Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Vəhy 22:1—21

22  O, mənə həyat suyu axan, büllur kimi şəffaf bir çay göstərdi. Çay Allahın və Quzunun taxtından çıxıb  şəhərin baş küçəsi ilə axırdı. Çayın hər iki sahilində həyat ağacları bitirdi. Bu ağaclar ildə on iki dəfə bar gətirir, hər ay meyvə verirdilər. Millətlər onların yarpaqlarından şəfa tapırdılar.  Artıq lənət olmayacaq. Allahın və Quzunun taxtı şəhərdə olacaq və Allahın qulları Ona ibadət edəcəklər.  Onlar Allahın üzünü görəcəklər, alınlarında Onun adı yazılacaq.  Artıq gecə olmayacaq. Onların nə çıraq işığına, nə gün işığına ehtiyacları olmayacaq, çünki onların Allahı Yehova üzərlərinə işıq saçacaq və onlar əbədiyyət boyu hakimiyyət sürəcəklər.  Mələk mənə dedi: «Bu sözlər doğru və etibarlıdır. Bəli, peyğəmbərləri ilhamlandıran Yehova Allah yaxın gələcəkdə baş verəcək hadisələri qullarına göstərmək üçün mələyini göndərdi.  Mən tez gələcəyəm. Bu tumardakı peyğəmbərlik sözlərinə əməl edən nə bəxtiyardır!»  Mən, Yəhya, bunları gördüm və eşitdim. Mən bunları görüb eşidəndə, bunları mənə göstərən mələyin ayaqlarına yıxılıb ona səcdə etmək istədim.  Lakin o, mənə dedi: «Dayan! Bunu etmə! Mən sadəcə sənin kimi, peyğəmbər olan qardaşların kimi və bu tumardakı sözlərə əməl edənlər kimi bir qulam. Allaha səcdə qıl». 10  O, sonra dedi: «Bu tumardakı peyğəmbərlik sözlərini möhürləmə, çünki təyin edilmiş vaxt yaxındır. 11  Günahlı adam pis işindən qalmır, qalmasın; murdar adam iyrənc əməllərindən əl çəkmir, çəkməsin. Ancaq qoy saleh salehliyindən dönməsin və müqəddəs adam müqəddəsliyini qorusun. 12  “Bax, mən tez gələcəyəm. Mükafat da Özümlədir. Hər kəsə əməlinə görə mükafat verəcəyəm. 13  Mən Alfa və Omeqayam, birinci və axırıncı, başlanğıc və son Mənəm. 14  Həyat ağaclarının meyvəsindən yemək və şəhərə darvazadan girmək ixtiyarını almaq üçün libaslarını yuyanlar nə bəxtiyardırlar! 15  Murdar adamlar*, spiritizmlə məşğul olanlar, əxlaqsızlar, qatillər, bütpərəstlər, yalanı sevən və həlləm-qəlləm adamlar isə çöldə qalacaqlar”. 16  “Mən, İsa, mələyimi göndərdim ki, yığıncaqların xeyri üçün bütün bunlar haqqında sizə şəhadət versin. Mən Davudun kökü və övladıyam. Parlaq dan ulduzu mənəm”». 17  Müqəddəs ruh və gəlin deyirlər: «Gəl!» Bunu eşidən hər kəs qoy: «Gəl!», — desin. Qoy susayan hər kəs gəlsin. İstəyən qoy həyat suyunu havayı götürsün. 18  «Bu tumardakı peyğəmbərlik sözlərini eşidən hər kəsi xəbərdar edirəm: kim bunlara bir şey əlavə etsə, Allah bu tumarda yazılmış bəlaları onun başına gətirəcək. 19  Kim bu tumardakı peyğəmbərlik sözlərindən nə isə əskiltsə, Allah onun payını bu tumarda yazılmış şeylərdən kəsəcək: ona həyat ağaclarının meyvəsindən yeməyə və müqəddəs şəhərə girməyə icazə verməyəcək. 20  Bunlara şəhadət edən deyir: “Bəli, mən tez gələcəyəm”». «Amin! Gəl, Ağamız İsa». 21  Qoy Ağamız İsa Məsihin lütfü müqəddəslərə yar olsun.

Haşiyələr

Hərfən «itlər»