Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Vəhy 3:1—22

3  Sardisdəki yığıncağın mələyinə yaz: “Allahın yeddi ruhuna və yeddi ulduza sahib olan belə deyir: «Sənin işlərindən xəbərdaram. Adın var ki, sağsan, əslində isə ölüsən.  Oyan və yaxasını güc-bəla ilə ölümdən qurtaranları qüvvətləndir. Çünki sənin işlərin Allahımın qarşısında hələ tamamlanmayıb.  Buna görə də aldığın və eşitdiyin şeyləri yadına sal, onları qoru və tövbə et. Əgər oyanmasan, mən oğru kimi gələcəyəm və sən nə vaxt gələcəyimi bilməyəcəksən.  Bununla belə, Sardisdə paltarını ləkələməmiş bir neçə adam var. Onlar mənimlə birlikdə ağ libasda gəzəcəklər, çünki buna layiqdirlər.  Bəli, zəfər çalana ağ libas geyindiriləcək və mən onun adını həyat kitabından əsla silməyəcəyəm, əksinə, onu Atamın hüzurunda və Onun mələklərinin qarşısında anacağam.  Qulağı olan qoy müqəddəs ruhun yığıncaqlara nə dediyini eşitsin»”.  Filadelfiyadakı yığıncağın mələyinə yaz: “Müqəddəs və həqiqi şəxs, Davudun açarına malik olan, açdığı bağlanmayan və bağladığı açılmayan belə deyir:  «Sənin işlərindən xəbərdaram (sənin üçün qapı açmışam, bu qapını heç kim bağlaya bilməz), bilirəm ki, gücün az olsa da, sən mənim sözümə əməl etdin və adımı danmadın.  Şeytanın sinaqoqundan olub özlərini yalandan yəhudi adlandıranları gətirəcəyəm və ayaqlarına yıxıb sənə təzim etdirəcəyəm. O vaxt onlar səni sevdiyimi biləcəklər. 10  Mənim dözümüm haqqındakı sözə əməl etdiyin üçün, mən sınaq vaxtı səni qoruyacağam. O zaman bütün dünya — yer üzündə yaşayanların hamısı sınanacaq. 11  Mən tezliklə gələcəyəm. Yeridiyin doğru yolda əzmlə addımla ki, heç kəs tacını əlindən almasın. 12  Zəfər çalanı Allahımın məbədində sütun edəcəyəm və o, əbədiyyən orada qalacaq. Mən onun üzərinə Allahımın adını və Allahımın şəhərinin — göylərdən, Allahımın yanından enən yeni Yerusəlimin adını və özümün yeni adımı yazacağam. 13  Qulağı olan qoy müqəddəs ruhun yığıncaqlara nə dediyini eşitsin»”. 14  Laodikiyadakı yığıncağın mələyinə yaz: “Allahın xilqətinin ilki, sadiq və həqiqi şahidi Amin belə deyir: 15  «Sənin işlərindən xəbərdaram. Sən nə soyuqsan, nə də isti. Kaş ki ya soyuq, ya da isti olaydın. 16  Madam ki, nə isti, nə də soyuq, sadəcə ilıqsan, səni yerə tüpürəcəyəm. 17  Çünki sən: “Mən varlıyam, var-dövlətim başımdan aşır, heç nəyə ehtiyacım yoxdur”, — deyirsən, amma bilmirsən ki, bədbəxtsən, acınacaqlı gündəsən, yoxsul, kor və çılpaqsan. 18  Sənə məsləhət görürəm ki, varlanmaq üçün məndən odda təmizlənmiş qızıl alasan; ağ libas alıb geyəsən ki, biabırçı çılpaqlığın örtülsün və gözlərin açılsın deyə məlhəm alıb gözlərinə sürtəsən. 19  Mənə əziz olan adamları mən məzəmmət və tərbiyə edirəm. Ona görə də qeyrətli ol və tövbə et. 20  Mən kandarda durub qapını döyürəm. Kim səsimi eşidib qapını üzümə açsa, mən o evə girib onunla birgə şam edəcəyəm. 21  Mən zəfər çalana mənimlə bir taxtda oturmağa icazə verəcəyəm, necə ki, mən də qalib gəlib Atamla birlikdə Onun taxtında oturdum. 22  Qulağı olan qoy müqəddəs ruhun yığıncaqlara nə dediyini eşitsin»”».

Haşiyələr