Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Romalılara 9:1—33

9  Məsihin davamçısı kimi düzünü deyirəm, yalan danışmıram, çünki vicdanım mənimlə bərabər müqəddəs ruh vasitəsilə şahiddir ki,  ürəyimdə dərin kədər və kəsilməyən bir ağrı duyuram.  Mən qardaşlarımdan, cismən mənə qohum olan israillilərdən ötrü Məsihdən ayrılmağa və lənətlənməyə hazıram.  Axı oğulluğa götürülmək haqqı, şərəf və əhdlər onlara məxsusdur. Qanun, müqəddəs xidmət və vədlər də onlara verilib.  Onlar əcdadlarımızdan törəyiblər, Məsih də onların nəslindəndir. Hər şeyin üzərində isə Allahdır. Ona əbədiyyət boyu eşq olsun! Amin.  Ancaq biz elə düşünməməliyik ki, Allahın sözü yerinə yetmədi. Çünki İsraildən törəyənlərin hamısı əsil «İsrailə» mənsub deyil.  İbrahimin nəslindən olsalar da, bu demək deyil ki, onların hamısı övladdır, ancaq: «Sənə vəd edilmiş “övlad” İshaqdan doğulacaq», — deyə yazılıb.  Yəni ondan törəyənlərin hamısı əslində Allahın övladı deyillər, vədə görə doğulanlar övlad sayılırlar.  Vəd bu sözlərlə verilmişdi: «Gələn il bu vaxt gələcəyəm və Saranın bir oğlu olacaq». 10  Yalnız o halda deyil, həmçinin Rebeka ulu atamız İshaqdan əkizlərə hamilə qalanda da eyni şey baş verdi. 11  Əkizlər doğulmazdan əvvəl, hələ nə yaxşı, nə də pis iş görməzdən qabaq (Allahın seçimlə bağlı niyyəti işlərdən yox, Çağırandan asılı olsun deyə), 12  Rebekaya belə deyilmişdi: «Böyük kiçiyin qulu olacaq». 13  Həmçinin belə yazılıb: «Mən Yaqubu sevdim, Esava isə nifrət etdim». 14  Belə isə nə deyək? Məgər Allah ədalətsizlik edər? Əsla yox! 15  O, Musaya belə deyib: «Kimə məsləhət bilsəm, ona rəhm edərəm, kimə məsləhət bilsəm, ona şəfqət bəslərəm». 16  Deməli, Allahın seçimi insanların arzusundan, yaxud cidd-cəhdindən yox, rəhmdil Allahdan asılıdır. 17  Müqəddəs Yazılara görə Allah firona belə deyir: «Sənin qalmağına ona görə izin verdim ki, sənin üzərində gücümü nümayiş etdirim və adım bütün dünyada bəyan edilsin». 18  Beləliklə, Allah kimə istəyir rəhm göstərir, kimə istəyir inadında qalmağa izin verir. 19  Onda sən məndən soruşacaqsan ki, «Allah nəyə görə nöqsan axtarır? Axı kim Onun aydın ifadə edilmiş iradəsinin əksinə gedə bilər?» 20  Ey insan, sən kimsən ki, Allahla deyişirsən? Məgər məmulat onu düzəldənə: «Məni niyə belə düzəltmisən?», — deyər? 21  Məgər dulusçunun gil üzərində ixtiyarı yoxdur ki, eyni gil parçasından həm şərəfli, həm də şərəfsiz istifadə üçün müxtəlif qablar düzəltsin? 22  Allah qəzəbini nümayiş etdirmək və qüdrətini bəlli etmək istəsə də, 23  qabaqcadan şərəf üçün hazırladığı mərhəmət qabları üzərində əzəmətinin bolluğunu göstərmək üçün, məhv olunası qəzəb qablarına böyük səbirlə dözdüsə, buna nə deyək? 24  Şərəf üçün hazırlanmış bu qablar yalnız yəhudilərin arasından deyil, başqa millətlərdən də çağırdığı bizlərik. 25  O, Hoşea vasitəsilə belə deyir: «Xalqım olmayana “xalqım” deyəcəyəm, sevilməyən qadına “sevgilim” deyəcəyəm, 26  orada ki onlara: “Siz Mənim xalqım deyilsiniz”, — deyilmişdi, onlara “var olan Allahın oğulları” deyəcəklər». 27  Yeşaya da İsrail haqqında deyir: «İsrail oğullarının sayı dəniz qumu qədər çox olsa belə, xilas olanların sayı az olacaq. 28  Çünki Yehova bütün yer üzünü cavabdehliyə çağıracaq; O, bunu qəti surətdə və tezliklə edəcək». 29  Yeşaya başqa yerdə belə deyib: «Göydəki orduların Başçısı Yehova nəslimizi davam etdirən adam saxlamasaydı, biz Sodom kimi olardıq, Homorraya bənzəyərdik». 30  Onda nə deyək? Salehliyə can atmayan başqa millətlərdən olanlar imandan doğan salehliyə yetişdilər, 31  salehlik qanununa can atan İsrail isə bu qanuna tam riayət etmədi. 32  Niyə? Çünki İsrail salehliyə imanla yox, əməllərlə can atırdı. Onların ayağı «daşa» ilişib büdrədi, 33  necə ki, yazılıb: «Budur, Mən Sionda büdrədən daş və yıxılma qayası qoyuram, ancaq imanını onun üzərində quran heç vaxt peşman olmayacaq».

Haşiyələr