Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Vəhy 4:1—11

4  Bundan sonra mən göydə bir açıq qapı gördüm və əvvəl eşitdiyim, şeypur səsinə bənzəyən səs mənə dedi: «Bura qalx, mən sənə baş verəcək hadisələri göstərəcəyəm».  Bundan dərhal sonra mən müqəddəs ruhun hakimiyyəti altına düşüb bunları gördüm: göydə bir taxt vardı və o taxtda bir nəfər oturmuşdu.  Onun görkəmi yəşəm daşına və qiymətli qırmızı daşa bənzəyirdi. Taxtı zümrüdə bənzər göy qurşağı həlqəyə almışdı.  Həmin taxtın ətrafında iyirmi dörd taxt vardı. Bu taxtlarda iyirmi dörd ağsaqqal oturmuşdu. Onlar ağ libas geymiş və başlarına qızıl tac qoymuşdular.  Taxtdan ildırımlar və şimşəklər çaxır, səslər gəlirdi. Onun qarşısında yeddi yanar məşəl vardı. Bu məşəllər Allahın yeddi ruhunu təmsil edir.  Taxtın önündə büllura bənzər, sanki şüşədən bir dəniz gördüm. Taxtın hər dörd tərəfində dörd canlı məxluq durmuşdu. Onların qabaqdan və arxadan çoxlu gözü vardı.  Birinci canlı məxluq şirə, ikincisi cöngəyə, üçüncüsü sifətdən insana, dördüncüsü də uçan qartala bənzəyirdi.  Bu dörd canlı məxluqun hər birinin altı qanadı vardı. Qanadların içində və çölündə çoxlu göz vardı. Məxluqlar gecə-gündüz yorulmadan: «Əbədiyyən var olan, Qadir Allah Yehova müqəddəs, müqəddəs, müqəddəsdir!», — deyirdilər.  Canlı məxluqlar hər dəfə taxtda oturanı, əbədi yaşayanı şöhrət, hörmət və minnətdarlıqla mədh edəndə 10  iyirmi dörd ağsaqqal taxtda oturanın qarşısında diz çöküb əbədi yaşayana səcdə qılırlar, başlarındakı tacları taxtın qarşısına atıb deyirlər: 11  «Allahımız Yehova, Sən şöhrətə, hörmətə və qüdrətə layiqsən! Çünki hər şeyin yaradanı Sənsən və hər şey Sənin iradənlə mövcuddur və yaradılıb».

Haşiyələr