Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Romalılara 7:1—25

7  Qardaşlar, (Qanunu bilənlərə müraciət edirəm) məgər bilmirsiniz ki, insan sağ ikən Qanun onun üzərində ağalıq edir?  Misal üçün, ər sağ ikən ərli qadın qanunla ona bağlıdır. İşdir əgər əri ölsə, o, ərinin qanunundan azad edilir.  Buna görə də o, əri sağ ikən başqa kişinin arvadı olsaydı, zinakar hesab edilərdi. Ancaq əri ölsə, qadın onun qanunundan azaddır və başqa kişiyə ərə gedəndə artıq zinakar olmur.  Qardaşlarım, siz də Məsihin bədəni vasitəsilə Qanun üçün öldünüz ki, başqasına — ölüb dirilən şəxsə məxsus olasınız və biz birlikdə Allaha bar gətirək.  Biz bədənimizin istəkləri ilə yaşayanda Qanunun oyatdığı günahlı ehtiraslar üzvlərimizdə fəaliyyət göstərirdi və biz ölümə aparan bar gətirirdik.  İndi isə biz Qanuna tabelikdən azad edilmişik və bizi bərk-bərk tutub-saxlayan Qanun üçün ölmüşük. Beləcə, əvvəllər olduğu kimi, yazılı qanunlar toplusu ilə yox, ruh vasitəsilə yeni mənada Allahın qulu olmuşuq.  Bəs onda nə deyək? Yoxsa Qanun qüsurludur? Yox, yenə də yox! Qanun olmasaydı, mən günahın nə olduğunu bilməzdim. Misal üçün, Qanun: «Başqasının malına tamah salma», — deməsəydi, mən tamahkarlığın nə olduğunu bilməzdim.  Ancaq günah əmrdən güc alıb məndə hər cür tamahkarlıq oyatdı, çünki qanun olmayanda günah da ölü idi.  Əslinə qalsa, mən bir vaxtlar, qanun olmayanda, sağ idim, ancaq əmr ortaya çıxanda günah dirildi, mən isə öldüm 10  və dərk etdim ki, həyata aparmaq üçün verilmiş əmr ölümə aparır. 11  Çünki günah əmrdən güc alıb məni tovladı və əmr vasitəsilə öldürdü. 12  Beləliklə, Qanun müqəddəsdir, əmr də müqəddəs, saleh və faydalıdır. 13  Onda elə çıxır ki, əslində faydalı olan bir şey mənə ölüm gətirdi? Qətiyyən yox! Ölümü günah gətirdi və beləcə, əslində faydalı olan bir şey vasitəsilə günahın mənə ölüm gətirdiyi göründü və günah əmr vasitəsilə daha da ağırlaşdı. 14  Biz bilirik ki, Qanunu Allah* verib, mən isə günaha satılmış adi insanam. 15  Nə etdiyimi özüm də anlamıram. Ürəyim istəyən şeyi etmirəm, amma nifrət etdiyim şeyləri edirəm. 16  Əgər istəmədiyim şeyi edirəmsə, boynuma alıram ki, Qanun üstündür. 17  Deməli, bunu artıq mən yox, daxilimdə yaşayan günah edir. 18  Bilirəm ki, daxilimdə, yəni bədənimdə yaxşı bir şey yoxdur. Yaxşı işi görmək həvəsim var, ancaq bu yaxşı işi görə bilmirəm. 19  Ürəyim istəyən yaxşı şeyi etmirəm, lakin istəmədiyim pis şeyi dönə-dönə edirəm. 20  Əgər istəmədiyim şeyi edirəmsə, bunu mən yox, daxilimdə yaşayan günah edir. 21  Beləliklə, özümlə bağlı belə bir qanunauyğunluğu müşahidə edirəm: düzgün iş görmək istəyəndə pislik başımın üstünü kəsdirir. 22  Daxili varlığımla Allahın Qanunundan həzz alıram. 23  Amma üzvlərimdə ağlımın qanunu ilə döyüşən başqa bir qanun görürəm. O, məni üzvlərimdə yaşayan günah qanununun əsiri edir. 24  Necə də yazıq adamam! Ölümə mübtəla olan bu bədəndən məni kim xilas edəcək? 25  Allahımız! Ona Ağamız İsa Məsih vasitəsilə şükürlər olsun! Beləliklə, ağlımla Allahın Qanununun, bədənimlə isə günah qanununun quluyam.

Haşiyələr

Hərfən «Qanun ruhanidir»