Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Romalılara 6:1—23

6  Onda necə olsun? Lütf çoxalsın deyə günah işləməyə davam edək?  Əsla! Biz günah üçün ölmüşüksə, artıq günah içində necə yaşaya bilərik?  Məgər bilmirsiniz ki, Məsih İsa ilə vəhdətdə vəftiz edilən bizlər, onun ölümünə şərik olmaq üçün də vəftiz edilmişik?  Deməli, biz onun ölümünə şərik edən vəftiz vasitəsilə onunla birlikdə dəfn edildik ki, Atanın əzəməti ilə dirilən Məsih kimi, biz də yeni həyata başlayaq.  Əgər onun ölümünə bənzər bir ölümdə onunla birləşmişiksə, mütləq onun dirilməsinə bənzər bir dirilmədə də onunla birləşəcəyik.  Bir şeyi yaxşı bilirik: köhnə şəxsiyyətimiz onunla birlikdə dirəyə mıxlanıb ki, günahlı bədənimiz üzərimizdə ağalıq etməsin və artıq günahın qulu olmayaq.  Çünki ölmüş adam günahdan azaddır.  Əgər Məsihlə ölmüşüksə, inanırıq ki, onunla birlikdə yaşayacağıq.  Axı bilirik ki, Məsih dirilmişdir və bir daha ölməyəcək; ölüm artıq onun üzərində ağalıq etmir. 10  O, öz ölümü ilə günahı birdəfəlik aradan götürdü, indi həyatını Allah üçün yaşayır. 11  Siz də özünüzü günah üçün ölmüş sayın və Məsih İsa vasitəsilə Allah üçün yaşayın. 12  Buna görə də yol verməyin ki, günah fani bədəninizdə hökmranlıq etsin və siz bədəninizin istəklərinə tabe olasınız. 13  Həmçinin bədəninizin üzvlərini haqsızlıq silahı kimi günaha təqdim etməyin, əksinə, özünüzü ölümdən həyata qayıtmış insanlar kimi, bədəninizin üzvlərini də salehlik silahı kimi Allaha təqdim edin. 14  Günah sizin üzərinizdə ağalıq etməməlidir, axı siz Qanunun tabeliyində yox, lütfün tabeliyindəsiniz. 15  Bundan hansı nəticə hasil olur? Qanunun tabeliyində yox, lütfün tabeliyində olduğumuz üçün günah işləməliyik? Əsla! 16  Məgər bilmirsiniz ki, özünüzü kimə tabe edirsinizsə, onun qulu olursunuz? Kimin əmri ilə oturub-durursunuzsa, deməli, onun qulusunuz: ya ölümə aparan günahın, ya da salehlik gətirən itaətkarlığın qulu olursunuz. 17  Allaha şükürlər olsun ki, vaxtilə günahın qulu olan sizlər, aldığınız təlimə ürəkdən itaət etdiniz. 18  Bəli, siz günahın əsarətindən qurtulub salehliyin qulu oldunuz. 19  Günahlı bədəninizin zəifliyinə görə sizinlə sadə dildə danışıram: necə ki, siz vaxtilə qanunsuz işlər görmək üçün üzvlərinizi qanunsuzluğun və natəmizliyin qulu edirdiniz, indi də müqəddəs olmaq üçün bədəninizin üzvlərini salehliyin qulu edin. 20  Çünki siz günahın qulu olanda salehliyə tabe deyildiniz. 21  O zaman bəhrəniz nə idi? İndi sizə xəcalət gətirən şeylər. O işlərin axırı ölümdür. 22  Ancaq indi siz günahın əsarətindən qurtulub Allahın qulları olduğunuz üçün müqəddəslik bəhrəsi gətirirsiniz və nəticədə əbədi həyata qovuşacaqsınız. 23  Çünki günahın ödədiyi haqq ölümdür, amma Allah bizə Ağamız Məsih İsa vasitəsilə ənam — əbədi həyat bəxş edir.

Haşiyələr