Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Romalılara 13:1—14

13  Qoy hər kəs hökumətə tabe olsun, çünki Allahın izni olmadan heç bir hökumət mövcud ola bilməz. Bu hökumətlər Allahın onlara ayırdığı yeri tuturlar.  Bu səbəbdən, hökumətə qarşı çıxan Allahın təyin etdiyi qayda-qanuna qarşı çıxır, buna qarşı çıxanlar isə məhkum ediləcəklər.  Qoy hakimlərdən yaxşı iş görənlər yox, pis iş görənlər qorxsun. Hökumətdən qorxmamaq istəyirsən? Həmişə yaxşı iş gör və ondan tərif alacaqsan.  Çünki o, Allahın xidmətçisi kimi sənin xeyrin üçün çalışır. Lakin pis işlər görürsənsə, özünü gözlə, çünki o, qılıncı əbəs yerə gəzdirmir. O, Allahın xidmətçisi kimi, Onun qəzəbini pis iş görənlərin başına yağdıran qisasçıdır.  Beləliklə, siz yalnız bu qəzəbin qorxusundan yox, həmçinin vicdanınıza görə tabe olmalısınız.  Vergiləri də bu səbəbdən ödəyirsiniz. Axı onlar insanların rifahı üçün çalışan Allahın xidmətçiləridir və daima bu məqsədə xidmət edirlər.  Beləcə, hər kəsə öz haqqını verin: vergidirsə — vergini, bacdırsa — bacı, qorxudursa — qorxunu, hörmətdirsə — hörməti.  Qarşılıqlı məhəbbətdən başqa heç kəsə heç bir borcunuz olmasın, çünki başqasını sevən qanunu icra etmiş olur.  Axı «zina etmə, qətl etmə, oğurluq etmə, başqasının malına tamah salma» və bu kimi digər əmrlərin məğzi budur: «Yaxınını özünü sevdiyin kimi sev». 10  Sevən adam yaxınına pislik etməz. Buna görə də məhəbbət qanunun icrası deməkdir. 11  Beləliklə, bu cür davranın, çünki hansı zəmanədə yaşadığımızı və artıq yuxudan oyanmağın vaxtı gəldiyini bilirsiniz. Hal-hazırda xilasımız, imana gəldiyimiz vaxtda olduğundan daha yaxındır. 12  Gecə keçir, gün yaxınlaşır. Gəlin zülmətin əməllərini əynimizdən çıxaraq və nurun yaraqlarını geyinək. 13  Gün işığında olduğu kimi, ədəb-ərkanla davranaq. Kef məclislərindən əl çəkək, sərxoşluğa, qeyri-qanuni cinsi əlaqə və pozğun davranışa, ixtilaf və paxıllığa qapılmayaq. 14  Beləliklə, Ağamız İsa Məsihin şəxsiyyətinə bürünün və bədənin istəklərini necə doyuzdurmağı düşünməyin.

Haşiyələr