Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Vəhy 20:1—15

20  Sonra mən göydən enən bir mələk gördüm. Onun əlində dibsiz ümmanın açarı və böyük bir zəncir vardı.  O, qədim ilanı, İblis və Şeytan adlanan əjdahanı tutub min illiyə buxovladı və  ümmana atdı. O, ümmanın ağzını qapayıb möhürlədi ki, əjdaha, min il başa çatana kimi, millətləri azdırmasın. Sonra əjdaha qısa müddətə azadlığa buraxılmalıdır.  Mən taxtlar gördüm, onlarda oturanlara hökm çıxarmaq səlahiyyəti verilmişdi. Mən həmçinin İsa haqqında şahidlik etdiklərinə görə və Allahdan danışdıqlarına görə boyunları vurulmuşları* gördüm. Onlar vəhşi heyvana və onun surətinə sitayiş etməmiş, alnına və əlinə onun nişanını vurdurmamışlar. Onlar dirildilər və Məsihlə birlikdə min il hökmranlıq etdilər.  (Qalan ölülər min il başa çatmayınca dirilmədilər.) Bu, birinci dirilmədir.  Birinci dirilmədə payı olan müqəddəs və xoşbəxtdir. Onların üzərində ikinci ölümün hakimiyyəti yoxdur. Onlar Allahın və Məsihin qarşısında kahin kimi xidmət edəcək və min il ərzində Məsihlə birlikdə hakimiyyət sürəcəklər.  Min il tamam olduqda Şeytan zindandan buraxılacaq.  O, gedib yerin dörd ucundan millətləri, Qoqu və Maqoqu yoldan çıxaracaq, onları müharibəyə toplayacaq. Onların sayı dəniz qumu qədərdir.  Onlar dünyanın hər yerinə yayıldılar, müqəddəslərin düşərgəsini və sevimli şəhəri mühasirəyə aldılar. Lakin göydən alov yağıb onları uddu. 10  Onları yoldan çıxaran İblis vəhşi heyvanın və saxta peyğəmbərin atıldığı odlu-kükürdlü gölə atıldı. Onlar əbədiyyət boyu, gecə-gündüz əzab çəkəcəklər. 11  Sonra mən böyük bir ağ taxt və bu taxtda oturanı gördüm. Yer və göy Onun qabağından qaçdı və onlar artıq tapılmadılar. 12  Mən həmçinin taxtın önündə durmuş ölüləri — böyükləri və kiçikləri gördüm. Tumarlar açılmışdı və başqa bir tumar da açıq idi, bu tumar həyat kitabıdır. Ölülərə tumarlarda yazılmış əməllərinə müvafiq hökm kəsilirdi. 13  Dəniz onda olan ölüləri qaytardı, ölüm və Məzar da onlarda olan ölüləri qaytardılar və hər birinə öz əməllərinə görə hökm kəsildi. 14  Sonra ölüm və Məzar da odlu gölə atıldı. Odlu göl ikinci ölümü bildirir. 15  Adı həyat kitabında tapılmayan hər kəs odlu gölə atıldı.

Haşiyələr

Hərfən «baltayla edam edilmişləri»