Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Vəhy 12:1—17

12  Göydə böyük bir əlamət, günəşə bürünmüş bir qadın göründü. Ay onun ayaqlarının altında idi, başında on iki ulduzlu tac vardı.  Qadın hamilə idi və ağrıdan, doğuş sancılarından qışqırırdı.  Sonra göydə başqa bir əlamət — yeddi başlı, on buynuzlu, al qırmızı rəngdə böyük bir əjdaha göründü. Onun başlarında yeddi tac vardı.  O, quyruğu ilə göydəki ulduzların üçdə birini süpürüb yerə atdı. Əjdaha doğmaq üzrə olan qadının qabağında dayanıb gözləyirdi ki, o, azad olan kimi, körpəsini udsun.  Qadın bir oğlan uşağı doğdu. Bu oğul bütün millətləri dəmir çomaqla otaracaq. Qadının övladı o andaca Allahın yanına, Onun taxtına aparıldı.  Qadın isə çöllüyə qaçdı. Allah onun üçün orada yer hazırlamışdı. Orada qadını min iki yüz altmış gün ərzində bəsləyəcəkdilər.  Sonra göydə müharibə oldu. Mikayıl öz mələkləri ilə əjdahaya qarşı və əjdaha da öz mələkləri ilə onlara qarşı vuruşdu.  Əjdaha məğlub oldu. Artıq onlar üçün göydə yer yox idi.  Beləliklə, İblis və Şeytan adlanan böyük əjdaha, bütün dünyanı aldadan qədim ilan mələkləri ilə birlikdə yerə atıldı. 10  Sonra göydə bir gur səs eşitdim: «İndi Allahımızın təyin etdiyi xilas* vaxtı, qüdrəti, padşahlığı və Məsihinin hakimiyyəti yetişdi, çünki qardaşlarımızı gecə-gündüz Allahımızın qarşısında ittiham edən yerə atıldı! 11  Onlar İttihamçını Quzunun qanı ilə və verdikləri şəhadət ilə məğlub etdilər. Onlar ölümün gözünə dik baxıb bu yolda canlarından keçdilər. 12  Buna görə də ey göylər və göylərin sakinləri, sevinin! Yerə və dənizə isə vay olsun! Çünki İblis, vaxtının az olduğunu bilərək, böyük qəzəblə yanınıza endi». 13  Əjdaha yerə atıldığını görəndə oğlan uşağı doğmuş qadını təqib etməyə başladı. 14  Ancaq qadına çöllükdəki yerinə uçmaq üçün iki böyük qartal qanadı verildi. Orada, ilanın gözündən uzaq yerdə, qadını təyin edilmiş müddət, müddətlər və yarım müddət ərzində bəsləyəcəklər. 15  İlan qadını suda boğmaq üçün onun ardınca ağzından sel buraxdı. 16  Lakin yer qadının imdadına çatdı. Yer ağzını açıb əjdahanın ağzından çıxan seli uddu. 17  Əjdaha qadına bərk qəzəbləndi və onun qalan övladlarına — Allahın əmrlərini yerinə yetirən və İsa haqqında şəhadət edən övladlarına qarşı vuruşmağa getdi.

Haşiyələr

Yaxud «qələbə»