Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Romalılara 8:1—39

8  Buna görə də Məsih İsa ilə vəhdətdə olanlar məhkum edilmirlər.  Çünki Məsih İsa ilə vəhdətdə yaşamaq üçün həyat verən ruhun qanunu səni günah və ölüm qanunundan azad edib.  İnsan günahlı olduğu üçün Qanun aciz idi. Buna görə də Allah günahı yox etmək üçün Öz Oğlunu günahlı insanın bədəninə bənzər bir bədəndə göndərib bədəndəki günahı məhkum etdi ki,  bədənin istəkləri ilə yox, ruhla yaşayan bizlər Qanundakı ədalətli tələbləri icra edə bilək.  Çünki bədənin istəklərinin dalınca düşənlərin fikri-zikri cismani şeylərdədir, ancaq ruhla yaşayanlar daima ruhani şeylər barəsində düşünürlər.  Daima bədənin istəkləri haqqında düşünmək ölüm, ruhani şeylər barəsində düşünmək isə həyat və sülh gətirir.  Çünki cismani düşüncə tərzi Allahla düşmənçiliyə gətirir, belə ki, bədən öz istəkləri ilə Allahın qanununa tabe olmur və bunu heç bacarmır da.  Deməli, bədənin istəklərinin dalınca düşənlər Allahı razı sala bilməzlər.  Digər tərəfdən, Allahın ruhu, doğrudan da, daxilinizdədirsə, siz bədənin istəklərinə tabe olmur, ruhun rəhbərliyinə əsasən yaşayırsınız. Lakin kimdə Məsihin düşüncə tərzi* yoxdursa, o, Məsihə məxsus deyil. 10  Yox əgər Məsih sizinlə vəhdətdədirsə, bədən günah ucbatından ölü olsa da, müqəddəs ruh salehlikdən ötrü sizə həyat verir. 11  Əgər İsanı diriltmiş Şəxsin ruhu daxilinizdə yaşayırsa, deməli, Məsih İsanı dirildən Allah fani bədəninizi də daxilinizdə yaşayan ruhu vasitəsilə həyata qaytaracaq. 12  Beləliklə, qardaşlar, biz bədənin istəklərinə boyun əyməyə borclu deyilik. 13  Çünki bədənin istəkləri ilə oturub-dursanız, mütləq öləcəksiniz, ancaq bədənin əməllərini müqəddəs ruhun köməyilə öldürsəniz, yaşayacaqsınız. 14  Allahın ruhunun göstərdiyi istiqamətdə gedənlərin hamısı Allahın oğullarıdır. 15  Çünki siz insanı kölə edib yenidən qorxuya salan ruh yox, oğulluğa götürən ruh almısınız və bu ruhla biz «Atacan*, Ata!» — deyə çağırırıq. 16  Bu ruh, bizim əhvali-ruhiyyəmizlə birlikdə Allahın övladları olduğumuza şahidlik edir. 17  Əgər biz övladıqsa, deməli, varisik, özü də Allahın varisləriyik və Məsihə həmvarisik. Məsihlə birlikdə şöhrətə yetmək üçün onun kimi, biz də əzab çəkməliyik. 18  Belə düşünürəm ki, indi çəkdiyimiz əziyyətlər bizə nəsib olacaq şöhrətlə müqayisədə heç nədir. 19  Bütün xilqət də böyük səbirsizliklə Allahın oğullarının meydana çıxacağı vaxtı gözləyir. 20  Axı xilqət puçluğa öz xoşu ilə tabe olmamışdır, onu tabe edən bunu ümidlə etmişdir. 21  Beləliklə, xilqət çürüklük əsarətindən qurtulub Allahın övladlarının şanlı azadlığına qovuşacaqdır. 22  Biz bilirik ki, bütün xilqət indiyə kimi inildəyib əzab çəkir. 23  Bundan əlavə, mirasımızın nübarına, yəni ruha sahib olan bizlər də fidyə vasitəsilə bədənimizdən azad edilib oğulluğa götürülməyi səbirsizliklə gözləyərkən için-için inildəyirik. 24  Biz bu ümidlə xilas olduq. Lakin ümid sanılan bir şey gözlə görünürsə, o artıq ümid deyil. Məgər insan gözlə gördüyü şeyə ümid edir? 25  Ancaq gözlə görmədiyimiz şeyə ümid ediriksə, dözüm göstərib onu gözləyirik. 26  Eynilə də ruh zəifliklərimizdə bizə köməkçi olur, çünki duanın vacibliyini dərk edirik, ancaq nə haqda dua etməyi bilməyəndə ruh ifadə edə bilmədiyimiz ahlarla bizim əvəzimizə Allaha yalvarır. 27  Axı ürəkləri tədqiq edən Allah ruhun nəyi nəzərdə tutduğunu bilir, çünki ruh Allahın iradəsinə əsasən müqəddəslərdən ötrü Ona yalvarır. 28  Biz bir şeyi yaxşı bilirik: Allah bütün işlərini elə görür ki, bu işlər Onu sevənlərə, Onun niyyətinə əsasən çağırılmışlara fayda gətirsin. 29  Çünki Oğulun bir çox qardaşları arasında ilkin övlad olması üçün, Allah əzəldən nəzərdə tutduğu adamların Oğlunun şəxsiyyətini əks etdirməsini də əvvəlcədən müəyyənləşdirdi. 30  O, kimi əvvəlcədən müəyyən etmişdisə, onları da çağırdı və kimi çağırdısa, onları da saleh elan etdi. Nəhayət, kimi saleh elan etdisə, onları da şöhrətə mindirdi. 31  Elə isə, bunlara nə deyək? Əgər Allah bizimlədirsə, kim bizə qarşı çıxa bilər? 32  Oğlunu əsirgəməyib hamımızın uğrunda qurban verən Allah, məgər onunla birlikdə qalan hər şeyi də bizə bəxş etməyəcək? 33  Allahın seçdiyi adamları kim ittiham edə bilər? Axı Allah Özü onları saleh elan edir. 34  Kim onları məhkum edə bilər? Ölmüş, daha doğrusu, dirilmiş və indi Allahın sağında oturan Məsih İsa bizdən ötrü havadarlıq edir. 35  Məsihin məhəbbətindən bizi nə ayıra bilər? Zülm, ağrı-acı, təqiblər, aclıq, çılpaqlıq, təhlükə, yoxsa qılınc? 36  Belə yazılıb: «Sənə görə bütün günü ölümlə üz-üzə gəlirik, bizi kəsilməyə aparılan qoyun hesab edirlər». 37  Ancaq bizi sevənin sayəsində biz hər şeyə qalib gəlirik. 38  Mən əminəm ki, nə ölüm, nə həyat, nə mələklər, nə hakimiyyətlər, nə indiki zaman, nə gələcək, nə heç bir qüvvə, 39  nə hündürlük, nə dərinlik, nə də başqa bir şey bizi Ağamız Məsih İsa vasitəsilə ifadə olunan Allahın məhəbbətindən ayıra bilməz.

Haşiyələr

Hərfən «ruhu». 6–cı Əlavəyə bax
Hərfən «Abba». Arami dilində ataya qarşı işlədilən nəvazişli, eyni zamanda hörmətcil müraciət forması