Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Romalılara 15:1—33

15  Biz güclülər, gücsüzlərin zəifliklərini daşımalıyıq və öz xeyrimizi düşünməməliyik.  Gəlin hər birimiz yaxınımızın xeyri və qüvvətlənməsi üçün çalışaq.  Axı Məsih də öz xeyrini düşünmürdü, çünki yazılıb: «Sənə qarşı söylənilən təhqirlərə mən tuş gəldim».  Əvvəlcədən yazılanların hamısı isə bizə nəsihət olaraq yazılıb ki, dözüm və Müqəddəs Yazılardan aldığımız təsəlli sayəsində ümidimiz olsun.  Qoy xidmətçilərinə dözüm və təsəlli verən Allah sizə Məsih İsanın düşüncə tərzini bəxş etsin.  Bunun sayəsində siz Ağamız İsa Məsihin Allahını və Atasını bir ağızdan, yekdilliklə mədh edə biləcəksiniz.  Buna görə də Məsih bizi qəbul etdiyi kimi, siz də bir-birinizə mehribanlıq göstərin ki, nəticədə Allah şöhrətlənsin.  Məsih sünnətlilər üçün xidmətçi oldu ki, Allahın doğrucul olduğunu və onların əcdadlarına verdiyi vədlərini təsdiq etsin  və beləcə, millətlər Allahı mərhəmətinə görə mədh etsinlər. Necə ki, yazılıb: «Buna görə də mən millətlər arasında səni ucaldacağam, adını nəğmələrdə tərənnüm edəcəyəm». 10  Həmçinin yazılıb: «Ey millətlər, Onun xalqı ilə birgə sevinin!» 11  Başqa bir yerdə deyilir: «Ey millətlər, hamınız Yehovanı mədh edin, qoy bütün xalqlar Onu mədh etsin!» 12  Yeşaya belə deyir: «Yeşayın kökü meydana çıxacaq, millətlər üzərində rəhbərlik edən gələcək və millətlər ümidini ona bağlayacaq». 13  Qoy ümid mənbəyi olan Allah imanınız sayəsində ürəyinizi sevinc və sülhlə bol-bol doldursun və ümidiniz müqəddəs ruhun qüvvəti ilə dolub-daşsın. 14  Qardaşlar, sizə gəlincə əminəm ki, siz xeyirxahlıqla dolusunuz, axı siz tam biliyə yiyələnmisiniz və bir-birinizə nəsihət verə bilərsiniz. 15  Ancaq bəzi məsələləri bir növ yadınıza salmaq üçün açıq yazıram. Bunu Allahın mənə göstərdiyi lütfə əsasən edirəm. 16  Mənə lütf göstərilib ki, başqa millətlər üçün Məsih İsanın xidmətçisi olaraq Allahın xoş xəbəri ilə bağlı müqəddəs işi icra edim və bu millətləri müqəddəs ruhla paklanmış xoş bir bəxşiş kimi Allaha təqdim edim. 17  Allaha etdiyim xidmətə gəlincə Məsih İsanın bir davamçısı kimi, sevinməyə əsasım var. 18  Millətlərin itaət etməsi üçün Məsihin mənim vasitəmlə gördüyü işlərdən əlavə, başqa bir şey haqqında danışmağa cürət etmərəm. O, bunu sözlərim və əməllərimlə, 19  həmçinin qüdrətli işlər və möcüzələrlə, müqəddəs ruhun qüvvəsi ilə etdi. Nəticədə mən Məsih haqqındakı xoş xəbəri Yerusəlimdən ta İllirikə qədər olan bütün ərazidə təbliğ etdim. 20  Həm də qarşıma məqsəd qoymuşdum ki, başqasının qoyduğu bünövrənin üzərində tikməmək üçün xoş xəbəri Məsih tanınan yerlərdə bəyan etməyim. 21  Necə ki, yazılıb: «Ondan xəbəri olmayanların gözləri görəcək, onun haqqında eşitməyənlər başa düşəcəklər». 22  Bu vaxta kimi yanınıza gəlməməyimin səbəbi də elə bu olub. 23  Ancaq indi bu tərəflərdə təbliğ edilməmiş yer qalmayıb, həm də neçə illərdir ki, sizin həsrətinizi çəkirəm. 24  Buna görə də İspaniyaya gedərkən yolüstü sizinlə görüşəcəyimə çox ümid edirəm. Bir müddət birlikdə xoş ünsiyyət etdikdən sonra məni ora ötürərsiniz. 25  İndi isə müqəddəslərə xidmət etmək üçün Yerusəlimə yola düşürəm. 26  Makedoniya və Axayyadan olan qardaşlar Yerusəlimdəki müqəddəslərin arasındakı kasıblara əl tutmaq üçün məmnuniyyətlə bəxşiş hazırlayıblar. 27  Bəli, onlar bunu məmnuniyyətlə etdilər, həm də ona görə ki, Yerusəlimdəki müqəddəslərə borcludurlar. Çünki başqa millətlər onların ruhani nemətlərindən bəhrələniblərsə, indi zəruri maddi nemətlərlə onlara xidmət etməyə borcludurlar. 28  Beləliklə, bu işi tamamlayıb, toplanmış bəxşişi sağ-salamat onlara çatdırandan sonra sizin tərəflərdən keçib İspaniyaya gedəcəyəm. 29  Onu da bilirəm ki, yanınıza Məsihdən aldığım bol xeyir-dua ilə gələcəyəm. 30  Qardaşlar, Ağamız İsa Məsih naminə və ruhdan doğan məhəbbət xatirinə sizdən rica edirəm: məndən ötrü mənimlə birlikdə Allaha hərarətlə dua edin ki, 31  Yəhudeyada imansızların əlindən qurtula bilim və Yerusəlimdəki müqəddəslərdən ötrü etdiyim xidmət bu qardaşlara xoş getsin 32  və nəhayət, Allahın izniylə yanınıza sevinclə gəlib sizinlə ünsiyyətdən təravətlənim. 33  Qoy sülh mənbəyi olan Allah sizlərlə olsun. Amin.

Haşiyələr