlar əyinlərində ağ libas, əllərində palma budaqları taxtın və Quzunun qarşısında durmuşdular. 10  Bu adamlar ucadan deyirdilər: «Xilasımıza görə taxtda oturan Allahımıza və Quzuya borcluyuq». 11  Bütün mələklər taxtı, ağsaqqalları və dörd canlı məxluqu dövrəyə almışdılar. Onlar taxtın qarşısında üzüstə qapanıb Allaha səcdə etdilər və 12  dedilər: «Amin! Mədh, şöhrət, hikmət, şükür, izzət, əzəmət və güc əbədiyyət boyu Allahımızın olsun. Amin!» 13  O zaman ağsaqqallardan biri məndən soruşdu: «Bu ağ libaslı adamlar kimdir, haradan gəliblər?» 14  Mən dərhal dedim: «Ağa, sən bilərsən». O dedi: «Bunlar böyük müsibətdən çıxanlardır. Onlar libaslarını Quzunun qanında yuyub ağardıblar. 15  Buna görə də onlar Allahın taxtı qarşısındadırlar və gecə-gündüz Onun məbədində Ona ibadət edirlər. Taxtda oturan çadırını onların üzərinə çəkəcək. 16  Onlar daha acmayacaq, heç vaxt susamayacaqlar. Onları qızmar günəş yandırmayacaq və bürkü boğmayacaq. 17  Çünki taxtın yanında duran Quzu onları otaracaq və həyat suyu bulaqlarına aparacaq. Allah onların gözlərindən bütün yaşları siləcək».

Haşiyələr