Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Vəhy 5:1—14

5  Mən taxtda oturanın sağ əlində bir tumar gördüm. Tumar o üz-bu üz yazılı idi və yeddi möhürlə bərk-bərk möhürlənmişdi.  Sonra mən güclü bir mələk gördüm. O, gur səslə soruşdu: «Tumarı və onun möhürlərini açmağa kim layiqdir?»  Lakin nə göydə, nə yerdə, nə də yerin altında tumarı açıb ona baxmağa qadir olan bir kimsə tapılmadı.  Mən çox ağladım, çünki tumarı açıb ona baxmağa layiq bir kimsə yox idi.  Onda ağsaqqallardan biri mənə dedi: «Bəsdir, daha ağlama. Yəhuda qəbiləsindən olan Şir, Davudun kökü qalib gəldi. O, yeddi möhürü sındırıb tumarı açmağa layiqdir».  Mən taxtın, dörd canlı məxluqun və ağsaqqalların ortasında durmuş bir quzu gördüm. Quzu sanki öldürülmüşdü. Onun yeddi buynuzu və yeddi gözü var idi. Bu gözlər Allahın dünyaya göndərilmiş yeddi ruhunu təmsil edir.  Quzu cəld gedib taxtda oturanın sağ əlindən tumarı aldı.  O, tumarı götürəndə dörd canlı məxluq və iyirmi dörd ağsaqqal Quzunun qarşısında diz çökdülər. Onların hər biri əlində lira və buxurla dolu qızıl cam tutmuşdu. Buxur müqəddəslərin dualarını təmsil edir.  Onlar yeni mahnı oxuyurdular: «Sən tumarı götürüb onun möhürlərini açmağa layiqsən, çünki sən öldürüldün və hər tayfadan, hər dildən, xalqdan və millətdən olan insanları öz qanınla Allah üçün satın aldın, 10  onları Allahımızın xidmətində durmaq üçün padşah və kahin təyin etdin. Onlar yer üzərində hökmranlıq edəcəklər». 11  Mən taxtın, canlı məxluqların və ağsaqqalların ətrafında durmuş çoxlu mələyi gördüm və onların səsini eşitdim. Onların sayı minlərlə minlər, on minlərlə on minlər idi. 12  Onlar gur səslə deyirdilər: «Öldürülmüş Quzu qüdrət, sərvət, hikmət, güc, ehtiram, şöhrət və xeyir-dua almağa layiqdir». 13  Mən eşitdim ki, bütün xilqət — göydə, yerdə, yerin altında və dənizdə olanların hamısı deyir: «Taxtda oturan və Quzu əbədiyyət boyu mədh, izzət, şöhrət və əzəmət sahibi olsunlar». 14  Dörd canlı məxluq «Amin» dedi və ağsaqqallar diz çöküb Allaha səcdə etdilər.

Haşiyələr