Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Vəhy 17:1—18

17  Yeddi camı olan yeddi mələkdən biri mənə yaxınlaşıb dedi: «Gəl, sənə bol sular üstündə oturan böyük fahişəyə çıxarılacaq hökmü göstərim.  Dünyanın padşahları onunla cinsi əxlaqsızlıq etmiş, yerdə yaşayanlar onun əxlaqsızlığının şərabından içib sərxoş olmuşlar».  Mələk müqəddəs ruhun qüvvəsi ilə məni çöllüyə apardı. Mən yeddi başlı, on buynuzlu, al qırmızı rəngli vəhşi heyvan gördüm. O, küfrlü adlarla dolu idi və belində bir qadın oturmuşdu.  Qadın bənövşəyi və al qırmızı libasa bürünmüş, qızıl, daş-qaş və mirvari ilə bəzənmişdi. Onun əlində iyrənc şeylərlə və cinsi əxlaqsızlığının çirkabı ilə dopdolu qızıl cam var idi.  Qadının alnına sirli bir ad yazılmışdı: «Fahişələrin və yerdəki murdarlığın anası Böyük Babil».  Qadın müqəddəslərin və İsanın şahidlərinin qanından sərxoş idi. Qadını görəndə təəccübdən matım-qutum qurudu.  Onda mələk dedi: «Niyə təəccüblənirsən? Mən sənə qadının və onu belində gəzdirən yeddi başlı, on buynuzlu vəhşi heyvanın sirrini açacağam.  Gördüyün vəhşi heyvan əvvəllər olmuşdu, indi yoxdur, amma ümmandan çıxmaq üzrədir və məhv ediləcək. Yerin sakinləri görəndə ki, vəhşi heyvan əvvəllər olub, indi yoxdur, amma yenə olacaq, heyrətə gələcəklər. Onların adı bəşər nəsli dünyaya gələndən bəri həyat kitabına yazılmır.  Burada ağıl və hikmət lazımdır. Yeddi baş yeddi dağı bildirir. Qadın bu dağların üstündə oturub. 10  Onlar həmçinin yeddi padşahı təmsil edir: onlardan beşi yıxıldı, biri indi var, o birisi hələ gəlməyib, amma gələndə çox qalmayacaq. 11  Əvvəllər olub, amma indi olmayan vəhşi heyvan səkkizinci padşahdır. O, yeddi padşahdan törəyəcək və məhv ediləcək. 12  Gördüyün on buynuz hələ padşahlıq almamış on padşahı təmsil edir. Onlar vəhşi heyvanla birlikdə padşahlıq hakimiyyəti alacaqlar, lakin bu hakimiyyət cəmi bir saat sürəcək. 13  Onların niyyəti birdir, buna görə də qüvvələrini və səlahiyyətlərini vəhşi heyvana verirlər. 14  Onlar Quzu ilə vuruşacaqlar, lakin Quzu ağalar Ağası və padşahlar Padşahı olduğu üçün, onlara qalib gələcək. Çağırılmışlar, seçilmişlər və sədaqətlilər də Quzu ilə birlikdə qələbə qazanacaqlar». 15  O, mənə dedi: «Sən fahişənin sular üzərində oturduğunu görmüşdün. Həmin sular xalqları, kütlələri, millətləri və dilləri təmsil edir. 16  Gördüyün on buynuz və vəhşi heyvan fahişəyə nifrət edəcək, onu soyunduracaq, viran edəcək, ətini yeyəcək və sonra onu yandırıb külə çevirəcək. 17  Bu fikri onların ürəyinə Allah qoyub. Allahın sözləri yerinə yetənədək, onlar öz padşahlıq hakimiyyətini vəhşi heyvana verməklə Allahın fikrini, eyni zamanda öz ürəklərindən keçən fikri icra edəcəklər. 18  Gördüyün qadın isə yerin padşahları üzərində hökmranlıq edən böyük şəhərin timsalıdır».

Haşiyələr