Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Vəhy 19:1—21

19  Bundan sonra mən göydə böyük bir izdihamın səsinə oxşar bir gur səs eşitdim. Bu səs belə deyirdi: «Yahı mədh edin! Qurtuluş, əzəmət və qüdrət Allahımıza məxsusdur!  Çünki Onun hökmləri doğru və ədalətlidir. Axı O, bütün dünyanı öz əxlaqsızlığı ilə pozmuş böyük fahişəyə hökm kəsdi və bu fahişənin əli ilə öldürülmüş qullarının qisasını aldı».  Bu səs təkrar etdi: «Yahı mədh edin! O şəhərin tüstüsü əbədiyyət boyu göyə qalxacaq».  İyirmi dörd ağsaqqal və dörd canlı məxluq taxtda oturmuş Allahın qarşısında diz çöküb səcdə etdilər və dedilər: «Amin! Yahı mədh edin!»  Taxtdan bir səs gəldi: «Ey Allahımızın bütün qulları, Ondan qorxan kiçiklər və böyüklər, Onu mədh edin!»  Sonra böyük bir izdihamın, gur suların, güclü göy gurultusunun səsinə oxşar bir səs eşitdim. Səs deyirdi: «Yahı mədh edin! Çünki Qadir Allahımız Yehova padşahlıq etməyə başladı!  Bir yerdə sevinək, şadlanaq və Onu şöhrətləndirək, çünki Quzunun toy günüdür və gəlin hazırdır.  Gəlinə zərif kətandan biçilmiş təmiz, parlaq libas geyinməyə icazə verildi. Zərif kətan müqəddəslərin saleh işlərini bildirir».  Mələk mənə dedi: «Yaz! Quzunun toy ziyafətinə dəvət alanlar xoşbəxtdirlər». Sonra o əlavə etdi: «Bunu Allah deyir və bu sözlər tam etibarlıdır». 10  Onda mən ona səcdə etmək üçün ayaqlarına yıxıldım. Lakin o, mənə dedi: «Dayan! Bunu etmə! Mən sadəcə sənin kimi və İsa haqqında şəhadət verən qardaşların kimi bir qulam. Allaha səcdə qıl, çünki İsa haqqında şəhadət peyğəmbərliklərin məğzidir». 11  Sonra mən açılmış göyü və bir ağ at gördüm. Atın belində oturan Sadiq və Həqiqi adlanır. O, ədalətlə hökm edir və döyüşür. 12  Onun gözləri alov saçır, başında çoxlu tac var. Onun üzərində özündən başqa heç kimə məlum olmayan bir ad yazılıb. 13  O, üstünə qan çilənmiş libas geyinib, ona «Allahın sözü» adı verilib. 14  Səmavi qoşunlar ağ atların belində onun arxasınca gəlirlər. Onların əynində ağ, zərif kətandan təmiz libas var. 15  Onun ağzından millətləri vurmaq üçün uzun, iti bir qılınc çıxır və o, millətləri dəmir çomaqla otaracaq. O, Qadir Allahın qəzəbinin və hiddətinin üzümsıxanında üzüm tapdalayır. 16  Onun libasının üstündə, budu örtən yerdə «padşahlar Padşahı və ağalar Ağası» adı yazılmışdı. 17  Sonra mən günəşin ortasında durmuş bir mələk gördüm. O, göy üzü ilə uçan bütün quşlara gur səslə dedi: «Buraya uçun, Allahın böyük ziyafətinə toplaşın! 18  Padşahların, sərkərdələrin, qoluzorluların, atların və atlıların ətini — istər azad, istər qul, istər kiçik, istər böyük olsun — hamısının ətini yeyin». 19  Mən vəhşi heyvanın və dünya padşahları ilə qoşunlarının, atın belində oturanla və onun qoşunları ilə vuruşmaq üçün bir yerə toplaşdığını gördüm. 20  Vəhşi heyvan yaxalandı. Onun qabağında əlamətlər göstərib, üzərində vəhşi heyvanın nişanı olanları və onun surətinə sitayiş edənləri yoldan çıxaran saxta peyğəmbər də onunla birlikdə tutuldu. Onların ikisi də kükürdlə yanan alovlu gölə diri-diri atıldı. 21  Qalanlarını isə atın belində oturan öz ağzından çıxan uzun qılıncla öldürdü. Bütün quşlar onların ətini yeyib doydular.

Haşiyələr