Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Vəhy 14:1—20

14  Sonra baxıb gördüm ki, Quzu və onun yanında yüz qırx dörd min nəfər Sion dağında durublar. Onların alınlarında Quzunun və onun Atasının adı yazılmışdı.  Göydən bir səs eşitdim. Bu səs gur suların və güclü göy gurultusunun səsinə oxşayırdı. Eşitdiyim səs həm də liralarını çalan liraçı xanəndələrin səsini xatırladırdı.  Onlar taxtın, dörd canlı məxluqun və ağsaqqalların qarşısında sanki yeni bir mahnı oxuyurlar. Bu mahnını yerdən satın alınmış yüz qırx dörd min nəfərdən başqa heç kəs öyrənə bilmirdi.  Bunlar bakir qalmış, özlərini qadınlarla ləkələməmiş şəxslərdir. Quzu hara getsə, onlar da onun ardınca gedirlər. Onlar Allah və Quzu üçün insanların arasından nübar kimi alınmışlar.  Onların ağzından yalan söz çıxmayıb. Onlar qüsursuzdurlar.  Sonra göyün üzü ilə uçan başqa bir mələk gördüm. Bu mələkdə əbədi xoş xəbər vardı. O, bu xəbəri yer üzünün sakinlərinə — hər millətə, qəbiləyə, dilə və xalqa müjdələyir,  ucadan deyirdi: «Allahdan qorxun, Onu ucaldın, çünki Onun hökm vaxtı yetişdi. Buna görə də göyü, yeri, dənizi və su hövzələrini yaradana təzim edin».  Onun ardınca ikinci mələk uçaraq deyirdi: «Yıxıldı! Bütün millətlərə öz azğın əxlaqsızlığının şərabını içirdən Böyük Babil yıxıldı!»  Onların ardınca üçüncü mələk uça-uça ucadan deyirdi: «Əgər kimsə vəhşi heyvana və onun surətinə səcdə edir, alnına və ya əlinə nişan qoydurursa, 10  o, Allahın qəzəb kasasına süzülmüş şərabı, Onun hiddətinin xalis şərabını içəcək, müqəddəs mələklərin və Quzunun gözü qarşısında alov və kükürd içində əzab çəkəcək. 11  Onların çəkdiyi əzabın tüstüsü əbədiyyət boyu qalxacaq. Vəhşi heyvana və onun surətinə səcdə edib onun adının nişanını qəbul edənlər nə gecə, nə də gündüz rahatlıq bilmirlər. 12  Burada Allahın əmrlərinə əməl edən və İsaya inanan müqəddəslərdən dözüm tələb olunur». 13  Göydən bir səs eşitdim. O deyirdi: «Yaz! İndən belə Ağamızın yolunda ölənlər nə xoşbəxtdirlər! Müqəddəs ruh onlara deyir ki, qoy işlərini saxlayıb dincəlsinlər, çünki əməlləri onlarla birlikdə gedir». 14  Sonra mən bir ağ bulud gördüm. Buludun üstündə sanki insan oğlu oturmuşdu. Onun başında qızıl tac və əlində iti oraq var idi. 15  Məbədin müqəddəs otaqlarından daha bir mələk çıxdı. O, buludun üzərində oturana ucadan dedi: «Orağını işə sal və biç. Artıq biçin vaxtıdır və yerin məhsulu tam yetişib». 16  Buludun üzərində oturan orağını yerə tuşladı və yer üzü biçildi. 17  Sonra göydəki məbədin müqəddəs otaqlarından ayrı bir mələk çıxdı. Onun da əlində iti oraq vardı. 18  Daha sonra qurbangahdan başqa bir mələk çıxdı. Ona od üzərində hakimiyyət verilmişdi. O, iti orağı olana ucadan dedi: «Əlindəki iti orağı işə sal və yer üzündə bitən üzüm meynəsinin salxımlarını yığ, çünki üzüm dəyib». 19  Onda mələk orağını yerə tuşladı və yerdə bitən üzüm meynəsini kəsib Allahın qəzəbinin böyük üzümsıxanına atdı. 20  Üzüm şəhərdən kənarda olan üzümsıxanda tapdalandı. Üzümsıxandan axan qan təxminən min altı yüz stadi* məsafəyə yayılıb atların yüyəninə qədər qalxdı.

Haşiyələr

Təxminən 296 km