Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Romalılara 5:1—21

5  Belə isə, imana görə saleh elan olunduğumuz üçün, gəlin Ağamız İsa Məsih vasitəsilə Allahla aramızdakı sülhü qoruyaq.  Aldığımız bu lütfə də onun vasitəsilə və imanımız sayəsində yol açıldı. Ümid edirik ki, Allah bizi şöhrətə yetirəcək. Buna görə də gəlin sevinək!  Həmçinin əziyyətlərlə üzləşəndə də sevinməliyik, axı biz bilirik ki, əziyyətlər dözümlü olmağı öyrədir,  dözüm rəğbət qazandırır, rəğbətdən ümid doğur.  Ümid isə peşmançılıq gətirməz, çünki bizə verilmiş müqəddəs ruh vasitəsilə ürəyimizə Allahın məhəbbəti dolmuşdur.  Biz hələ zəif olarkən, Məsih təyin olunmuş vaxtda günahlı adamlar uğrunda öldü.  Saleh insan uğrunda çətin ki, kimsə ölə, amma xeyirxah insan uğrunda, ola bilsin, kimsə canından keçər.  Allah isə Öz məhəbbətini bizə onunla göstərir ki, biz hələ günahlı ikən Məsih uğrumuzda öldü.  Beləcə, onun qanı ilə saleh elan olunduğumuz üçün, onun vasitəsilə Allahın qəzəbindən qurtulacağımız daha yəqindir. 10  Əgər hələ düşmən ikən biz Oğulun ölümü vasitəsilə Allahla barışmışıqsa, indi barışandan sonra onun həyatı vasitəsilə xilas olacağımız daha yəqindir. 11  Üstəlik, bizi barışdıran Ağamız İsa Məsih sayəsində Allahla vəhdətdə olduğumuza sevinirik. 12  Ona görə də günah bir adam vasitəsilə, ölüm də günah vasitəsilə dünyaya girdiyi kimi, ölüm bütün adamlara keçdi, çünki hamı günah işləyib. 13  Axı günah Qanun verilməzdən əvvəl artıq dünyada idi. Amma qanun olmayan yerdə heç kəs günahına görə ittiham olunmur. 14  Buna baxmayaraq, ölüm Adəmdən ta Musaya qədər, Adəmin günahına bənzər bir günah işləməmiş adamların üzərində belə ağalıq edirdi. Adəm dünyaya gələcək şəxsə müəyyən mənada bənzəyirdi. 15  Ancaq ənamın nəticəsi günahın nəticəsindən tam fərqlidir. Əgər bir nəfərin günahı ucbatından çoxlu adam öldüsə, Allahın lütfü və ənamı sayəsində (bu ənam lütflə birlikdə tək bir insan — İsa Məsih vasitəsilə verildi) bir çoxları misilsiz fayda qazandı. 16  Ənamın xeyri həmin o bir nəfərin törətdiyi günahın nəticəsindən fərqlənir. Çünki günaha görə çıxarılan hökm nəticəsində insanlar məhkum edildi. Çoxlu günahdan sonra verilən ənamın nəticəsində isə insanlar saleh elan edildilər. 17  Necə ki, bir nəfərin günahı ucbatından ölüm onun vasitəsilə hamı üzərində ağalıq edir, bol lütf və salehlik ənamı alanlar da tək bir şəxs — İsa Məsih vasitəsilə yaşayıb padşahlıq edəcəklər. 18  Beləliklə, necə ki, bir günahın ucbatından hər cür insan məhkum olunur, eləcə də bir saleh əməlin nəticəsində hər cür insan yaşamaq üçün saleh elan edilir. 19  Necə ki, bir nəfərin itaətsizliyi çoxlu insanı günahlı etdi, eləcə də bir şəxsin itaəti çoxlu insanı saleh edəcək. 20  Qanun isə günahların çoxluğunu göstərmək üçün gəlmişdi. Lakin günah çoxaldıqca Allahın lütfü də aşıb-daşırdı. 21  Nə üçün? Onun üçün ki, günahla ölüm bəşəriyyət üzərində ağalıq etdiyi kimi, lütf də Ağamız İsa Məsih sayəsində salehlik vasitəsilə əbədi həyat üçün hökm sürsün.

Haşiyələr