Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Vəhy 10:1—11

10  Mən göydən enən digər bir güclü mələk gördüm. O, buluda bürünmüşdü, başı üzərində göy qurşağı vardı. Üzü sanki günəş, ayaqları isə sanki alov sütunu idi.  Əlində balaca, açıq bir tumar var idi. O, sağ ayağını dənizə, sol ayağını isə quruya qoydu və  şir nərəsinə bənzər gur səslə bağırdı. O, bağıranda yeddi göy gurultusunun səsi eşidildi.  Yeddi göy gurultusu danışarkən mən yazmağa hazırlaşdım, lakin göydən bir səs mənə dedi: «Yeddi göy gurultusunun sözlərinə möhür vur, onları qələmə alma».  Dənizlə quruda durmuş mələk sağ əlini göyə qaldırdı,  əbədiyyən yaşayana, göyü və oradakıları, yeri və onun üzərindəkiləri, dənizi və onun içindəki məxluqları yaradana and içdi: «Artıq möhlət verilməyəcək!  Çünki yeddinci mələk şeypurunu çalmağa hazırlaşdığı vaxt, onun səsi gələn gün, Allahın müqəddəs sirri başa çatacaq. Bu sirr Onun qulları olan peyğəmbərlərə verdiyi xoş xəbərdir».  Göydən eşitdiyim həmin səs yenidən mənə dedi: «Get, dənizlə quruda durmuş mələyin əlindəki açıq tumarı götür».  Mən mələyin yanına getdim və ondan balaca tumarı istədim. O, mənə dedi: «Götür, ye. Onu yeyəndə ağzın bal kimi şirin olacaq, mədəndə isə acılıq hiss edəcəksən». 10  Mən mələyin əlindəki balaca tumarı aldım və yedim. Ağzım bal kimi şirin oldu, amma yeyib qurtarandan sonra mədəmdə acılıq hiss etdim. 11  Onda mənə dedilər: «Sən yenidən xalqlar, millətlər, dillər və bir çox padşahlar haqqında peyğəmbərlik etməlisən».

Haşiyələr