Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Romalılara 4:1—25

4  Elə isə, ulu atamız İbrahim haqqında nə deyək?  Əgər İbrahim əməllərinə görə saleh elan edilsəydi, onun öyünməyə əsası olardı, ancaq Allahın qarşısında yox.  Bəs Müqəddəs Yazılar nə deyir? «İbrahim Yehovaya iman gətirdi və buna görə saleh sayıldı».  İşçiyə verilən maaş lütf yox, zəhmət haqqıdır.  Ancaq insan əməllərə güvənməyib, günahkarı saleh elan edənə iman gətirirsə, imanına görə saleh sayılır.  Davud da əməllərdən asılı olmayaraq, Allah tərəfindən saleh sayılan adamı xoşbəxt adlandırır:  «Təqsirləri bağışlanmış və günahları əfv edilmiş adamlar nə xoşbəxtdirlər!  Günahı Yehova tərəfindən hesaba alınmayan insan nə xoşbəxtdir!»  Bəs bu xoşbəxtlik yalnız sünnətlilər üçündür, yoxsa sünnətsizlərə də aiddir? Axı biz deyirik ki, «İbrahim imanına görə saleh sayıldı». 10  O, nə vaxt saleh sayıldı? Sünnət olunandan sonra, yoxsa əvvəl? Sünnət olunandan sonra yox, əvvəl saleh sayıldı. 11  İbrahim hələ sünnət edilməmişdən əvvəl imanı ilə qazandığı salehliyin möhürü olan rəmzi, yəni sünnəti aldı. Beləcə o, sünnətsiz halda iman gətirənlərin atası oldu ki, onlar da saleh sayılsınlar. 12  O, həmçinin sünnət edilmiş nəslin: həm sünnətə sadiq qalmış, həm də özünün hələ sünnət edilməmişdən əvvəl sahib olduğu imanın yolunda yeriyənlərin atası oldu. 13  Çünki dünyanın varisi olmaq vədi İbrahimə və onun nəslinə qanun vasitəsilə yox, imandan doğan salehlik vasitəsilə vəd edilmişdi. 14  Əgər qanuna riayət edənlər varis olsaydılar, onda iman mənasını itirər, vəd də ləğv olunardı. 15  Əslində, Qanun insanı Allahın qəzəbinə düçar edir, qanun olmayan yerdə cinayət də yoxdur. 16  Buna görə də vəd imana görə lütf ilə verilmişdi ki, İbrahimin bütün nəsli: həm Qanuna riayət edənlər üçün, həm də İbrahimin imanına bənzər iman gətirənlər üçün dəyişməz olsun. (O, hamımızın atasıdır, 17  necə ki, yazılıb: «Mən səni bir çox millətlərin atası olmağın üçün seçdim».) Bütün bunlar onun inandığı Şəxsin, ölüləri dirildən, mövcud olmayanı mövcud olan adlandıran Allahın qarşısında baş verdi. 18  Vəziyyətinin ümidsizliyinə baxmayaraq, o, yenə də ümidini Allaha bağlayıb iman etdi; «Sənin nəslin də bu qədər olacaq» deyildiyi üçün bir çox millətlərin atası olacağına inandı. 19  O, bədəninin artıq taqətdən düşdüyünü (axı onun təxminən yüz yaşı var idi) və Saranın sonsuz* olduğunu hesab etsə də, imanı zəifləmədi. 20  O, Allahdan vəd aldığına görə tərəddüd etmədi və imansızlığa qapılmadı, əksinə, imanı ona güc verdi və o, Allaha həmd etdi. 21  İbrahim tam əmin idi ki, Allah verdiyi vədi yerinə yetirməyə qadirdir. 22  Buna görə də «o saleh sayıldı». 23  «Saleh sayıldı» sözləri yalnız İbrahimə aid deyildi, 24  bu sözlər həm də saleh sayılacaq bizlərdən ötrü yazılıb, çünki biz Ağamız İsanı dirildən Allaha inanırıq. 25  Allah onu bizim günahlarımızdan ötrü ölümə təslim etdi və bizim saleh elan olunmağımız üçün diriltdi.

Haşiyələr

Hərfən «bətni ölü idi»