Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Vəhy 16:1—21

16  Müqəddəs otaqlardan gur bir səs yeddi mələyə müraciət etdi: «Gedin, Allahın qəzəbi ilə dolu yeddi camı Yerə boşaldın».  Birinci mələk gedib camını yerə boşaltdı. Üzərlərində vəhşi heyvanın nişanı olanların və onun surətinə sitayiş edənlərin bədənlərində bədxassəli və bərk ağrıyan yaralar əmələ gəldi.  Sonra ikinci mələk camını dənizə boşaltdı. Dəniz qana çevrildi. Su ölü qanı kimi oldu və dənizdə yaşayan bütün canlılar tələf oldu.  Bundan sonra üçüncü mələk camını çaylara və su hövzələrinə boşaltdı. Bu sular da qana çevrildi.  Mən suların üzərində hakimiyyəti olan mələyin bu sözlərini eşitdim: «Ey əbədiyyən var Olan sədaqətli Allah! Sən adilsən, çünki bu cür hökmlər çıxartdın.  Onlar müqəddəslərin və peyğəmbərlərin qanını axıtmışdılar, Sən də onlara qan uddurdun. Çünki onlar buna layiqdirlər».  Sonra mən qurbangahdan bir səs eşitdim: «Bəli, Qadir Allah Yehova! Sənin məhkəmə hökmlərin doğru və ədalətlidir».  Dördüncü mələk camını günəşin üzərinə boşaltdı və günəşə izin verildi ki, insanları alovla yandırsın.  İnsanlar qızmar istidən qovrulsalar da, bu bəlaların üzərində hakimiyyəti olan Allahın adına küfr etdilər, öz əməllərindən dönüb tövbə etmədilər və Onu mədh etmədilər. 10  Sonra beşinci mələk öz camını vəhşi heyvanın taxtına boşaltdı. Onun padşahlığı zülmətə qərq oldu. İnsanlar ağrıdan ağızlarında dillərini çeynəməyə başladılar, 11  amma yenə də əməllərindən tövbə etmədilər, çəkdikləri ağrılara və düçar olduqları yaralara görə göylərin Allahına küfr etdilər. 12  Altıncı mələk öz camını böyük Fərat çayına boşaltdı. Gündoğandan qalxan padşahların yolu hazırlansın deyə, çayın suları qurudu. 13  Mən əjdahanın, vəhşi heyvanın və saxta peyğəmbərin ağzından çıxan, qurbağaya oxşar üç ilhamlanmış murdar kəlmə* gördüm. 14  Bu kəlmələr cinlər tərəfindən ilhamlandırılıb və əlamətlər göstərirlər. Bu kəlmələr yer üzünün padşahlarının yanına gedib onları Qadir Allahın böyük günündə baş verəcək müharibəyə toplayırlar. 15  «Mən oğru kimi gələcəyəm. Oyaq qalıb paltarını qoruyan xoşbəxtdir. Çünki o, çılpaq qalmayacaq və insanların qarşısında biabır olmayacaq». 16  Onlar padşahları ibranicə Har-Magedon* adlanan yerə topladılar. 17  Nəhayət, yeddinci mələk öz camını havaya boşaltdı. Bu vaxt müqəddəs otaqlardakı taxtdan gur bir səs gəldi: «Tamam oldu!» 18  Göy guruldadı, şimşək çaxdı, səslər gəldi və elə güclü, elə möhtəşəm bir zəlzələ oldu ki, beləsi insan yer üzündə məskunlaşandan bu yana hələ olmamışdı. 19  Böyük şəhər üç yerə parçalandı. Millətlərin şəhərləri də dağıldı. Allah Öz qəzəb və hiddətinin şərabı ilə dolu camı Böyük Babilə vermək üçün onu yadına saldı. 20  Bütün adalar və dağlar qeyb oldu. 21  İnsanların üzərinə göydən hər dənəsi bir talant* ağırlığında olan iri dolu yağdı. İnsanlar bu bəlaya, bu doluya görə Allaha küfr etdilər, çünki bu, misli görünməmiş böyük bəla idi.

Haşiyələr

Hərfən «ruh»
Mənası «Megiddo dağı»
Təxminən 20,4 kq bərabər çəki vahidi