Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Vəhy 13:1—18

13  O, dənizin qumu üzərində durdu. Bu vaxt gördüm ki, dənizdən on buynuzlu və yeddi başlı bir vəhşi heyvan çıxır. Onun buynuzları üzərində on tac vardı, başlarında isə küfrlü adlar yazılmışdı.  Gördüyüm vəhşi heyvan bəbirə bənzəyirdi. Amma pəncələri ayı pəncəsi, ağzı isə şir ağzı kimi idi. Əjdaha bu vəhşi heyvana güc, taxt və böyük hakimiyyət verdi.  Mən onun başlarından birinin ağır yara aldığını gördüm, lakin sonra bu ölümcül yara sağaldı və bütün bəşər heyrətlə vəhşi heyvanın ardınca getdi.  İnsanlar əjdahaya səcdə etdilər, çünki o, vəhşi heyvana hakimiyyət vermişdi. Onlar vəhşi heyvana da səcdə qılıb deyirdilər: «Bu vəhşi heyvanın tayı-bərabəri varmı? Kim onunla vuruşa bilər?»  Ona təkəbbürlə danışan, küfr söyləyən ağız və qırx iki ay ərzində hakimiyyət sürmək ixtiyarı verildi.  O, ağzını açıb Allaha, Onun adına, Onun məkanına və göylərdə yaşayanlara küfr söylədi.  Ona həmçinin icazə verildi ki, müqəddəslərlə vuruşsun və onları məğlub etsin. Üstəlik, ona hər bir qəbilə, xalq, dil və millət üzərində hakimiyyət verildi.  Yer üzündə yaşayanların hamısı ona səcdə edəcəklər. Bəşər nəsli dünyaya gəlməzdən bəri* onların adı öldürülmüş Quzunun həyat kitabına yazılmır.  Qulağı olan eşitsin. 10  Kim əsir düşməlidirsə, o əsir düşəcək, kim qılıncla öldürərsə, o özü də qılıncdan ölməlidir. Burada müqəddəslərdən dözüm və inam tələb olunur. 11  Sonra mən yerin tərkindən qalxan başqa bir vəhşi heyvan gördüm. Onun quzu buynuzuna bənzər iki buynuzu var idi, lakin o, əjdaha kimi danışdı. 12  O, birinci vəhşi heyvanın önündə onun bütün səlahiyyətindən istifadə edərək yeri və yer üzündə yaşayanları ölümcül yarası sağalmış birinci vəhşi heyvana səcdə qılmağa məcbur edir. 13  O, böyük əlamətlər göstərir, insanların gözü qarşısında hətta göydən alov yağdırırdı. 14  Ona vəhşi heyvanın qarşısında göstərmək üçün əlamətlər verilmişdi. O, bu əlamətlərlə yer üzünün sakinlərini aldadır və onlara deyirdi ki, qılınc yarası alıb sonradan sağalmış vəhşi heyvanın surətini düzəltsinlər. 15  Ona bu vəhşi heyvanın surətini canlandırmaq izni verildi. Beləliklə, vəhşi heyvanın surəti həm danışa biləcək, həm də ona heç bir vəchlə səcdə etməyənləri öldürtdürəcək. 16  O, bütün insanları — kiçikləri və böyükləri, varlıları və kasıbları, azadları və qulları sağ əllərinə və ya alınlarına nişan qoydurmağa məcbur edir. 17  Beləliklə, üzərində bu vəhşi heyvanın nişanı, yəni vəhşi heyvanın adı və ya adının rəqəmi olmayan adam alqı-satqı edə bilməyəcək. 18  Burada hikmət tələb olunur. Qoy dərrakəli adam vəhşi heyvanın rəqəmini hesablasın, çünki bu rəqəm insan rəqəmidir. Onun rəqəmi altı yüz altmış altıdır.

Haşiyələr

Hərfən «toxum axıdılandan bəri». Adəmlə Həvvanın dünyaya uşaq gətirməsi nəzərdə tutulur