Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Vəhy 18:1—24

18  Bundan sonra mən əlində böyük səlahiyyət olan başqa bir mələyin göydən endiyini gördüm. Onun calalından bütün yer üzü işıqlandı.  O, gur səslə bəyan etdi: «Yıxıldı! Böyük Babil yıxıldı! O, cinlərin məskəninə, hər cür murdar nəfəsin, hər cür murdar və mənfur quşun yuvasına çevrildi.  Çünki bütün millətlər onun əxlaqsızlığından doğan qəzəb şərabının qurbanı oldu. Dünyanın padşahları onunla əxlaqsızlıq etdilər, yer üzünün tacirləri onun abırsızlıqla sürdüyü dəbdəbəli yaşayışı sayəsində varlandılar».  Mən göydən gələn başqa bir səs eşitdim: «Ey xalqım, ondan çıxın ki, onun günahlarına şərik olmayasınız və onun başına gələcək bəlalar sizin başınıza gəlməsin.  Çünki onun günahları o qədər çoxdur ki, hətta göyə çatıb. Allah onun haqsızlıqlarını yadına saldı.  Qoy başqalarına nə edibsə, əvəzini ikiqat alsın, bəli, əməlləri ikiqat başına qayıtsın. Qoy şərabı qarışdırıb tökdüyü camda onun üçün ikiqat qarışdırılmış şərab tökülsün.  Ona özünü ucaltdığı qədər, abırsız, dəbdəbəli yaşayışı boyda əzab, dərd verin. Çünki o, ürəyində deyir: “Mən taxtda oturmuş bir məlikəyəm*, dul qalmamışam, heç vaxt da yas tutmayacağam”.  Buna görə də bütün bəlalar, ölüm, yas və qıtlıq bir gün içində onun başına gələcək və o, odda yanıb kül olacaq, çünki ona hökm kəsmiş Yehova Allah qüdrətlidir.  Onunla əxlaqsızlıq etmiş və abırsız dəbdəbə içində yaşamış dünya padşahları, o yanarkən çıxan tüstüyə baxıb onun üçün ağlayacaq və kədərdən başlarına döyəcəklər. 10  Onlar onun çəkdiyi əzabdan qorxaraq qıraqda dayanıb deyəcəklər: “Heyf, heyf səndən, ey böyük şəhər, ey qüdrətli Babil! Çünki hökm sənin üzərində bir an içində icra olundu”. 11  Həmçinin dünyanın tacirləri də ağlaşır, onun üçün yas tuturlar, çünki artıq mallarını alan yoxdur. 12  Onlarda olan qızılı, gümüşü, daş-qaşı, mirvariləri, zərif kətanı, ipəyi, bənövşəyi və al qırmızı qumaşı, ətirli ağacdan, fil sümüyündən, hər cür qiymətli ağacdan, misdən, dəmirdən, mərmərdən düzəldilmiş malları, 13  darçını, hili, buxuru, ətirli yağı, ağ buxuru, şərabı, zeytun yağını, əla unu, buğdanı, mal-qaranı, qoyun-quzunu, atları, arabaları, qulları və insanları alan yoxdur. 14  Bəli, ürəyinin arzuladığı dadlı meyvələr əlindən çıxdı, ləziz və dəbdəbəli şeylər yoxa çıxdı və daha heç vaxt tapılmayacaq. 15  Bu malları alıb-satan və Böyük Babilin sayəsində varlanan tacirlər onun çəkdiyi əzabdan qorxaraq qıraqda duracaq, yas tutub ağlaşacaqlar 16  və belə deyəcəklər: “Heyf, heyf səndən, zərif kətana, bənövşəyi və al qırmızı qumaşa bürünmüş, təmtəraq içində qızıl, daş-qaş və mirvarilərlə bəzənmiş böyük şəhər! 17  Çünki bu var-dövlət bir an içində məhv edildi!” Bütün gəmi kapitanları, dəniz səyahətçiləri, dənizçilər, dolanışığı dənizdən çıxan bütün adamlar qıraqda durub 18  o yanarkən qalxan tüstüyə baxıb qışqırırdılar: “Bu böyük şəhərin tayı-bərabəri varmı?” 19  Onlar başlarına toz-torpaq tökür, ağlaşıb şivən qopararaq deyirdilər: “Heyf, heyf səndən, ey böyük şəhər! Bir an içində məhv oldun! Axı sənin təmtəraqlı yaşayışın sayəsində dənizdə gəmisi olan hər kəs varlandı”. 20  Ey göylər, müqəddəslər, həvarilər və peyğəmbərlər şadlanın! Çünki Allah sizdən ötrü onu cəzalandırdı». 21  Onda bir güclü mələk böyük dəyirman daşına oxşar bir daşı qaldırıb dənizə atdı və dedi: «Böyük şəhər Babil də bu cür sürətlə yıxılacaq və daha heç vaxt tapılmayacaq. 22  Səndə daha liraçı-xanəndələrin, ney, şeypur çalanların və digər musiqiçilərin səsi eşidilməyəcək. Artıq səndə sənətkar tapılmayacaq və dəyirman daşının səsi gəlməyəcək. 23  Səndə bir daha çıraq yandırılmayacaq, bəy-gəlin səsi eşidilməyəcək. Axı sənin tacirlərin yer üzünün nüfuzlu adamları idi və sən öz spiritizminlə bütün millətləri yoldan çıxarmışdın. 24  Bəli, bu şəhərdə peyğəmbərlərin, müqəddəslərin və yer üzündə qətlə yetirilmişlərin hamısının qanı tapılıb».

Haşiyələr

Yəni qadın padşah