Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Vəhy 15:1—8

15  Mən göydə möhtəşəm və heyrət doğuran başqa bir əlamət — yeddi bəla gətirən yeddi mələk gördüm. Bunlar axırıncı bəlalar idi, çünki Allahın qəzəbi bunlarla tamamlanırdı.  Sonra mən sanki alova bürünmüş şüşə dəniz gördüm. Dənizin qırağında vəhşi heyvanın, onun surətinin və adının rəqəmi üzərində qələbə çalanlar durmuşdular. Onların əlində Allahın liraları vardı.  Onlar Allahın qulu Musanın və Quzunun mahnısını oxuyurdular: «Ey Qadir Allah Yehova! İşlərin möhtəşəm və heyrətamizdir. Ey əbədiyyət Padşahı, yolların doğru və salehdir.  Yehova, kim Səndən qorxmaz və adını ucaltmaz, axı təkcə Sən sədaqətlisən?! Bütün millətlər gəlib qarşında baş əyəcək, çünki qərarlarının adilliyi hamıya əyan oldu».  Bundan sonra mən göylərdə şəhadət çadırının müqəddəs otaqlarının açıldığını gördüm.  Müqəddəs otaqlardan yeddi bəla gətirən yeddi mələk çıxdı. Onlar əyinlərinə təmiz, parlaq kətandan libas geymiş, sinələrini qızıl kəmərlə qurşamışdılar.  Dörd canlı məxluqdan biri yeddi mələyə əbədi var olan Allahın qəzəbi ilə dolu yeddi qızıl cam verdi.  Müqəddəs otaqlar Allahın şöhrətindən və əzəmətindən tüstü ilə doldu. Yeddi mələyin gətirdiyi yeddi bəla başa çatmayınca, heç kəs müqəddəs otaqlara girə bilmədi.

Haşiyələr