Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Vəhy 11:1—19

11  Mənə çomağa bənzər bir qamış çubuq verildi və bir səs dedi: «Dur, müqəddəs otaqlar, qurbangah və orada ibadət edənlər də daxil olmaqla, Allahın məbədini ölç.  Lakin məbədin müqəddəs otaqlarının xaricindəki həyəti ölçmə, qoy qalsın, çünki o, digər millətlərə verilib. Müqəddəs şəhər qırx iki ay ərzində onların tapdağı altında qalacaq.  Mən iki şahidimi göndərəcəyəm və onlar əyinlərinə çul geyib min iki yüz altmış gün peyğəmbərlik edəcəklər».  Onlar iki zeytun ağacı və iki çıraqla təmsil olunur və yer üzünün Rəbbi önündə dururlar.  Bu iki şahidə zərər vurmaq istəyən düşməni, onların ağzından çıxan alov tələf edəcək. Onlara zərər vurmaq istəyən beləcə öldürüləcək.  Peyğəmbərlik etdikləri müddətdə yağış yağmasın deyə onların göyü qapamaq ixtiyarı, bundan əlavə, suyu qana çevirmək, yer üzünü istədikləri vaxt hər cür bəlaya düçar etmək səlahiyyəti var.  Onlar şəhadət edib qurtarandan sonra, ümmandan çıxan vəhşi heyvan onlarla vuruşacaq və onları məğlub edib öldürəcək.  Onların cəsədi rəmzi mənada Sodom və Misir adlanan böyük şəhərin baş küçəsində qalacaq. Onların Ağası da orada dirək üzərində edam edilmişdi.  Bütün xalqlardan, tayfalardan, dillərdən və millətlərdən olan adamlar üç gün yarım onların cəsədinə baxacaq və dəfn etməyə izin verməyəcəklər. 10  Yer üzünün sakinləri onların ölümünə sevinib şadlanacaq və bir-birlərinə hədiyyələr göndərəcəklər, çünki bu iki peyğəmbər yer üzündə yaşayanlara əzab verirdi. 11  Üç gün yarım keçəndən sonra Allahdan gələn həyat ruhu onların içinə girdi və onlar ayağa durdular. Bunu görənlər dəhşətə gəldilər. 12  Bu iki peyğəmbər göydən gur səs eşitdi. Səs onlara dedi: «Bura qalxın». Onlar düşmənlərin gözü qabağında buludun içində göyə qalxdılar. 13  Bu dəm güclü bir zəlzələ oldu və şəhərin onda bir hissəsi dağıldı. Zəlzələdə yeddi min adam həlak oldu, qalanları isə qorxub göylərin Allahını mədh etdi. 14  İkinci bəla keçdi. Üçüncü bəla sürətlə yaxınlaşır. 15  Yeddinci mələk şeypurunu çaldı. Bu zaman göydə gur səslər eşidildi: «Dünya üzərində padşahlıq indi Rəbbimizə və Onun Məsihinə məxsusdur. Rəbbimiz əbədiyyət boyu padşahlıq edəcək!» 16  Allahın hüzurunda taxtlarda oturan iyirmi dörd ağsaqqal üzüstə qapanıb Allaha səcdə etdi və 17  dedi: «Əbədiyyən var olan Qadir Allah Yehova! Sənə şükürlər olsun! Çünki Sən hakimiyyəti Öz əlinə götürüb padşahlıq etməyə başladın. 18  Lakin millətlər qəzəbləndilər və Sənin Öz qəzəbini onların üstünə tökmək, habelə ölüləri mühakimə etmək, qulların olan peyğəmbərləri, müqəddəsləri, adından qorxanları, kiçikləri və böyükləri mükafatlandırmaq, yeri tələf edənləri tələf etmək vaxtı gəldi». 19  Göydə Allahın məbədinin müqəddəs otaqları açıldı və Onun əhd sandığı orada göründü. Bu dəm ildırımlar çaxdı, göy guruldadı, səslər eşidildi, zəlzələ oldu və güclü dolu yağdı.

Haşiyələr